Азярбайъан республикасы


 Quyuların konstruksiyası



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə74/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   70   71   72   73   74   75   76   77   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

3.4. Quyuların konstruksiyası
3.4.1. Quyuların konstruksiyası möhkəmlik, texnologiya
və təhlükəsizlik nöqteyi nəzərindən aşağıdakı şərtləri
ödəməlidir:
- istismar prosesində quyu dibinin optimal quruluşunun
və istismar kəmərinin diametrinin düzgün seçilməsi hesabına,
məhsuldar horizontların lay enerjisinin mümkün maksimal
istifadəsi;
- səmərəli avadanlığın, optimal üsulların və istismar
rejimlərinin, lay təzyiqinin saxlanılması, layların neft verimini
artırmaq üçün istilik təsirinin və digər metodların tətbiq
edilməsi;
218


- quyunun tikilməsinin və istismarının bütün mərhələlə-
rində qəza və mürəkkəbləşmələrə yol vermədən işlərin
təhlükəsiz aparılması şəraiti;
- açılan kəsiliş üzrə lazımi dağ-mədən-geoloji
məlumatın əldə olunması;
- ilk növbədə quyu möhkəmliyinin etibarlığının və da-
vamlığının hesabına, qoruyucu kəmərlərin və boruarxası
fəzanın germetikliyi, həmçinin flüidli horizontların bir-birindən,
keçirici süxurlardan və yer səthindən izolyasiyası hesabına yer
təkinin və ətraf mühitin mühafizəsi şəraiti;
- qoruyucu kəmərlərin və quyu lüləsinin ölçü
nümunələrinə (tiporazmer) görə maksimum unifikasiyası.
3.4.2. Quyunun quruluşunu layihələndirərkən qoruyucu
kəmərlərin optimal sayı və onların başmaqlarının qoyulma də-
rinliyi lay təzyiqlərinin qradienti və layların hidroyarılma (udul-
ma) təzyiqi, süxurların möhkəmliyi və dayanıqlığına görə,
quyu lüləsinin qazılmasında ziddiyyətli şəraitli zonaların sayına
görə təyin edilir.
Axıcılığa meylli süxurları (layları) bağlayan qoruyucu kə-
mərin başmağını həmin layın dabanından aşağı və ya möhkəm
laycıqlarda qoymaq lazımdır. Məhsuldar və yüksək təzyiqli sulu
horizontları açmazdan əvvəl, minimum bir texniki kəmərin və
ya konduktorun müəyyən dərinliyə buraxılması nəzərdə tutul-
malıdır ki, bu dərinlikdə qazma məhlulu quyuda lay flüidi ilə və
ya müxtəlif horizontların flüidlərinin qatışıqları ilə tamamilə
dəyişiləndə və quyu ağzı kipləşdirildikdən sonra, süxurların
yarılması baş verməsin.
3.4.3. Quyunun diametri ilə qoruyucu kəmərlərin mufta-
larının diametri arasındakı lazımi fərq, qazma təcrübəsində qo-
yulan optimal qiymətlərə və hər bir kəmərin layihə dərinliyinə
qədər maksimal maneəsiz buraxılmasını, həmçinin onların
keyfiyyətli sementlənməsini təmin etməlidir.
219


Qoruyucu boruların muftalarının diametri ilə quyunun
diametri arasındakı buraxıla bilən minimal fərq cədvəl 5-də
verilir:
Cədvəl
5
114
127
140
146
168
178
194
219
245
273
299
324
340
351
377
426
diametrlər fərqi, mm
15 20 25 35
39-45
3.4.4. Qoruyucu boruların seçilməsi və qoruyucu kəmərin
möhkəmliyə hesablanması gözlənilən maksimum xarici və
daxili təzyiqi nəzərə almaqla, məhlul tamamilə lay flüidi və ya
qaz-maye qatışığı ilə dəyişildikdə, səviyyə aşağı düşdükdə,
həmçinin quyunun tikintisi və istismarı mərhələsində borulara
düşən ox boyu yük və flüidin aqressivliyi nəzərə alınmaqla

246

-ə əsasən aparılır.
Texniki kəmərin və tullanışa qarşı avadanlığın
möhkəmliyi aşağıdakıları təmin etməlidir:
- qazneftsu təzahürləri, tullanışlar və açıq fontan halla-
rında, onların ləğvi üçün əlavə təzyiqi nəzərə almaqla, quyu
ağzının germetikliyini;
- maksimum sıxlığı olan qazma məhlulunun yaratdığı
hidrostatik təzyiqin təsirinə davam gətirməyi;
- açıq fontan və ya qazma məhlulunun səviyyəsinin aşağı
düşməsi ilə udulmasında və axıcılığa meylli süxurların
keçidində maksimum əzici yükün təsirinə davam gətirməyi.
3.4.5. Qoruyucu boruların standartları və texniki şərtləri,
həmçinin qoruyucu kəmərləri hesablamaq üçün möhkəmlik
220


ehtiyatı əmsalı Azdövdağtexnəzarət Komitəsi ilə
razılışdırılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin