2.10.11. Naqilləri dayaqlara bərkidilməmiş (tarım çəkilməmiş)
vəziyyətdə gecəyə saxlamaq qadağandır. Tarım çəkilməmiş naqil-
ləri gecəyə saxlamaq lazım gələrsə, bu haqda
«Xəzərdənizneftdonanma» idarəsinin dispetçer xidməti xəbərdar
olunmalıdır.
2.10.12. Naqillərin dartılması (tarıma çəkilməsi) lövbərdə
dayanmış üzən vasitələrdən bucurqad vasitəsilə aparılmalıdır və
bu zaman bucurqada düşən dartı qüvvəsi naqilin möhkəmliyin-
dən çox olmamalıdır. Naqillərin dartılması (tarıma çəkilməsi) za-
manı bucurqadın arxa tərəfində adamların olması qadağandır.
2.10.13. Hava EVX-nin quraşdırılması (montajı) zamanı
aşağıdakılara əməl olunmalıdır:
a) EVX-in montaj olunmuş hissələri (sahələri) dayaq və
dirəklərin metal konstruksiyalarına etibarlı birləşdirilməklə yer-
ləbirləşdirilməlidir və bu halda birləşmələr arasındakı məsafə
3000m-dən çox olmamalıdır;
b) naqillər və ya qaldırıcı burazlar (troslar) 4,5m hündür-
lükdə, nəqliyyat keçən yerlərdə isə – 6 m hündürlükdə yerləş-
dirilməlidir;
c) dayaqlarda və ya dənizdə olan naqillərin və ya buraz-
ların (troslar) yaratdığı daxili bucaq tərəfdə işçilərin olması
qadağandır.
2.10.14. Şurfların qazılmasına, dirək və dayqların quraş-
dırılmasına, naqil dolaqlarının açılmasına, xətti armaturların,
naqillərin və asma izolyatorların montajına sutkanın işıqlı vax-
tında (görünmə yaxşı olduqda) küləyin sürəti 10m/san-dən və
dənizdə dalğalanma 3 baldan çox olmadıqda icazə verilir.
Dostları ilə paylaş: