Азярбайъан республикасы


 Layın hidravlik yarılması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə114/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   110   111   112   113   114   115   116   117   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.6.8. Layın hidravlik yarılması
4.6.8.1. Layın hidravlik yarılması əməliyyatı, müəssisə
tərəfindən təsdiq olunmuş plana əsasən, məsul mühəndis-
texniki işçinin rəhbərliyi altında yerinə yetirilməlidir.
4.6.8.2. Layın hidravlik yarılması zamanı quyu ağzında və
basqı boru kəmərləri yaxınlığında işçilərin dayanması (olması)
qadağandır.
4.6.8.3. Manifoldlar blokunun basqı kollektoru nəzarət-
ölçü cihazlarının vericiləri (datçik) ilə, qoruyucu klapanlarla və
mayenin ötürülməsi üçün atqı xətti ilə, vurucu boru kəmərləri
isə əks klapanlarla təchiz olunmalıdır.
4.6.8.4. Quyuağzı avadanlıq quraşdırıldıqdan sonra
vurucu boru kəmərləri layın hidravlik yarılması zamanı
gözlənilən təzyiqlə [29]–un tələblərinə uyğun olaraq müəyyən
olunmuş ehtiyat əmsalı nəzərə alınmaqla sınanılmalıdır.
4.6.8.5. Layların hidravlik yarılması zamanı mütləq
pakerlərdən istifadə olunmalıdır.
4.6.8.6. Turşular vasitəsi ilə aparılan hidravlik yarılmalar-
da korroziyaya qarşı ingibitorlardan istifadə olunmalıdır.
4.6.9. Qazın yüksək təzyiq altında vurulması
325


4.6.9.1. Basqı qaz boru kəmərlərinin qaynaq olunmuş his-
sələri qammoqrafiya və ya rentgenoqrafiya yolu ilə
yoxlanmalıdır.
Sınaq partiyası (nümunələri) kimi buraxılmış boruların və
qaynaq materiallarının istifadəsi qadağandır.
4.6.9.2. Basqı qaz kəmərləri maksimal işçi təzyiqdən
1,25 dəfə artıq təzyiqlə sınanılmalıdır.
4.6.9.3. Basqı (injeksiya) quyularının quyuağzı
avadanlığı, quyunun lift borularından və boruarxası fəzadan
boğulmasını təmin etməlidir.
4.6.9.4. Basqı (injeksiya) quyusunun qoruyucu borular
kəmərinin arxası quyu ağzına qədər sementlənmiş olmalı və
sementləmənin keyfiyyətini yoxlamaq üçün, o, sınanılmalıdır.
4.6.9.5. Basqı quyularının qoruyucu kəmərlərinin yiv
birləşmələri, həmin birləşmələrin kipliyini təmin edən, özübər-
kiyən sürtgü ilə bərkidilməlidir.
4.6.9.6. Qoruyucu borular kəməri ilə lift boru kəməri
arasındakı fəza quyu ağzına qədər təsirsiz maye ilə doldurul-
malıdır (qazsızlaşdırılmış neft, dizel yanacağı və s.).
4.6.9.7. Qazpaylayıcı qurğuların (qazpaylayıcı stansiya-
ların, məntəqələrin və batareyaların) texnoloji sxeminin
seçilməsi zamanı, qazın yüksək təzyiqlə basqı (injeksiya)
quyularına paylanması qaydası nəzərə alınmalıdır.
4.6.9.8. Qazpaylayıcı qurğular qazın buraxılması üçün
dayaqlarla, qazpaylayıcı batareyalar isə üfürülmə qurğuları və
ehtiyat xəttlərlə təchiz olunmalıdır.
4.6.9.9. Quyuya qazın vurulmasını dayandırmaq lazım
gəldikdə, basqı xəttlərindəki bağlayıcı qurğular bağlanmalı;
bağlayıcı armaturdan sonra gələn flansda qapayıcı (zaqluşka)
və üçgedişli kranla təchiz olunmuş manometr quraşdırılmalıdır.
326


4.6.9.10. Qaz kompressor stansiyalarında qazın pillələr-
arası soyudulması kollektor sistemi ilə həyata keçirilirsə (qaz
kəmərləri tək (odinoçnımi) bağlayıcı qurğularla təchiz olundu-
ğu halda), kompressorların boş-boşuna (xolostoy xod) işə
salınmasından qabaq, pillələrarası qaz kəmərlərində olan mü-
vafiq bağlayıcı qurğular və kollektorlar arasında quraşdırılmış
əks klapanların sazlığı yoxlanılmalıdır.
4.6.9.11. Əks klapanların sazlığı kompressorun hər sıxma
pilləsinin basqı (vurma) xəttində quraşdırılmış manometr vasi-
təsilə yoxlanılmalıdır. Əgər əks klapanlar sazdırsa, bağlayıcı
qurğular ilk açılan anda (baypaslar və şama gedən atqı xətti
bağlı olduğu halda) manometrin əqrəbi sıfır rəqəminin
üzərində dayanmalıdır. Əks klapanlardan hər hansı biri
nasazdırsa, kompressorun təzyiq altında olan kollektora
qoşulması qadağandır.
4.6.9.12. Əks klapanların sazlığı həmçinin hər bir
kompressor kollektordan açılmamışdan əvvəl yoxlanılmalıdır.
Əks klapan nasaz olduğu halda, yəni baypaslardan hər hansı
birinin tədricən açılması ilə təzyiq aşağı düşmürsə, kompressor
dərhal dayandırılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin