4.9.2. Neftin, qazın və kondensatın yığılması
və hazırlanması üçün avadanlıqlar
4.9.2.1. Neftin, qazın və kondensatın yığılması və hazır-
lanması üçün avadanlıqlar müvafiq standartların
və texniki
şərtlərin tələblərini ödəməli,
layihəyə və işlək texnoloji
layihənin normalarına uyğun quraşdırılmalı və məhsulun tam
saxlanılmasını (neft və qazın qapalı sistemdə yığılması və
hazırlanması) təmin etməlidir.
4.9.2.2. Avadanlıqlar və boru kəmərləri nəzarət cihazları
ilə (göstəricilərin idarəetmə pultuna çıxarılması ilə),
tənzimləyici və qoruyucu quruluşlarla təchiz edilməlidir.
4.9.2.3. Aparatlarda və boru kəmərlərində quraşdırılan
qoruyucu, tənzimləyici və qapayıcı armaturların sazlığı təsdiq
olunmuş cədvələ uyğun dövri olaraq yoxlanılmalıdır.
Yoxlamaların nəticələri vaxta (növbə) jurnalında qeyd
olunmalıdır.
4.9.2.4. Təzyiq altında işləyən aparatlar manometrlərlə,
qapayıcı və qoruyucu aparatlarla,
səviyyə göstəriciləri ilə,
daxili baxış üçün lyuklarla, həmçinin boşaldılma üçün drenaj
xətti ilə təchiz olunmalıdır.
4.9.2.5. Texnoloji prosesə nəzarət və idarəetmə sistem-
lərinin elektrik vericiləri partlayışdan mühafizəli olmalıdır və
vibrasiya, qaz hidratlarının, parafin, duz çöküntülərinin və
digər maddələrin əmələ gəlməsi
şəraitlərində tətbiqə
hesablanmalı, yaxud nəql olunan mühitlə bir başa kontaktı
istisna edən şəraitlərdə quraşdırılmalıdır.
4.9.2.6. Texnoloji boru kəmərləri və armaturlar [168]–ə
müvafiq rənglərlə rənglənməli və xəbərdaredici işarə və
yazılarla təmin olunmalıdır.
Boru kəmərlərinin üzərində nəql olunan mühitin hərəkət
istiqamətini göstərən oxlar çəkilməlidir.
337