3.20.12. Hər bir konservasiya edilmiş quyuda quyu ağzı
üzərində reper quraşdırılmalıdır. Reperin ölçüləri: diametri 25
mm və uzunluğu 300 mm olan polad çubuğun üzərinə ölçüləri
400x200x5 mm olan polad lövhə qaynaq edilməlidir. Bu polad
lövhəyə aşağıdakılar yazılmalıdır: quyunun nömrəsi, neft yata-
ğının və müəssisənin adı, konservasiya tarixi və müddəti.
3.20.13. Hər bir konservasiya olunmuş quyu (dərinlik na-
sosu ilə istismar edilən quyular istisna olunmaqla) fontan ar-
maturu ilə təchiz edilməlidir.
Quyunun ağzı su səthindən yuxarı
yerləşdikdə
siyirtmələrin şturvalları (nəzarət məqsədi daşıyan
siyirtmələrdən
başqa)
çıxarılmalı,
armaturun
kommunikasiyaları ayrılmalı, armatur siyirtmələrinin xarici
flansları flans qapayıcıları ilə təchiz olunmalı, manometrlər
(nəzarət manometrindən başqa) çıxarılmalı və onların
quraşdırıldığı yer bağlanmalıdır.
3.20.14. Tikilən quyunun
konservasiya edilməsi üçün
quyu ağzının su altında olan hissəsinin germetikliyini təmin
etmək və konservasiya vaxtı qurtardıqdan sonra sirkulyasiyanı
bərpa etmək məqsədilə, quyu ağzının su altında olan hissəsinə
xüsusi kaptaj başlığı quraşdırılmalıdır.
3.20.15. Konservasiya
edilən quyunun dayaq pilətəsi,
konservasiya edilmiş quyu ağzının yerini təyin etmək üçün
hidroakustik mayakla və eyni zamanda xüsusi üzən qoruyucu
işarə ilə təchiz edilməlidir (işarədə
quyunun nömrəsi, neft
yatağının və müəssisənin adı, konservasiya tarixi və müddəti
yazılmalıdır).
3.20.16. Neft və qaz quyularını konservasiya edərkən,
quyu ağzı sualtı fontan armaturu ilə təchiz edilməlidir.
Mühəndis-dispetçer məntəqəsində
konservasiya olunmuş
quyuların nəzarət və idarəetmə panelinin üstündə,
konservasiya müddətini göstərən lövhə asılmalıdır. Məsafədən
idarəetmə sistemi söndürülməlidir.
292