2.8.47.
Işin rəhbəri, ballastlaşdırma əməliyyatını yerinə
yetirmək üçün təyin edilmiş işçilərin və üzən vasitələrin
heyətlərinin gəminin dayaq blokuna yaxınlaşması, yan alması,
işçilərin dayaq blokuna boşaldılması işlərinin (lazımi
əməliyyatların) təhlükəsiz yerinə yetirilməsinə dair biliklərinin
olmasına və bu işləri yerinə yetirə biləcəklərinə əmin olmalıdır.
2.8.48. Ballastlama, pontonların çıxarılması,
istiqamət-
ləndirmə və dayaq blokunun dəniz dibinə qoyulması üzrə
bütün əməliyyatlar fasiləsiz aparılmalıdır.
2.8.49. Dayaq blokunun üfqi nəql vəziyyətindən şaquli
vəziyyətə gətirilməsinə, təminat (köməkçi) gəmiləri təhlükəsiz
məsafəyə (150m-dən az olmayaraq) uzaqlaşdıqdan sonra
icazə verilir.
2.8.50. Işin rəhbəri, dayaq blokunun dayanıqlı şaquli və-
ziyyətə gətirilməsindən sonra üzən vasitələrin bloka yaxınlaş-
masına icazə verə bilər.
2.8.51. Gəmilərdə və ya dayaq blokunun üzərində işi
yerinə yetirən işçilərin xilasetmə jiletləri olmalıdır. Dayaq
blokunun ballastlanması əməliyyatı yerinə yetirilən kimi işçilər
bloku tərk etməlidirlər.
2.8.52. Bərkidicilərin açılması və pontonların çıxarılması-
na, dayaq blokunun dənizin dibinə buraxılmasından sonra
icazə verilir. Bu işləri, 2 işçidən az olmamaq şərti ilə katerdən
blokun üstünə çıxarılmış işçilər yerinə yetirməlidir.
2.8.53.Dayaq bloklarının yuxarı hissələri bir-birinə nisbət-
də ciddi üfqi bir vəziyyətdə qoyulmalıdır. Dayaq blokunun
buraxıla bilən həddən artıq
mailliyi olarsa, həmin nöqsan
layihədə nəzərə alınmış üsulla aradan qaldırılmalıdır.
2.8.54. Dayaq bloku tikinti nöqtəsində etibarlı qoyulduq-
dan sonra ilməklər götürülə bilər.
2.8.55. Metal konstruksiyaların ayrı-ayrı qovşaqlarının il-
məklərinin götürülməsində xəbərdarlıq üsullarından istifadə
edilməlidir.
179
2.8.56. Dayaq bloku qoyulduqdan sonra onun üzərində
siqnal işığı qoyulmalıdır.
2.8.57. DNQT-nin blokları dəniz dibinə bərkidilərkən on-
ların üzərinə müvəqqəti döşəmələr, məhəccərli keçidlər qoyul-
malıdır. Metal döşəmələrin səthi kələ-kötür olmalıdır. Blokların,
özül dirəklərinin vurulması və möhkəmləndirilməsi işləri
295
-
in tələblərinə müvafiq yerinə yetirilməlidir.
2.8.58. Avadanlığın yerləşdirilməsi
və texnoloji əməliy-
yatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müvəqqəti
meydançalar çəpərlənməli və döşəmə ilə nərdivan vasitəsi ilə
birləşdirilməlidir.
2.8.59. Kopyorun dorunda və qazma aqreqatlarında
qoruyucu kəmərsiz işləmək qadağandır.
2.8.60. Kopyorun və qazma aqreqatının yerinin
dəyişilməsi ancaq işin rəhbərinin icazəsi ilə yerinə
yetirilməlidir.
2.8.61. Dayaq bloku qoyulub bərkidildikdən sonra blokun
sualtı hissələrinə baxış keçirilməlidir.
Dostları ilə paylaş: