Азярбайъан республикасы


 Neftin, qazın və kondensatın yığılması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə117/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   113   114   115   116   117   118   119   120   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.9. Neftin, qazın və kondensatın yığılması,
hazırlanması və nəqli
4.9.1. Ümumi tələblər
4.9.1.1. Neftin və qazın yığılmasının, hazırlanmasının və
nəqlinin texnoloji prosesləri, onların texniki təchizatı,
idarəetmə və tənzimləmə sisteminin seçilməsi, yoxlama,
idarəetmə və qəzadan mühafizə vasitələrinin quraşdırılma
yerləri layihələrdə nəzərdə tutulmalı və xidməti heyətin və
əhalinin təhlükəsizliyini təmin etməlidir.
4.9.1.2. Neftin, qazın və kondensatın yığılması, hazırlan-
ması və nəqli obyektlərinin qapalı sahələrində (otaqlarında)
hava mühitinə nəzarət sistemi, avadanlığın dayandırılma
sistemi ilə (siyirtmələrin bağlanması da daxil olmaqla) əlaqəli
(bağlı) olmalıdır.
334


Bütün otaqlar daim işləyən çəkib–sorma ventilyasiyasına
malik olmalıdırlar. Havadəyişmə
[70]-ə uyğun
hesablanmalıdır.
Göstərilən obyektlərin əsas texnoloji parametrləri və
hava mühitinin vəziyyəti haqqında məlumatlar idarəetmə
məntəqəsinə çıxarılmalıdır.
4.9.1.3. Idarəetmə sistemləri obyektlərin dayandırılması
xəbərdaredici siqnal qurğularına və dispetçer məntəqəsi ilə iki
tərəfli rabitəyə malik olmalıdır.
4.9.1.4. Hər bir dispetçer məntəqəsindən idarə olunan
obyekt, eyni zamanda bilavasitə obyektdə əl ilə idarə edilmə
sisteminə malik olmalıdır.
4.9.1.5. Neft və qazın yığılma sistemi qapalı olmalı,
basma, tədqiqat və hasilat quyularının quyu ağzı isə kip
olmalıdır.
4.9.1.6. Neft və qazın yığılması və hazırlanması obyektlə-
rində, nasos və kompressor stansiyalarında siyirtmələrin,
aparatların sıra sayı, axınların istiqaməti, onların sıra sayının
layihə texnoloji sxeminə tam uyğunluğu göstərilməklə müəssi-
sənin texniki rəhbərinin təsdiq etdiyi texnoloji sxem olmalıdır.
Texnoloji sxem mümkün qəzaların ləğvi planının bir hissəsidir.
4.9.1.7. Texnoloji prosesdə, sxemdə, reqlamentdə, apa-
ratların tərtibatında və yanğından mühafizə sistemində
dəyişikliklər, ancaq texnoloji prosesi işləyib hazırlayan təşkilat
və layihəni işləyib hazırlayan layihə təşkilatı ilə razılaşdırılmış
normativ-texniki və layihə sənədləri olduqda aparıla bilər.
Təsdiq olunmuş layihə olmadan yenidənqurmaya və tex-
noloji sxemin elementlərinin dəyişdirilməsinə yol verilmir.
335


4.9.1.8. Kükürdlü neftlə təmasda olan və işlək texnoloji
sxemdə istifadə olunmayan avadanlıq dayandırılmalı, içindəki
məhsul boşaldılmalı, yuyulmalı (buxara verilməli), təsirsiz
qazla doldurulmalı və qapayıcı quraşdırılmaqla işlək sxemdən
izolə edilməlidir. Qapayıcıların quraşdırılması haqqında
məlumat qapayıcıların quraşdırılması - çıxarılması jurnalında
qeyd edilməlidir.
4.9.1.9. Texnoloji aparatlarda, məhsulda, çənlərdə və
digər tutumlarda hidrogen-sulfid olduqda və ya yanğın,
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin