4.4.2.3. Mancanaq dəzgahının
çarx sürgü qollu
mexanizmi, elektrik intiqalına və işəsalma quruluşuna xidmət
meydançası müvafiq rənglə rənglənməli və çəpərlənməlidir.
4.4.2.4. Mancanaq dəzgahını işə salmazdan əvvəl əmin
olmaq lazımdır ki, dəzgahın reduktoru tormozlanmayıb, çəpər-
lər qoyulub və təhlükəli zonada adamlar yoxdur.
4.4.2.5. Çarx-sürgü qollu mexanizmin millərinin yerini
dəyişdirdikdə və ya əvəz etdikdə, kipkəc ştokuna sıxac quraş-
dırılmalı, sürgü qolu isə mancanaq dəzgahının dayağına
etibarlı bərkidilməlidir.
4.4.2.6. Quyunun quyu ağzı,
ştokun germetikliyi üçün
qapayıcı armaturla və kipkəc quruluşu ilə təchiz olunmalıdır.
4.4.2.7. Quyunun quyuağzı yığımı, cilalı ştokun
kipkəcinin içliyinin dəyişdirilməsinə, quyuağzı
təzyiqin və
temperaturun ölçülməsinə imkan yaratmalıdır.
4.4.2.8. Balansir başlığının ən aşağı vəziyyətində, kipkəc
ştokunun asılqanının traversi ilə və ya ştanqsaxlayanla
quyuağzı kipkəc arasında 20
sm-dən az olmayan məsafə
olmalıdır.
4.4.2.9. Mancanaq dəzgahının gövdəsi (rama) texniki kə-
mərlə, ikidən az olmayan, müxtəlif yerlərdə qaynaq edilmiş
yerləbirləşdirici polad keçiricilər vasitəsi ilə birləşdirilməlidir.
Düzbucaqlı keçiricinin en kəsiyi 48 mm
2
-dən, günyə pola-
dının divarının qalınlığı 4 mm-dən, dairəvi yerləbirləşdiricilərin
diametri 10 mm-dən az olmamalıdır.
Mancanaq dəzgahının
gövdəsini texniki kolonla
birləşdirən yerləbirləşdirici keçiricilər torpağa 0,5m-dən az
olmayaraq basdırılmalıdır.
Yerləbirləşdirici keçirici kimi dairəvi, zolaq, bucaqlı və ya
digər profilli poladlar tətbiq edilə bilər.
Bu məqsəd üçün polad kanatdan istifadə etməyə icazə
verilmir. Yerləbirləşdirici keçiricilərin birləşmələrinin yoxla-
nılması mümkün olmalıdır.
308
4.4.2.10. Mancanaq dəzgahı
avtomatik və məsafədən
idarə olunan quyularda, işəsalma qurğusunun yaxınlığında,
görünən yerdə «Diqqət! Işəsalma avtomatikdir» yazılı plakat
bərkidilməlidir.
4.4.2.11. Hasilatın ölçülməsi, quyuların işə salınması, da-
yandırılması sistemlərinin dispetçer punktuna çıxışı olmalıdır.
4.4.2.12. Avadanlığın təmirinə
başlayana qədər və ya
baxışdan əvvəl dövrü işləyən quyunun avtomatik, məsafədən
və ya əl ilə işə salınan mühərriki söndürülməli, kontryük yuxarı
vəziyyətə gətirilməli və bu vəziyyətdə tormoz qurğusu ilə
etibarlı tormozlanmalıdır, işəsalma
qurğusunda isə plakat
(«Işə salma, adamlar işləyir») asılmalıdır.
309