2.8.17. Dayaq blokunun suya buraxılması əsasən günün
işıqlı vaxtında, dənizdə dalğalanma 2 baldan və küləyin sürəti
10m/san-dən çox olmadıqda yerinə yetirilməlidir. Meydançanın
işıqlandırılması [211]-ə uyğun olarsa bu işlərin gecə vaxtında da
görülməsinə icazə verilir. Buraxılış yolu ilə blokun çəkilməsinə
başlanan andan sayılmaq şərtilə, suya buraxılma işinin
rəhbərində 2 günlük əlverişli hava haqqında məlumat olmalıdır.
2.8.18. Dayaq blokları buraxılacaq rayonun akvatoriyası
kənar üzən və yaxud dəniz dibində olan əşyalardan təmizlən-
məlidir.
2.8.19. Suya buraxılma
işlərinə başlamazdan əvvəl
qurğunun bucurqadının əyləc sistemi boş və polispastla
dartılaraq yoxlanmalıdır. Dartılma qüvvəsi dayaq blokunun suya
buraxılması təlimatında verilməlidir. Bucurqadın elektrik
intiqalının
qəza yüklənməsində, elektrik mühərrikinin
söndürülməsi üçün bloklayıcı olmalıdır. Bucurqadın özülə
bərkidilməsinə və polispastla dartılıb sınanmasına dair akt tərtib
edilməlidir.
2.8.20. Dayaq bloklarının suya buraxılması üçün istifadə
edilən takelaj tərtibatları sınaqdan çıxarılmalı və onların
pasport birkaları olmalıdır.
2.8.21. Polispast sisteminin takelaj telləri dayaq
blokunda bərkidilmək üçün quraşdırılmış
xüsusi yerlərə
bərkidilməlidir.
2.8.22. Dayaq blokunu suya buraxmazdan əvvəl işin rəh-
bəri pontonların etibarlı bərkidilməsinə, ballast sisteminin tamlı-
ğına (bütövlüyünə) əmin olmalı, siyirtmələrin və döndərici dir-
səklərin işləməsini, tıxacların bərkidilməsinin etibarlılığını
yoxlamalıdır.
174
2.8.23. Buraxılma yollarındakı müşahidəçilərlə buraxılma
işinin rəhbəri arasında əlaqə radiotelefon və yaxud səsucaldan
vasitəsilə yaradılmalıdır. Bucurqadlara və qaldırıcı traktorlara
xidmət edən operatorlar, buraxılma işinin rəhbərinin verdiyi
siqnalları yerinə yetirməlidirlər. Qəza saxlamaları siqnalı kim
tərəfindən verilməsindən asılı olmayaraq yerinə yetirilməlidir.
2.8.24. Dayaq blokunun buraxılması zamanı bucurqadla-
rın və qaldırıcı traktorların idarə
postunda operatorlardan
başqa onların əvəzediciləri də olmalıdır.
2.8.25. Dayaq blokunun buraxılması zamanı takelaj
tellənməsinin tros sisteminin təsir ərazisində adamların olması
qadağandır.
2.8.26. Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğusu-
nun pontonları əvvəlcədən möhkəmliyə, sıxlığa
və layihə
üzrə hidravlik üsulla təzyiqə sınaqdan keçirilməlidir.
2.8.27. Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğusu-
nun batırmaq və yaxud üfürmək üçün borucuqları suyun
səthindən ən azı 2m hündürlüyə çıxmalıdır.
2.8.28. Dayaq blokunun əlavə üzmə qabiliyyəti qurğu-
sunda onun batırılması və yaxud üfürülməsi işi aparılanda
qurğunun üzərində adamların olması qadağandır.
2.8.29. Dayaq bloku suya buraxıldıqdan sonra işin
rəhbəri blokun suyun
üzərində qalan hissələrinin
konstruksiyasına, dayaq blokunu yedəyə alıb tikinti nöqtəsində
qoymaq qurğusuna baxış keçirməli, onların saz vəziyyətdə
olmalarına əmin olmalıdır.
Bundan başqa işin rəhbərində
qurğunun sualtı hissəsinə dalğıc baxış aktı olmalıdır.
Dostları ilə paylaş: