Азярбайъан республикасы


D. Qazma gəmilərindən quyuların qazılması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə91/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   87   88   89   90   91   92   93   94   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. Qazma gəmilərindən quyuların qazılması
3.13.43. Qazma gəmisini (QG) yeni yerə keçidə hazırla-
yarkən aşağıdakılara əməl olunmalıdır:
- qazma yerinə QG-nin gəlməsi və oradan getməsinə
dair təsdiq olunmuş plan olmalıdır;
- yanacağın, suyun, ərzağın və digər materialların lazımi
ehtiyatını qəbul etmək;
- hidrometeoroloji xidmət üçün sifariş vermək;
- keçidin marşrutunu öyrənmək, xəritələrin, lotsiyaların
və digər naviqasiya sənədlərinin komplektini əldə etmək;
- QG-nin bütün avadanlığının, qurğularının və sistemlə-
rinin olmasını, hazırlığını və sazlığını yoxlamaq;
- qazma və texnoloji avadanlığın, alətlərin, tərtibatların
və materialların hazırlığını və sazlığını yoxlamaq;
- tal blokunu kompensatorla aşağı vəziyyətə gətirmək və
bərkitmək;
- gəminin yırğalanması zamanı tal sistemi və boruların
ötürülməsi qurğusunun bütün elementlərinin yerdəyişməsinin
qarşısını almaq üçün onları bərkitmək; 
275


- qalan avadanlıqların hərəkətinin (yerdəyişməsinin) qar-
şısını almaq üçün müvafiq tədbirlər görmək.
3.13.44. QG-nin qazma yerinə qoyulması planında aşağı-
dakılar olmalıdır:
- qazma yerinin koordinatları;
- həmin rayonda hidrometeoroloji şərait;
- mühəndis-geoloji şərait, o cümlədən dəniz dibinin
vəziyyəti, kabellərin, boru kəmərlərinin və QG-yə təhlükə
yarada biləcək digər obyektlərin olmaması haqqında məlumat.
3.13.45. Gəmidə daima aşağıdakılar qeydə alınmalı və
nəzarətdə saxlanılmalıdır:
- dənizin dərinliyi;
- küləyin istiqaməti və sürəti;
- gəminin, bort, kil və şaquli yırğalanma parametrləri;
- şaquli oxun ətrafında fırlanması;
- üfqi yerdəyişməsi;
- gəminin suya oturma dərəcəsi; 
- dəniz dayağının (stoyakın) maillik bucağı;
- dalğanın hündürlüyü;
- axının sürəti.
3.13.46. Qazma və digər texnoloji əməliyyatları yerinə
yetirərkən, qazmaçı daima gəminin quyu üzərində vəziyyətinə,
onun üfqi yerdəyişmələrinə və dəniz dayağının maillik
bucağına nəzarət etməlidir.
3.13.47. Qazma işlərinin aparılmasına, hidrometeoroloji
şəraitdən asılı olaraq qazma qurğusunun rəisi QG-nin istismarı
üzrə təlimata uyğun, icazə verir.
3.13.48. Gəmidə pilpilənin (qrifonun) əmələ gəlməsi ilə
bağlı müşahidə təşkil olunmalıdır.
Əgər gəminin ətrafında pilpilə əmələ gələrsə və gəmiyə
təhlükə yaransa, gəminin kapitanı qazma qurğusunun rəisi ilə
gəminin həmin yerdən təcili çıxması üçün tədbirlər görməlidir.
276


Quyu ağzından ayrılma və quyunun germetikləşdirilməsi
üzrə bütün işlərə qazma qurğusunun rəisi rəhbərlik etməlidir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin