3.19.1. Quyunun sınanması zamanı
DNQT-nin və ya
ÜQQ-nin yaxınlığında daima hazır vəziyyətdə yanğınsöndürən
gəmi olmalıdır.
3.19.2. Sınanmadan əvvəl vacibdir:
- yanğınsöndürmə və xilasetmə vasitələrinin hazır vəziy-
yətdə olmasını və komplektliyini yoxlamaq;
- yandırma (məşəl) bloku olan quyuda,
məhsulun
yandırılma qurğusunda boru kəmərləri sistemlərinin
bərkidilməsini və oxunu birləşmələrini yoxlamaq;
- DNQT-in (ÜQQ) gövdəsinin su ilə sulanma (su sipəri)
və odluqların yandırılma sistemləri yoxlanılmalı və məşəlin
məsafədən alışdırılması quruluşunun sazlığına əmin olmalı;
- separatoru yığımla (obvəzka) birlikdə və həmçinin quyu
məhsulunun yandırılması üçün quruluşun boru kəmərləri siste-
mini kipliyə yoxlamalı.
3.19.3. Separatorun yığımla birlikdə kipliyə yoxlanılması
quyunun sınanması zamanı gözlənilən maksimal təzyiqdən 1,5
dəfə artıq təzyiqlə aparılmalıdır.
Maksimal təzyiq yerinə
yetirilən işin planında göstərilməlidir.
3.19.4. Yandırma (məşəl) bloku olarkən sınanmanın baş-
lanmasından əvvəl DNQT-nin odluq blokunun yaxınlığındakı
gövdəsinin su ilə sulanma (su sipəri) sistemi işə salınmalı və
odluqların növbətçi məşəli yandırılmalıdır.
3.19.5. Sınanmış quyuların məhsulu separatordan keç-
məklə DNQT-nin (ÜQQ) küləkdöyməz tərəfində (bax əlavə 1-
ə) yerləşən yandırma (məşəl) qurğusuna ötürülməlidir.
3.19.6. Quyu məhsulunun yandırılması blokunün odluq-
larının məhsuldarlığı, sınaqdan
keçirilən quyu məhsulunün
gözlənilən miqdarına uyğun olmalıdır. Odluqların sayı 2-dən az
olmamalıdır.
288
3.19.7. Sınanılan quyuların məhsulu yandırılan zaman,
quyu məhsulunun tüstüsüz yanmasını təmin etmək üçün
yanma zonasına havanın
və suyun ötürülməsi
tənzimlənməlidir.
3.19.8. DNQT-də, yandırma bloku olmadıqda sınanılan
quyunun məhsulları xüsusi tutumlara ötürülməlidir.
3.19.9. Quyuların sınanmasında FQDHH-nin
nümayəndəsi iştirak etməlidir.
Dostları ilə paylaş: