3.3. Qazma qurğularının, avadanlıqlarının və
alətlərinin istismarı və təmiri
208
3.3.1. Quyunun tikilməsində istifadə olunan texniki qur-
ğular sənaye təhlükəsizliyi tələblərinə uyğun gəlmələri barədə
Azdövdağtexnəzarət Komitəsi tərəfindən müvafiq qaydada
sertifikatlaşdırılmalıdır.
3.3.2. Quyunun tikilməsində istifadə olunan texniki qur-
ğular müvafiq qaydada sənaye təhlükəsizliyi ekspertizasından
keçməlidir.
3.3.3. Quyunun layihəsi hazırlananda qazma qurğusunun
seçilməsi elə hesabla aparılmalıdır ki, ən ağır qazma və ya
qoruyucu kəmərləri endirərkən (qaldırarkən), həmçinin
qəzaları (tutulmaları) ləğv edərkən statik və dinamik yüklərin
həcmi (toplusu) seçilən qazma qurğusunun «Qarmaqda
buraxıla bilən yüklənmə» qiymətindən artıq olmasın.
3.3.4. 4000 m-dən dərin quyuları qazmaq üçün qazma
qurğuları qaldırma-endirmə əməliyyatları avtomatları ilə, lay
flüidində gözlənilən kükürdün miqdarı 6%-dən çox olan, əyrilik
radiusu 30 m-dən az olan maili, şaqul üzrə dərinliyi 3000 m-
dən artıq və quyu lüləsinin üfqi hissəsi 300 m-dən artıq üfqi
quyuları qazmaq üçün qazma qurğuları yuxarı güc ötürücüləri
(intiqalı) ilə təchiz edilməlidir.
3.3.5. Neft və qaz quyularının tikilməsində yenidən yara-
dılan və alınan xarici qazma qurğuları partlayışdan mühafizəli
olmalıdır.
3.3.6. Qazma bucurqadının idarə olunması qazmaçının
pultundan, qazma nasoslarının işə buraxılması – yerli postdan,
onların işinin nizamlanması və dayandırılması – qazmaçının
pultundan və yerli postdan həyata keçirilir.
3.3.7. Buruğun qəbul körpüsündə boruların sürüyüb apa-
rılması və atılması, qazma nasoslarının hidravlik bloklarına xid-
mət olunması işləri mexanikləşdirilməlidir, qəbul körpüsündə
yükqaldırma mexanizmlərinin idarə olunması isə – məsafədən
(distansion) olmalıdır.
209
3.3.8. Köməkçi bucurqadın konstruksiyası yükün rahat
(səlis) yerdəyişməsini və yükün asılmış vəziyyətdə etibarlı sax-
lanmasını təmin etməlidir.
Bucurqadın idarəetmə pultundan operatora iş yerinə və
yükün yerdəyişməsinə nəzarət (görünüş) təmin olunmalıdır.
Bu tələbin yerinə yetirilməsi mümkün olmadıqda, əvəzedici
pult qoyulur.
3.3.9. Qazma qurğusu aşağıdakılarla komplektləşdiril-
məlidir:
- tal blokunun yuxarı qaldırılmasının məhdudlaşdırıcısı ilə;
- bucurqadın yol verilən yükqaldırmasının məhdudlaşdı-
rıcısı ilə;
- vurucu boru kəmərində təzyiq işçi təzyiqdən artıq
olduqda qazma nasoslarının ötürücüsünün söndürülməsini
təmin edən bloklayıcı qurğu ilə;
- qazma parametrlərinə nəzarət stansiyası ilə;
- uzunluğu 14 m-dən, eni 2 m-dən az olmayan və stellaj-
ları olan qəbul körpüsü ilə. Stellajlarda boruların 1,25 metr
hündürlükdən artıq yığılması qadağandır;
- səviyyəölçən və məhlulun səviyyəsinin avtomatik siqna-
lizasiyası olan tutum sistemi ilə;
- məhlulun hazırlanması, emalı, ağırlaşdırılması, təmiz-
lənməsi, deqazasiyası və qarışdırılması, ambarsız qazmada
şlamın və işlənmiş məhlulun yığılması mexanizmləri ilə;
- ehtiyat qazma məhlulu üçün tutumlarla;
- qazma avadanlığının idarə olunmasının pnevmatik sis-
teminə verilən havanın qurudulması qurğusu ilə;
- tal kanatının işlək ucunun sakitləşdiricisi (uspokoitelğ) ilə;
- iş yerlərinin qızdırılması sistemləri ilə;
- rotor PKR-in (pnevmatik pazlı tutucu) qaldırılmış pazlar-
la işə salınmasının qarşısını alan bloklayıcı qurğularla;
210
- «A»-ya bənzər qüllə və vışkalarda barmaq arxasına
yığılan şamların (sveçi) düşməsinin qarşısını almaq üçün
qabağa açılan tərtibatla (kəmərlə).
3.3.10. Tal sisteminə daxil olan avadanlığın (kronblok,
tal blok, qarmaq) gövdəsində, onların buraxıla bilən
yükqaldırma qabiliyyəti göstərilməlidir.
3.3.11. Mexaniki ötürücülərin (sepli, kardanlı, dişli və s.)
ilişmə muftasının, şkivlərin, avadanlığın digər fırlanan və
hərəkət edən elementlərinin, həmçinin onların kənara çıxan
hissələrinin qoyulmuş tələblərə müvafiq metal örtükləri
olmalıdır. Zədələnmiş qoruyucu örtüklə (və ya olmayan)
qazma qurğusunun istismarı qadağandır.
3.3.12. Buruqda quyunu nəzarətlə doldurmaq üçün
səviyyəölçənlə təchiz olunan qradasiyalı tutum olmalıdır.
3.3.13. Qazma qurğusunun bütün qapalı yerləri havanın
dəyişməsini təmin edən mexaniki işə düşən axma-sorma
ventilyasiyası ilə təchiz olunmalıdır
48
. Ventilyasiyanın iş
rejimi məhsuldar lay açılan andan quyunun tikilməsinin sonu-
nadək daimi olmalıdır. Hava ilə karbohidrogen qatışığı aşağı
alışma həddinin 20%-nə çatdıqda xəbərdaredici siqnal işə
düşməlidir, bu hədd 50%-ə çatdıqda isə avadanlıq və mexa-
nizmlərin tam sönməsi təmin olunmalıdır.
3.3.14. Aparıcı borunun və AQB-nin şurfa qoyulması
işləri mexanikləşdirilməlidir. Onların əl ilə və bucurqadın
sarğacının köməyi ilə şurfa çəkilməsi (qoyulması) qadağandır.
Şurf üçün istiqamətləndirici qol borular (patrubki) boru-
nun şurfa endirilməsi zamanı hərəkət istiqamətinə müvafiq
mailliklə qoyulmalıdır.
Aparıcı borunu şurfa qoymaq üçün istiqamətləndirici qol
borunun yuxarı hissəsi buruq döşəməsindən 0,5-0,8 m, AQB
qoymaq üçün isə – 0,15-0,3 m hündürlükdə olmalıdır. AQB-nı
şurfa qoymaq üçün istiqamətləndirici qol borular açılan (qatla-
nan) qapaqlarla təchiz olunmalıdır.
211
3.3.15. Avtomatik açarın idarəetmə sistemində mexa-
nizmlərin işçi agentin qida xəttindən tam açılması nəzərdə
tutulmalıdır. Açarın təsadüfi işə düşməsinin qarşısını almaq
üçün bloklayıcı olmalıdır.
3.3.16. Qazma və energetika avadanlığının planlı-ehtiyat
təmirinin təşkili qaydası və keçirilməsi, avadanlığı istismar
edən muəssisə tərəfindən işlənilən əsasnaməyə görə yerinə
yetirilir.
3.3.17. Təmir işləri aparıldıqda, xidmət edən personalın
təhlükəsizliyini təmin edən tərtibat və vasitələr tətbiq olun-
malıdır.
3.3.18. Qazma qurğusunun pnevmatik (hava) sistemini
(boru kəmərləri, kranlar) istehsalçı-zavodlarda işçi təzyiqdən
1,5 dəfə artıq olan təzyiqə, buruqda quraşdırıldıqdan və
təmirdən sonra isə – işçi təzyiqdən 1,25 dəfə artıq olaraq,
ancaq 3 kqq/sm
2
(0,3 MPa) az olmayan təzyiqə sınamaq
lazımdır (Əlavə 10).
3.3.19. Qazma şlanqı bütün uzunluğu boyu diametri 12,5
mm-dən az olmayan, hər 1,0-1,5 m-dən bir ilgək vurulmaqla,
yumşaq polad kanat ilə sarınmalıdır. Kanatın ucları vışkanın
hissələrinə və fırlanğıcın gövdəsinə bərkidilməlidir.
3.3.20. Tal kanatının işlək və hərəkətsiz ucları yüklənmiş
halda vışkanın elementlərinə toxunmamalıdır.
3.3.21. Maşın açarları diametri 12,5 mm-dən az olmayan
polad kanatlardan horizontal asılmalı və hündürlüyü asan
tənzimləmək üçün tarazlaşdırıcı yüklə təchiz edilməlidir. Maşın
açarlarının tarazlaşdırıcı mexanizmləri çəpərə (hasara) alın-
malıdır.
3.3.22. Maşın açarı, işçi kanatdan başqa, diametri
18mm-dən az olmayan, bir ucu açarın gövdəsinə, digər ucu
vışka blokunun gövdəsinə və ya vışkanın ayağına bərkidilən
qoruyucu (sığortaedici) kanatla təchiz edilməlidir. Qoruyucu
212
kanatın uzunluğu işçi kanatın uzunluğundan 10 sm artıq
olmalıdır.
3.3.23. Tal sisteminin tellənməsi layihənin tələblərinə və
qazma avadanlığının istismarının texniki şərtlərinə uyğun
olmalıdır.
3.3.24. Bucurqadın yükqaldırma məhdudlaşdırıcısının və
tal blokunun qalxmasının məhdudlaşdırıcısının vəziyyəti hər
növbənin əvvəlində yoxlanılmalıdır.
3.3.25. Bucurqad tam dayandırıldıqda onun əyləc
qolunun dəstəyi döşəmənin səthindən 80-90 sm hündürlükdə
olmalıdır. Əyləci təsbitlənməmiş vəziyyətdə saxlamaq
qadağandır.
Dostları ilə paylaş: |