2.9.68. Boru kəmərinin çəkilməsi prosesində stingerə
düşən ümumi yükə və onun suya oturma dərəcəsinə daimi
nəzarət olunmalıdır. Ümumi yük borudüzən gəminin
pasportunda göstərilmiş maksimal həddə çatanda, stinger
qəza vəziyyətinə uyğun ayrılmalıdır.
2.9.69. Suyun üzündə qalma qabiliyyəti yaradan
pontonlar boru kəməri üzərinə kranın köməkliyi ilə
qoyulmalıdır.
D. Boru kəmərlərinin təmiri
2.9.70. Sualtı boru kəmərlərinin təmirinə dənizdə dalğa-
lanma 3 bala qədər olduqda icazə verilir.
2.9.71. Təmir işi başlanana qədər cavabdeh rəhbər
sahənin dalğıc müayinəsi ilə tanış olmalıdır.
2.9.72. Təmir işindən sonra boru kəməri sınaqdan çıxa-
rılmalıdır. Sınaq işlərini, boru kəmərini təmir edən təşkilat
aparmalıdır. Sualtı boru kəmərlərinin təmiri
296
-ın
tələblərinə müvafiq yerinə yetirilməlidir.
Dostları ilə paylaş: