4.4.4. Quyuların hidroporşenli və şırnaqlı nasoslarla
istismarı
4.4.4.1. Qurğunun texnoloji blok otağı aşağıdakılara
malik olmalıdır:
-1 saat ərzində otağın tam daxili həcmində səkkizdəfəlik
havadəyişməni təmin edən daimi məcburi ventilyasiyaya;
-bloklarda 5
0
C-dən aşağı
olmayan temperatura, səs-
küyün səviyyəsinin 80dBA-dan və titrəmə səviyyəsinin 92dB-
dən artıq olmamasına ([98, 104]–ə əsasən).
4.4.4.2. Quyunun məhsulunu işçi maye kimi istifadə
etdikdə, qurğu, avtomatik yanğınsöndürmə avadanlığı ilə
təchiz olunmalıdır.
4.4.4.3. Texnoloji blok otağına daxil olmazdan əvvəl
aşağıdakılara əməl etmək lazımdır:
-otağın qazlaşmasını
və ventilyasiya sisteminin
vəziyyətini yoxlamaq;
-işıqlandırmanı işə salmaq;
-yanğınsöndürmə sistemini avtomatik işəsalma
rejimindən əl ilə işəsalma rejiminə keçirmək.
4.4.4.4. Blokda yanğın baş verdikdə otağı tərk etmək,
bütün qapıları bağlamaq, giriş qapısının yanında
yerləşən
düymə ilə avtomatik yanğınsöndürmə sistemini işə salmaq
lazımdır.
4.4.4.5. Pakerin endirilməsindən əvvəl istismar kolonu
şablonlanmalı, lazım gələrsə rayberlənməli,
dibinə qədər
yuyulmalı və təzyiqə sınanmalıdır.
4.4.4.6. Hidroporşenli nasosun, kürəkciyin (skrebok) və
digər avadanlıqların çıxarılması qurğunun komplektində olan
xüsusi lubrikatorun tətbiqi ilə yerinə yetirilməlidir.
4.4.4.7. Mərkəzi siyirtmənin bağlı halında lubrikatorun
quraşdırılmasını və sökülməsini qüllədən istifadə etməklə, bu
311
növ işlərin aparılması təlimatlarına
əməl edilməklə yerinə
yetirmək lazımdır.
4.4.4.8. Hər bir basqı xətti manometrlə və işçi mayenin
sərf tənzimləyicisi ilə təchiz edilməlidir.
4.4.4.9. Güc nasosları elektrokontakt və göstərici mano-
metrlərlə, həmçinin qoruyucu klapanlarla təchiz edilməlidir.
Güc nasosunun qoruyucu klapanının dirsəyi nasosun girişi ilə
birləşməlidir.
4.4.4.10. Avtomatika sisteminin və qoruyucu qurğuların
sazlığı istismar üzrə təlimatlarda müəyyənləşdirilmiş müddət-
lərdə yoxlanılmalıdır.
4.4.4.11. Güc nasosunun, işçi mayeni sorma, basqı və
buraxma xətlərində, qapayıcı qurğuların açıq halında,
avtomatika sistemlərinin sazlığının yoxlanmasından sonra güc
qurğusu işə buraxılır. Basqı sistemində təzyiq,
yerüstü
avadanlıq normal iş rejiminə düşdükdən sonra yaradılmalıdır.
4.4.4.12. Güc nasosu dayandıqda, basqı boru kəmərində
təzyiq, atmosfer təzyiqinə qədər azaldılmalıdır.
4.4.4.13. Quyunun hasilat ölçmə sisteminin, güc nasosla-
rının işinin göstəricilərinin dispetçer məntəqəsinə çıxışı
olmalıdır.
Dostları ilə paylaş: