Endirmə-qaldırma əməliyyatı
3.5.37. Endirmə-qaldırma əməliyyatının aparılması
boruları bağlayan (açan) mexanizmlərdən və xüsusi
tərtibatlardan istifadə etməklə yerinə yetirilməlidir. Qazmaçı
ilə yuxarıdakı fəhlə arasında etibarlı rabitə təmin olunmalıdır.
3.5.38. Qazma fəhləsinin iştirakı olmadan mexanikləşdi-
rilmiş endirmə-qaldırma əməliyyatını apararkən, vışkada avto-
matlaşdırma mexanizmlərinə xidmət etmək üçün meydança
quraşdırılmalıdır.
3.5.39. Boruları ötürən mexanizmin qollarının irəli
verilmiş (açılmış) vəziyyətində tal blokunu qaldırmaq və ya
endirmək qadağandır.
3.5.40. Buraxıla bilən hidrodinamik təzyiqin dəyişməsini
nəzərə almaqla endirmə-qaldırma əməliyyatlarının sürəti və
aradakı yumaların davamiyyəti (müddəti) layihə ilə reqlament-
ləşdirilir. Qazma məhlulunun reoloji xüsusiyyətlərində və
qazma kəmərinin quruluşunda layihədən kənara çıxmalar
olduqda, hidrodinamik təzyiqin buraxıla bilən dəyişməsini
229
nəzərə almaqla endirmə-qaldırma əməliyyatlarının sürətinin
reqlamentində dəyişikliklər aparılmalıdır.
3.5.41. Qazma kəmərinin qaldırılması zamanı boruların
xarici səthi qazma məhlulundan xüsusi tərtibatların köməyi ilə
təmizlənməlidir.
3.5.42. Qazma kəmərinin endirilməsi zamanı onun quyu
lüləsində oturması (dayanması) baş verdikdə, həmin
intervalda yuma və quyu lüləsinin işlənməsini aparmaq
lazımdır.
3.5.43. Quyuda boru kəməri olmadıqda və endirmə-qal-
dırma əməliyyatı zamanı quyuya kənar əşyaların düşməsinin
qarşısını almaq üçün quyu ağzına xüsusi tərtibat qoyulmalıdır.
3.5.44. Vışkada qoyulan qazma və AQB şamlarının, bar-
maqdan (mil) düşməməsi üçün onlara xüsusi diqqət yetiril-
məlidir.
3.5.45. Bucurqadın yükqaldırma məhdudlaşdırıcısının və
tal blokunun qalxmasının məhdudlaşdırıcısının vəziyyəti hər
növbənin əvvəlində yoxlanılmalıdır.
3.5.46. Aşağıdakı hallarda endirmə-qaldırma əməliyyatla-
rını aparmaq qadağandır:
- tal blokunun qalxmasının məhdudlaşdırıcısı və bucurqa-
dın yükqaldırma məhdudlaşdırıcısı olmadıqda və ya nasaz ol-
duqda;
- avadanlıq, alətlər nasaz olduqda;
- qazma briqadası heyəti tam olmadıqda;
- küləyin sürəti 20 m/san-dən artıq olduqda;
- dumanda və qar çovğununda (görmə qabiliyyəti itiril-
dikdə).
3.5.47. Qazma borularının, qazma kəməri quruluşunun
digər elementlərinin yiv birləşmələrini rotorun köməyi ilə
açmaq və bağlamaq qadağandır. Baltanın buruqda
bağlanması, açılması və daşınması üçün xüsusi tərtibatlardan
istifadə edilməlidir.
230
3.5.48. Qazma briqadası hər növbədə qaldırıcı
avadanlığa (bucurqada, tal blokuna, qarmağa, qarmaqbloka,
fırlanğıca, sırğalara, tal kanatına və onun bərkitmə
tərtibatlarına, elevatorlara, spayderlərə, qoruyucu vasitələrə
və s.) profilaktik baxış keçirməlidir.
3.5.49. Endirmə-qaldırma əməliyyatı zamanı qadağandır:
- avtomat və maşın açarlarının, işçi və qoruyucu kanatla-
rının hərəkəti zonasında olmaq;
- tal-blok tam dayanana qədər elevatoru açmaq və ya
bağlamaq;
- qazma boru şamlarını xüsusi tərtibatların köməyi olma-
dan şamdandan (podsveçnik) verilməsi və qoyulması;
- çevrilmiş elevatordan istifadə edilməsi.
3.5.50. Yüksüz elevatorun qaldırılma rejimi, habelə
qazma və qoruyucu kəmər borularının rotordan çıxarılması tal
sisteminin yellənməsini istisna etməlidir.
3.5.51. Maşın və avtomat açarlarını qazma (qoruyucu)
boru kəmərlərinə yaxınlaşdırmağa, onlar paz tutucularına və
ya elevatora oturdulduqdan sonra icazə verilir.
3.5.52. Pnevmatik boşaldıcıdan (açıcıdan)
(pnevmoraskrepitelğ) istifadə etdikdə, dartıcı kanat və açar
eyni üfqi müstəvidə yerləşməlidir. Kanat pnevmatik
boşaldıcının ştokuna (oxuna) etibarlı bərkidilməlidir. Düyünlə
bağlamaq qadağandır. Pnevmatik boşaldıcının dönən
istiqamətləndirici diyircəyi olmadan ondan istifadə etməyə
icazə verilmir.
3.5.53. Qazma prosesində aparıcı boru quyudan ancaq
birinci sürətlə qaldırılmalıdır.
3.5.54. Qazma kəmərini endirdikdə, paz tutucularını
kəmər tam dayanana qədər işə salmaq qadağandır.
231
3.5.55. Qazma kəməri boru bazasında komplektləşdiril-
məlidir. Komplektin hər borusunun üzərində komplektin və
borunun komplektdəki nömrələri göstərilməlidir. Hər komplekt
üçün pasport hazırlanmalıdır və bütün istismar müddətində
orada qeydiyyat aparılmalıdır.
3.5.56. Qazma və qoruyucu kəmərlərin qazma zamanı
sürtünmədən yeyilməsini aradan qaldırmaq üçün qazma
borularının quyu lüləsinin qoruyucu kəmər buraxılmış hissəsi
rezin bilərziklərlə (protektor) təchiz edilməlidir.
3.5.57. Qazma, aparıcı və ağırlaşdırılmış boruların, keçiri-
cilərin və qazma kəmərinin aşağı hissəsinin qıfıl yivlərinin bağ-
lanması qazma müəssisəsinin tövsiyəsinə əsasən yol verilən
burucu momentlə aparılmalıdır.
3.5.58. Istismarda olan qazma borularının təmiri və yox-
lanması qazma müəssisələrinin müəyyən etdiyi qaydaya
uyğun vaxtı-vaxtında aparılmalıdır.
3.5.59. Quyuya qazma borularını buraxarkən, qazma
qurğusuna düşən yük qazma qurğusunun pasportunda
göstərilən yükə yaxınlaşarkən bucurqadın köməkçi tormozu
hökmən işə salınmalıdır. Qazma bucurqadı işləyərkən onun
köməkçi tormozunun yumruqcuqlu (kulaçkovıy) muftasının işə
qoşulması və ayrılması qadağandır.
3.5.60. Borular açılıb-bağlanan zaman asma qazma
açarının fəaliyyət radiusunda və dartıcı kanatın yaxınlığında
dayanmaq qadağandır.
3.5.61. Qaldırma-endirmə zamanı rotorun üstü və
buruğun döşəməsi vaxtaşırı təmizlənməlidir.
3.5.62. Aparıcı boru (kvadrat) şurfda olarkən fırlanğıcı
aparıcı borudan açmaq qadağandır.
3.5.63. Boruları bucurqadın sarğacının köməyi ilə zəncirli
açar tətbiq etməklə açıb-bağlamaq qadağandır.
232
|