4.3.27. Meydançanın hazırlanması, tübinq qurğularının
montajı və istismarı istehsalçı –zavodun texniki şərtləri və
istismar üzrə təlimatına uyğun yerinə yetirilməlidir.
Tübinq qurğularının istifadəsi ilə işlər xüsusi öyrədilmiş
heyət tərəfindən yerinə yetirilməlidir.
4.3.28. Traverslərin, sürgü qollarının, mancanaq dəzgah-
larının kanat asqılarının təmiri və dəyişdirilməsinə, vışkanın və
ya qüllənin kronblokunun dəyişdirilməsinə, talkanatının təchi-
zatına, dərinlik ölçmələrinə küləyin sürəti 8m/san. –dən artıq
olmadıqda icazə verilir.
Dostları ilə paylaş: