Азярбайъан республикасы


Quyuların möhkəmləndirilməsi və kəmərlərin kipliyə



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə76/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   72   73   74   75   76   77   78   79   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Quyuların möhkəmləndirilməsi və kəmərlərin kipliyə
sınanması
Quyuların möhkəmləndirilməsi
3.5.6. Qoruyucu kəməri quyuya buraxmazdan əvvəl
buruq ustası və mexanik qoruyucu kəməri quyuya buraxmaq
üçün nəzərdə tutulan bütün qazma qurğusunu, tal sistemini
və qazma avadanlığının sazlığını yoxlamalıdır. Aşkarlanan
nasazlıqlar kəmər quyuya buraxılana qədər aradan
qaldırılmalıdır.
3.5.7. Qoruyucu kəmər borusunu, yivini burub bağlamaq
üçün qaldırarkən, onun aşağı ucunun yanında fəhlənin dayan-
ması qadağandır.
3.5.8. Qoruyucu və istismar kəmərlərinin buraxılması
spayderlərdən, elevator-spayderlərdən və ya pnevmatik
pazlardan istifadə edilməklə yerinə yetirilməlidir.
3.5.9. Qoruyucu kəmərin yiv birləşməsinin tam bağlan-
masına və burucu momentin dərəcəsinə nəzarət edilməlidir.
3.5.10. Quyuların tikilməsində istifadə olunan tamponaj
materiallarının müvafiq keyfiyyət sertifikatı olmalıdır. Tampo-
naj materiallarının (həmçinin sement-bentonit qarışıqlarının)
və onlardan formalaşdırılan sement daşının xüsusiyyətləri
müvafiq standartların tələblərinə uyğun olmalıdır. Tamponaj
materiallarının saxlanma qaydaları və istifadə müddəti
istehsalçı-zavod tərəfindən müəyyən edilir. 
3.5.11. Sementləyici başlıq istismardan əvvəl və sonra
istehsalçının sənədlərində qoyulan müntəzəmliliklə, quyunun
sementlənməsi zamanı maksimal hesablanma işçi təzyiqdən
1,5 dəfə artıq olan təzyiqə sınaqdan keçirilməlidir.
3.5.12. Sementləmə üçün vurucu boru kəmərləri
prosesdən əvvəl gözlənilən işçi təzyiqdən 1,5 dəfə artıq olan
təzyiqə sınaqdan keçirilməlidir. Sementləmənin iş qaydası
223


tamponaj təşkilatı tərəfindən işlənmiş və qazma təşkilatı ilə
razılaşdırılmış sənədlə müəyyənləşdirilir (tənzimlənir).
3.5.13. Quyunun möhkəmləndirilməsində istehsalat işlə-
rinin təhlükəsizliyini təmin etmək məqsədi ilə aqreqatları
əvvəlcədən hazırlanmış meydançada yerləşdirmək vacibdir və
bu zaman aşağıdakı məsafələrə riayət olunmalıdır:
- quyu ağzından aqreqatlara, manifold blokuna qədər –
ən azı 10 metr;
- manifold blokundan aqreqatlara qədər – ən azı 5 metr;
- sementləyici aqreqatlar və sementqarışdıran maşınlar
arasında – ən azı 1,5 metr.
Səyyar aqreqatların sükanları (kabinələri) sementlənən
quyunun əks istiqamətində yerləşməlidir.
3.5.14. Kəmərin gələcək (gözlənilən) sementlənmə
şəraitinə uyğun olmayan, laboratoriya analizi aparılmamış
sementdən istifadə etmək qadağandır.
3.5.15. Kəmərin hesablanmış sementlənmə müddəti
sement məhlulunun başlanğıc tutma vaxtının 75%-dən çox
olmamalıdır.
3.5.16. Qoruyucu kəmərlərin buraxılması və
sementlənməsi qazma müəssisəsinin tərtib etdiyi və müvafiq
qaydada təsdiq etdiyi plan üzrə aparılır. Plana, kəməri
hesablamaq üçün ilkin məlumatlar, kəmərin möhkəmlik
ehtiyat əmsalı, kəmərin sementlənməsinin hesablanmasının
nəticələri, sementin analizi, habelə qazma qurğusunun
kəmərin buraxılmasına hazır olması barədə akt əlavə edilir.
3.5.17. Quyu lüləsini kəmərin buraxılması üçün hazırla-
mazdan əvvəl, quyunun bərkidilməsi prosesini dəqiq
planlaşdırmağa lazım olan kompleks elektrik ölçü işləri və
digər tədqiqatlar aparılmalıdır.
3.5.18. Quyu ağzının, kəmər başlıqlarının və kipləşdirici
qurğuların quruluşu (konstruksiyası) aşağıdakıları təmin etmə-
lidir:
224


- quyunun (kəmərin) işlənməsinin bütün mərhələlərində,
temperatur deformasiyalarının kompensasiyalarını nəzərə al-
maqla, texniki və istismar kəmərlərinin hesablanmış dartılma
qüvvəsində asılmasını, habelə qazma boruları kəmərinin tulla-
nışa qarşı avadanlıqda asılmasını;
- qoruyucu kəmərlər arxasında mümkün flüid
təzahürlərinə nəzarəti;
- quyunun qəza vaxtı boğulmasının mümkünlüyünü;
- quyunun tikilməsi və istismarında kəmərlərarası fəzanın
kipliyini;
- qoruyucu kəmərlərin kipliyə sınanmasını.
3.5.19. Qazma prosesində texniki kəmər, qalıq
möhkəmliyini təyin etmək üçün müntəzəm olaraq yeyilməyə
(dağılmaya) yoxlanmalıdır. Müntəzəmlik və yoxlamanın
üsulları layihə ilə müəyyən edilir.
3.5.20. Qoruyucu kəmərlərin buraxılmasının və sement-
lənməsinin nəticələri müvafiq formalı aktlarla təsdiqlənir və
quyunun işində (delo) onun bütün istismar müddəti dövründə
geofiziki təşkilatların qoruyucu kəmərlərin arxasındakı sement
sütununun faktiki vəziyyəti barədə nəticəsi ilə birlikdə
saxlanılır.
3.5.21. Istiqamətləndirici kəmərlər və konduktorlar quyu
ağzına qədər sementlənməlidir. Qalan stratiqrafik kəsilişin
aşağı hissəsində sementlənməlidir:
- məhsuldar horizontlar (layihə ilə istismar üçün açıq qu-
yudibi ilə nəzərdə tutulanlardan başqa);
- tükənmiş (zəifləmiş) horizontlar;
- sulu horizontlar;
- təkrar (texnogen dəyişikliklərə görə) əmələ gələn neft
və qaz horizontları;
- deformasiyaya meylli, plastik süxurlardan ibarət inter-
vallar;
225


- süxurları və məhsulları qoruyucu kəmərlərin korro-
ziyasını sürətləndirən intervallar.
3.5.22. Neft və qaz quyularında tamponaj məhlulunun,
məhsuldar horizontların tavanından, pilləli sementləmə
quruluşundan və ya qoruyucu kəmərlərin seksiyalarının
birləşmə qovşağından yuxarı qalxma hündürlüyü müvafiq
olaraq ən azı 150-300 m və 500 m olmalıdır.
3.5.23. Bu Qaydaların 3.5.21 və 3.5.22 bəndlərinin tələb-
lərinə uyğun seçilmiş sementləmə intervalları ümumi şəkildə
birləşdirilir. Bu halda qoruyucu kəmərin arxasında tamponaj
məhlulunun layihə hündürlüyü aşağıdakıları nəzərdə
tutmalıdır:
- qazma məhlulunun və sement (bərkiməmiş)
məhlulunun ümumi sütununun hidrostatik təzyiqinin flüidli
horizontların lay təzyiqindən artıq olmasını;
- süxurların hidroyarılmasının və ya məhlulun
udulmasının intensiv inkişafının istisnasını;
- kəmər başlığının qoyulması üçün qoruyucu kəmərin yü-
künün sement halqasına ötürülməsinin mümkünlüyünü.
Pilləli sementləmədə, kəmər seksiyalarla buraxıldıqda qo-
ruyucu kəmərin aşağı və aralıq pillələri, habelə gizli (potaynıe)
kəmərlər bütün uzunluğu boyu sementlənməlidir.
Sement halqasının bütövlüyünü qoruyucu kəmər arxasın-
dakı hündürlük üzrə pozulmasına (bu Qaydaların 3.5.24
bəndində nəzərdə tutulan hallardan başqa) yol verilməməlidir.
3.5.24. Konduktor və ya texniki kəmərlə udulma
zonalarını (sirkulyasiyasız keçdikdə) bağladıqda, tamponaj
məhlullarının udan layın dabanına qədər qalxmasına və
sonrakı (sement bərkidiləndən sonra) kəmərarası fəzadan
qarşılıqlı sementləməyə icazə verilir. Qazma məhlulunun
udulması, flüid təzahürü, dağılma, uçulma, qazma kəmərinin
tutulması olan quyuya, mürəkkəbləşmələri ləğv etməyənə
226


qədər texniki və istismar kəmərlərinin buraxılmasına başlamaq
qadağandır.
3.5.25. Qoruyucu kəmər sementləmə intervalı
hüdudunda texnoloji sistem elementləri ilə təchiz olunmalı,
onların nomenklaturası və sayı quyunun tikinti layihəsi ilə
təyin edilməli və qoyulma yerləri kəmərin buraxılmasının işçi
planında dəqiqləşdirilməlidir.
3.5.26. Qoruyucu kəmərin buraxılma rejimi və sementlə-
mənin hidravlik proqramı elə hesablanmalı və həyata
keçirilməlidir ki, məhsuldar horizontlara mümkün qədər
minimal təsir (repressiya) təmin edilsin və süxurların hidravlik
yarılması və udulma ilə əlaqədar mürəkkəbləşmələrə yol
verilməsin. Sementləmə prosesində bu prosesi xarakterizə
edən parametrlərin qeydiyyatı təmin olunmalıdır.
3.5.27. Tamponaj materialların və onların əsasında
məhlulların seçilməsi, aşağıdakı tələbləri nəzərə almaqla
yerinə yetirilməlidir:
- tamponaj materialı və ondan formalaşmış sement daşı
quyuda bütün sementləmə intervalı boyunca statik temperatur
diapazonuna uyğun gəlməlidir;
-tamponaj məhlulunun tərkibi, quyunun sementlənən
intervalında gözlənilən dinamik temperatura və təzyiqə görə
seçilir;
- tamponaj məhlulunun sıxlığı bir qayda olaraq qazma
məhlulunun sıxlığından az olmamalıdır. Tamponaj məhlulunun
sıxlığının yuxarı həddi, başqa şərtlərlə yanaşı, sementləmə
prosesində süxurların hidravlik yarılmasına yol verilməməsi
şərtini təmin etməlidir. Sement daşı, sementlənən intervalda
aqressiv mühit olduqda, bu mühitlərə qarşı korroziyaya
davamlı olmalıdır.
3.5.28. Məsaməli və məsaməli-çatlı kollektorların keçirici-
liyini saxlamaq məqsədilə, mümkün minimal filtrasiyası və
ümumi minerallaşması bu intervalları açarkən istifadə edilən
227


qazma məhlulunun minerallaşmasına yaxın olan, tamponaj
məhlulundan istifadə edilməlidir.
3.5.29. Quyuların sementlənməsi, yalnız günün işıqlı vax-
tında yerinə yetirilməlidir. Quyularda axşam və gecə vaxtı
sementləmə işləri aparılarsa, aqreqatların dayandığı mey-
dançalar [211]-ə uyğun olaraq işıqlandırılmalıdır. Bundan
əlavə hər bir sementləyici aqreqatda fərdi işıqlandırma da
olmalıdır.
3.5.30. Sementləmə işləri aparılarkən aqreqatları,
sementləmə başlıqlarını və təzyiq altında olan boru kəmərlərini
təmir etmək qadağandır.
Kəmərlərin kipliyə sınanması
3.5.31. Konduktor və texniki kəmərlərin kipliyə sınanması
onların quyu ağzından 20-25 m dərinliyə qədər su ilə, qalan
hissəsini tamponaj qatışığını basan (basıb çıxardan) qazma
məhlulu ilə doldurduqdan sonra aparımalıdır.
3.5.32. Istismar kəmərinin kipliyə sınanması qazma məh-
lulunun qabaqcadan su ilə əvəz edilməsindən sonra aparılır. 
3.5.33. Kəmərləri kipliyə yoxlayarkən, borunun daxilində
yaradılan təzyiq, qazneftsu təzahürlərinin və açıq fontanların
ləğvi zamanı, həmçinin quyuların mənimsənilməsi və istisma-
rında mümkün yaranan təzyiqdən ən azı 10% çox olmalıdır.
30 dəqiqə ərzində sınaq təzyiqi 5 kqq/sm
2
(0,5 MPa)-dan çox
olmayaraq aşağı düşərsə kəmər germetik sayılır.
3.5.34. Konduktor və texniki kəmərlər quraşdırılmış TQA
ilə birlikdə, sement stəkanını qazıb, başmaqdan 1-3 m aşağı
keçdikdən sonra, quyu dibinə başmaqdan yuxarı suyun 10-20
metr qalxmasını təmin edən həcmdə su vurmaqla təkrar
olaraq kipliyə yoxlanmalıdır. Kipliyə yoxlama təzyiqi kəmərin
228


başmaqaltı süxurların yarılma təzyiqinin 80%-dən artıq
olmamalıdır. Nəticələr aktla sənədləşdirilir. 
3.5.35. Qaz və qazkondensat quyularında, yüksək qaz
faktorlu (200 m
3
/t və artıq), ya da quyu ağzında izafi təzyiq
100kqq/sm
2
(10 MPa) artıq olan neft quyularında kəmərin
quyu ağzı hissəsi kəmər başlığı ilə birlikdə su ilə kipliyə
sıxıldıqdan sonra, layihəyə uyğun olaraq təsirsiz qazla da
(azotla) yoxlanılmalıdır. Əsaslandırılmış hallarda
Azdövdağtexnəzarət Komitəsinin razılığı ilə sıxılmanı hava ilə
aparmağa icazə verilir.
3.5.36. Quyu ağzında kəmərlərarası həlqəvi fəza, su ilə
əvvəlki kəmərin qalıq möhkəmliyindən artıq olmayan təzyiqlə
sıxılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin