Азярбайъан республикасы


 Küt üsulla quyuların qazılması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə80/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   76   77   78   79   80   81   82   83   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

3.6. Küt üsulla quyuların qazılması
3.6.1. Bu tələblər neft və neft-qaz yataqlarında küt qu-
yuların tikilməsinə şamil edilir. Qaz faktoru 200 m
3
/tondan
artıq olduqda layihə sənədləri bu Qaydalara müvafiq əlavə
təhlükəsizlik tədbirlərini özündə əks etdirməlidir.
3.6.2. Küt quyular meydançasının hazırlanması və tikil-
məsi, işlərin görülməsi qaydası, quyuların istismarına dair
layihə sənədlərinin işlənməsi, təhlükəli istehsalat obyektlərinin
məhdud ərazidə sıxlığı sənaye təhlükəsizliyinin təmin
edilməsini və quyuların qazılması, mənimsənilməsi, istismarı
və tə’mirinin eyni vaxtda aparılmasını nəzərə almaqla bu
Qaydaların tələblərinə uyğun olmalıdır.
3.6.3. Küt quyuların meydançasında istehsalat, köməkçi
və məişət obyektlərinin yerləşdirilməsinin baş planı, istehsalın
xüsusiyyətlərini, sanitariya norma və qaydalarını nəzərə
almaqla, bu Qaydaların tələblərinə uyğun olmalıdır.
3.6.4. Quyunun tikilməsinin işçi layihəsi yer təkinin
istifadəçisinin (sifarişçinin) tapşırığı ilə qanunvericiliklə
müəyyən edilmiş qaydada işlənməlidir. Küt quyular
meydançasında quyu ağızlarının yerləşmə qaydası
Azdövdağtexnəzarət Komitəsinin tələblərinə müvafiq olmalıdır.
Küt quyular meydançasında yerləşən quyuların sayı,
bütün quyuların debitlərinin ümumi cəminin qiyməti ilə məh-
237


dudlaşmalı və 5000 ton/sutkadan (neft üzrə) artıq
olmamalıdır.
3.6.5. Müxtəlif xarakterli işlərin (qazma, mənimsəmə, is-
tismar, neft-qazçıxarma avadanlığının quraşdırılması və s.)
eyni vaxtda aparılmasında sənaye təhlükəsizliyini tə’min
etmək məqsədi ilə yer təkinin istifadəçisi və ya onun
səlahiyyətli nümayəndəsi küt quyular meydançasında işlərin
təhlükəsiz aparılmasının təşkili üzrə sənədləri müvafiq
qaydada işləyir və təsdiq edir. Bu tədbirlər istehsalat
prosesinin bütün iştirakçıları üçün mütləqdir.
3.6.6. Yer təkinin istifadəçisi (sifarişçi) tərəfindən küt qu-
yular meydançasına müvafiq qaydada cavabdeh iş rəhbəri
tə’yin edilir (lazımi səlahiyyətlər verilməklə).
3.6.7. Küt quyular meydançasında işlərin təhlükəsiz
aparılmasının təşkili qaydası aşağıdakıları nəzərdə tutmalıdır:
- işlərin və əməliyyatların ardıcıllığını, eyni vaxtda aparıl-
dıqda onların başlaması qaydasını;
- işin gedişi və keyfiyyətinə, onların təhlükəsiz aparılması
səviyyəsinə operativ nəzarət sistemini;
- təşkilatların öz aralarında və küt quyular
meydançasında cavabdeh iş rəhbəri ilə qarşılıqlı hərəkət
etmək qayda və şərtlərini.
3.6.8. Nəqliyyatın, xüsusi texnikanın qəza vəziyyəti
yarandıqda (qazneftsu təzahürü, açıq fontanlar və s.)
adamların küt quyular meydançasından təxliyə qaydası
qəzaların ləğv olunması planında nəzərə alınmalıdır.
3.6.9. Vışka-bucurqad blokunu yeni nöqtəyə (pozisiyaya)
çəkdikdə, həmçinin vışkaları sınaqdan keçirdikdə və quyuda
mürəkkəb qəza işləri apardıqda qonşu obyektlərdə bütün işlər
dayandırılmalıdır. Adamlar təhlükəli zonadan (vışkanın hün-
dürlüyü üstəgəl 10 metr məsafəyə) uzaqlaşdırılmalıdırlar
(bilavasitə işin görülməsi ilə məşğul olan işçilərdən başqa).
238


3.6.10. Küt quyular meydançasında təhlükəli işlərin gö-
rülməsi bu Qaydaların tələblərinə müvafiq olaraq, küt quyular
meydançasında işə cavabdeh rəhbər tərəfindən verilən
tapşırıq-buraxılışa əsasən aparılmalıdır.
3.6.11. Qazmadan çıxmış (qurtarmış) quyuların
mənimsənilməsi bu Qaydaların tələbləri və
Azdövdağtexnəzarət Komitəsinin əlavə tələbləri nəzərə
alınmaqla aparılmalıdır.
3.6.12. Küt quyular meydançasında növbəti quyunun qazıl-
ması ilə eyni vaxtda əvvəl qazılmış quyularda əlavə məhsuldar
qatların açılması ilə bağlı işlərin (o cümlədən əsas quyu lüləsin-
dən üfqi ayrılmaların qazılması yolu ilə) görülməsinə icazə verilir.
3.6.13. Qazma qurğusunun sökülməsi və ya vışka-bucur-
qad və digər blokların küt quyular meydançasındakı axırıncı
qazılmış quyudan çıxarılması, onların küt quyular
meydançasında nəqli təhlükəli zonada yerləşən bütün istismar
quyuları dayandırıldıqdan sonra aparılmalıdır.
3.6.14. Qazma icraçısı tərəfindən növbəti quyunun
təhvili və sifarişçi tərəfindən onun qəbulu görülən işlərin
keyfiyyətinin tədqiqindən sonra aparılır və hər iki tərəfin
imzası ilə aktla təsdiqlənir. Təhvil verilən quyunun vəziyyəti
(istismar kəməri kipliyə sınaqdan keçirilib; istismar kəməri
perforasiya olunub və quyu daxili avadanlıq endirilib; quyunun
tikintisi tam başa çatdırılıb və s.) podrat (icra) işinin yerinə
yetirilməsinə dair müqavilə ilə tə’yin olunur.
Quyunun istismara verilməsi sifarişçi tərəfindən
qoyulmuş qaydada aparılır.
239



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin