Азярбайъан республикасы


D. 3.16. Küt üsulla quyuların qazılması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə94/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   90   91   92   93   94   95   96   97   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 3.16. Küt üsulla quyuların qazılması
279


3.16.1. Maili istiqamətlənmiş quyuları qazarkən əyriliyin
artan hissəsində lülənin ətrafında radiusu 3,5 m qədər olan
zona lülələrin görüşməsi nöqteyi nəzərindən təhlükəli sayılır.
Təhlükəli zonaya daxil olma ehtimalı yaranarsa qazma
dayandırılmalı və sonrakı işlər təyin olunmuş məsul işçinin
rəhbərliyi ilə təsdiq olunmuş plan üzrə aparılmalıdır. 
3.16.2. Küt quyular meydançasında iki qazma qurğusu
ilə maili istiqamətləndirilmiş quyular qazılarkən, quyular iki
qrupa bölünməli və onların qazılma ardıcıllığı göstərilməlidir.
3.16.3. Küt quyular meydançasında eyni vaxtda
(müxtəlif qruplarda yerləşən) bir quyunun qazılmasına,
digərinin isə tə’mir edilməsinə icazə verilir.
3.16.4. Küt quyular meydançasında növbəti quyunun qa-
zılmasına, əvvəl qazılmış quyuların dəqiq üfqi və şaquli
proyeksiyaları tərtib olunduqdan sonra, qazma müəssisəsinin
baş geoloqu tərəfindən icazə verilməlidir.
3.16.5. Meydançada bir quyunun mənimsənilməsi
zamanı digər quyularda gözlənilən müxtəlif
mürəkkəbləşmələrə qarşı tədbir görülməli, qazma və ya təmir
işləri dayandırılmalıdır.
3.16.6. DDÖ-də (EYM-də) eyni vaxtda iki qazma qurğusu
ilə qazmaya icazə verilir: 
- istismar quyularının qazılmasından əvvəl iki kəşfiyyat
(axtarış) quyusunun;
- məhsuldar horizontların xüsusiyyətlərini dəqiqləşdirmək
məqsədi ilə istismar və kəşfiyyat quyularının. 
Qeyd:
Bu zaman ikinci quyunu, qazılan birinci quyuya
konduktor endirildikdən və onun quyu ağzına preventor qu-
raşdırıldıqdan sonra qazmağa başlamaq olar.
3.16.7. Qazma qurğularının vışkaaltı portallarının eyni
vaxtda yerini dəyişmək qadağandır.
280


3.16.8. Şaqul üzrə quyu diblərinin əyilməsi eyni olan,
azimutları arasındakı fərq 20
0
-dən az olan quyuların iki qazma
qurğusu ilə parallel qazılması qadağandır.
3.16.9. Iki qazma qurğusu ilə küt istismar quyularının
qazılmasında, onların sirkulyasiya sistemlərinin
birləşdirilməsinə o şərtlə icazə verilir ki, sirkulyasiya sisteminin
ümumi həcmi iki quyunun qazılmasının layihə tələblərinə
uyğun olsun.
3.16.10. Quyuların eyni vaxtda qazılması və istismarında
aşağıdakı tələblərə mütləq riayət edilməlidir:
- fontan quyuları quyudaxili ayırıcı klapanla və
məsafədən idarə olunan quyu ağzı siyirtmələrlə təchiz
olunmalıdır;
- istismar olunan quyuların fontan armaturu yuxarıdan
və qazılan quyuların TQA-sı tərəflərindən bütöv şəkildə çəpər-
lənməlidir;
- neft və qaz xətləri xətt ayırıcı siyirtmələrlə təchiz olun-
malıdır.
3.16.11. Quyuların quyu ağzı arasındakı məsafələr təyin
olunanda aşağıdakı tələblər nəzərə alınmalıdır:
- qazılan quyuların TQA-ın idarə olunması sistemi platfor-
manın üst tikilisinin yuxarı yarusunda, quyudaxili ayırıcı-klapa-
nın və fontan armaturunun məsafədən idarə olunan siyirtmə-
lərinin idarə olunması sistemi aşağı yarusunda yerləşdikdə –
neft quyuları üçün – 2,4 m-dən az olmayaraq, qaz və
qazkondensat quyuları üçün isə – 3 m-dən az olmayaraq; 
- TQA-nın, quyudaxili ayırıcı-klapanın və quyu ağzı
siyirtmələrin idarə olunması sistemi bir yarusda yerləşdikdə –
8m-dən az olmayaraq.
281


3.16.12. Quyuda təmir işləri, mürəkkəbləşmələrin və ya
qəzaların aradan qaldırılması, hər konkret quyu üçün işlənmiş
və bu işləri həyata keçirən təşkilatın rəhbərliyi tərəfindən təs-
diqlənmiş plan üzrə aparılmalıdır. Planda, işin aparılması
qaydası, təhlükəsizlik tədbirləri, işlərin yerinə yetirilməsinə
cavabdeh şəxs göstərilməlidir.
3.16.13. DDÖ-nün bir qrupunda olan quyuda tə’mir iş-
lərinin və digər qrupunda olan quyuda qazma işlərinin aparıl-
masına icazə verilir.
3.16.14. Qazma quyularının birində qazneftsu təzahürü
olduqda, mürəkkəbləşmələrə qarşı tədbirlər görülməklə, digər
qazma qurğusunda bütün işlər dayandırılmalıdır. Quyuların
eyni vaxtda qazılması, təmiri və istismarı zamanı, baş verən
qazneftsu təzahürü faktı ilə istismar idarəsinin rəhbərliyi
xəbərdar olunmalıdır və bütün quyularda istismar və təmir
işləri dayandırılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin