Азярбайъан республикасы


D. 3.15. Neft və qaz quyularının qazılması və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə93/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   89   90   91   92   93   94   95   96   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 3.15. Neft və qaz quyularının qazılması və
möhkəmləndirilməsi
3.15.1. Qazma kəmərinin kompensatorunun sıxılmış
hava sistemini kompensator işləyən zaman bağlamaq
qadağandır.
3.15.2. Yarımdalma qazma qurğularında qaldırıb-
endirmə əməliyyatı zamanı qazma kəmərinin kompensator
sistemi dayandırılmalıdır.
3.15.3. Qoruyucu kəmərlərin buraxılması zamanı qazma
kəmərinin kompensatoru istifadə olunarsa o, qoruyucu
kəmərin 80-90% çəkisinə əvvəlcədən nizamlanmalıdır.
3.15.4. Küləyin sürəti 17 m/san-dən çox olduqda
qaldırma-endirmə əməliyyatı dayandırılmalıdır.
278


3.15.5. Qoruyucu kəmərlər bir qayda olaraq bir bölmə ilə
buraxılmalıdır. Iki bölmə ilə kəmərin buraxılmasına, birləşdirici
hissə kəmərin sınanma təzyiqinə yoxlanıldıqdan sonra icazə
verilir.
3.15.6. Dəniz özüllərində gəmidən sementləmə işlərinin
aparılmasına dənizdə dalğalanma 3 bala qədər olduqda icazə
verilir. Sementləmə üçün vurucu kəmərin gəmidən özülə keçid
yeri sərbəst hərəkəti təmin etməlidir.
3.15.7. EYM-də sementləmə işi aparılarkən aqreqatlar
elə yerləşdirilməlidir ki, estakadada nəqliyyatın hərəkətinə ma-
neçilik törətməsin.
3.15.8. Vurulan istiqamətləndirici kəmərdən sonra,
quyuda 25-30 m qazma, yuyucu mayenin sürəti 0,1 m/san-
dən artıq olmamaq şərti ilə aparılmalıdır.
3.15.9. AYLT-li strukturlarda axtarış və kəşfiyyat
quyularını qazarkən, qaz-karotaj stansiyası layın açılmasına ən
azı 200 m qalmış quraşdırılmalıdır.
3.15.10. AYLT-li strukturlarda axtarış quyuları qazılarkən
lay təzyiqini proqnozlaşdırmaq məqsədilə hər 50 m-dən bir
ölçü işləri aparılmalıdır.
3.15.11. Quyuların sınanması müddətində meydançanın
yanında daima yanğınsöndürmə gəmisi dayanmalıdır.
3.15.12. Quyuların sınanılmasından əvvəl
yanğınsöndürmə və xilasetmə texnikasının sazlığı
yoxlanılmalıdır.
3.15.13. Separator və onun birləşmələri sınaqda
gözlənilən və planda göstərilmiş maksimal təzyiqdən 1,5 dəfə
çox təzyiqə yoxlanılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin