Азярбайъан республикасы


 Qazmadan çıxmış quyuların mənimsənilməsi və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə83/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   79   80   81   82   83   84   85   86   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

3.9. Qazmadan çıxmış quyuların mənimsənilməsi və
sınağı
3.9.1. Quyuların mənimsənilməsi və sınağı üzrə işlərə
aşağıdakı şərtləri təmin etdikdən sonra başlamaq olar:
- istismar kəmərinin arxasında sement məhlulunun
qalxma hündürlüyü və əmələ gələn sement sütununun
keyfiyyəti layihəyə və yerin təkinin mühafizə tələblərinə cavab
verdikdə;
- istismar kəməri şablonlandıqdan (içərisi
yoxlanıldıqdan), kəmər başlığı və preventor qurğusu ilə
birlikdə sınaq təzyiqlə yoxlanıldıqdan, quyu ağzında gözlənilən
təzyiqdə germetik olduqdan sonra;
- quyu ağzı preventor qurğusu ilə birlikdə, manifold
bloku və atqı xətləri təsdiq olunmuş sxemə müvafiq təchiz
edildikdə və birləşdirildikdə;
249


- kəmərlərarası fəzada təzyiq olmadıqda.
250


Müəssisənin baş mühəndisinin sədrliyi altında geoloji-tex-
niki, baş energetik, təhlükəsizlik texnikası xidmətlərinin işçiləri-
nin və məsul iş icraçısının iştirakı ilə yaradılmış komissiya tərə-
findən quyu yoxlanılır və quyunun hazırlıq aktı tərtib edilir
[258].
Azdövdağtexnəzarət Komitəsinin, FQDHH-nin və Yanğın
Təhlükəsizliyi xidmətinin nümayəndələri adı çəkilən komissiya-
nın işində iştirak edir və aşkar edilmiş nöqsanlar aradan
qaldırıldıqdan sonra quyunun mənimsənilməsi və sınağı
işlərinə icazə verirlər. 
3.9.2. Istismar kəmərinin perforasiyasından əvvəl quyu
ağzı təsdiq edilmiş sxem üzrə perforasiya siyirtməsi ilə təchiz
edilməli, quyu isə sıxlığı texniki layihənin tələblərinə cavab
verən qazma məhlulu ilə doldurulmalıdır. Doldurulmuş
perforatoru quyuya buraxmazdan əvvəl görülən hazırlıq işləri,
bu Qaydaların tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir.
3.9.3. Perforasiya zamanı işi aparanlar tərəfindən quyu
ağzında mayenin səviyyəsinə nəzarət edilməlidir. Onun aşağı
düşməsinə yol verilməməlidir.
3.9.4. Fontan armaturu quyu ağzında quraşdırılmazdan
əvvəl sınaq təzyiqə yoxlanmalıdır, quraşdırıldıqdan sonra isə
istismar kəmərinin kipliyə yoxlama təzyiqinə bərabər olan
təzyiqlə sınanmalı və müvafiq akt tərtib edilməlidir.
3.9.5. Quyunun mənimsənilməsi üzrə kompleks işlər aşa-
ğıdakıları təmin edən tədbirləri nəzərdə tutmalıdır:
- layın ikinci açılmasında tıxanmaya (zakuporka) yol ver-
məməli;
- quyudibi zonada layın bütövlüyünün (skeletinin)
saxlanmasını;
- lay suyunun və qazın «qaz papağı»ndan yarıb
keçməsinin qarşısının alınmasını;
251


- layın kəmiyyət və keyfiyyət xarakteristikalarının və
geoloji-fiziki parametrlərinin təyin olunması üçün termohidro-
qazdinamiki tədqiqatların aparılmasını;
-
quyudibi zonanın keçiriciliyinin saxlanması,
bərpası və artırılmasını;
-
- nəzarətdən çıxmış qazneftsu təzahürlərinin və açıq fon-
tanların qarşısının alınmasını;
- yerin təkinin və ətraf mühitin mühafizəsini.
3.9.6. Layın quyudibi zonasının möhkəmliyi və sement
halqasının bütöv saxlanması yol verilən depressiya ilə təmin
edilir, depressiyanın həcmi isə layihə tələbləri və quyunun
faktiki vəziyyəti nəzərə alınmaqla, sifarişçinin razılığı ilə
müəssisə tərəfindən təyin olunur.
3.9.7. Flüidin laydan axması reqlamentləşdirilən depres-
siyaların yaranması yolu ilə aşağıdakıların hesabına əldə
olunur:
- qazma məhlulunun kiçik sıxlıqlı məhlulla, texniki su və
ya qazsızlaşdırılmış neftlə əvəz olunması. Bu zaman ardıcıl
olaraq əvəz olunan məhlulların sıxlıqları arasındakı fərq 0,5-
0,6 q/sm
3
-dən artıq olmamalıdır; sıxlıqlar arasındakı fərq çox
olduqda laya əks təzyiqin aşağı salınması tempi
məhdudlaşdırılmalıdır;
- köpükləndirici sistemlərdən istifadə olunması.
3.9.8. Istismar kəmərində məhlulun səviyyəsinin
svablama yolu ilə ya da quyu nasoslarından istifadə etməklə
aşağı endirilməsi, qonşu quyulardan təbii qazdan ya da təsirsiz
qazdan quyuların mənimsənilməsində istifadə olunması
müəssisə tərəfindən işlənilmiş təhlükəsizlik texnikası üzrə
təlimatlara müvafiq olaraq yerinə yetirilməlidir. Məhlulun
səviyyəsinin endirilməsi üçün havadan istifadə olunması
qadağandır.
252


3.9.9. Quyu ağzında izafi təzyiqi olan quyularda dərinlik
ölçü işlərinin aparılması parametrləri quyunun işləmə
şərtlərinə uyğun olan lubrikatorlardan istifadə etməklə yerinə
yetirilməlidir. Quraşdırılmamışdan əvvəl lubrikator sınaq
təzyiqi ilə kipliyə, quraşdırıldıqdan sonra isə – kəmərin kipliyə
yoxlama təzyiqinə bərabər təzyiqlə sınanmalıdır.
3.9.10. Mənimsəniləcək hər quyu üçün texnoloji
reqlamenti nəzərə almaqla bu iş üçün plan tərtib edilməli və
məsul şəxs təyin edilməlidir. Plan qazma müəssisəsinin baş
mühəndisi tərəfindən təsdiqlənir və sifarişçi ilə razılaşdırılır.
3.9.11. Quyunun mənimsənilməsinə və sınağına dair
aparılan işlər barədə gündəlik raport tərtib edilməlidir.
3.9.12. Qazma zamanı quyuların lay sınayıcılarının
köməyi ilə sınaqdan keçirilməsi, quyu lüləsinin sınaqdan
keçirilən horizontun depressiyasının qiymətini, tutulmaya qarşı
əlavələrlə məhlulun emalını, qazma kəmərinin hazırlanma
qaydası və belə əməliyyatın aparılması tədbirlərini nəzərdə
tutan iş planı üzrə həyata keçirilməlidir. Iş planı sifarişçi,
Azdövdağtexnəzarət Komitəsinin yerli nümayəndəsi, FQDHH
və geofizika təşkilatı ilə razılaşdırılmalı və qazma
müəssisəsinin texniki rəhbərliyi tərəfindən təsdiqlənməlidir.
Lay sınayıcılarından istifadə etməklə, flüidin səthə çıxa-
rılması ilə quyuların sınaqdan keçirilməsi bu Qaydaların
tələblərinə müvafiq aparılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin