4.8.28. Küt halda istismar olunan quyularda qonşu quyu
dayandırılmadan təmirin aparılmasına,
müəssisənin baş mü-
həndisinin (texniki rəhbərinin)
təsdiq etdiyi planda nəzərdə
tutulan xüsusi tədbirlərin həyata keçirilməsi və xüsusi texniki
vasitələrdən istifadə edilməsi şərtləri ilə yol verilə bilər.
Kütdə qazma işləri aparmaqla yanaşı mənimsəmə, təmir,
quyunun işə salınması işlərini görməyə və eyni zamanda iki
briqadanın quyu təmiri ilə məşğul olmasına yol verilir. Bu
halda hər bir iş icraçısı öz sahəsindəki qeyri-standart vəziyyət
(qazneftsu təzahürü, texnoloji reqlamentdən kənara çıxmalar
və s.) haqqında kütdə işləyən digər iş icraçılarına
məlumat
verməlidir. Belə olan halda qeyri-standart
vəziyyət aradan
qaldırılana qədər kütdə bütün işlər dayandırılmalıdır.
Dostları ilə paylaş: