Азярбайъан республикасы


 Qazın kompleks hazırlanması qurğuları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə120/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   116   117   118   119   120   121   122   123   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

4.9.4. Qazın kompleks hazırlanması qurğuları
339


4.9.4.1. Qazın kompleks hazırlanması qurğuları (qrup və
qazyığma məntəqələri) təbii və neft qazı ehtiyatlarından tam
və səmərəli istifadəni təmin etməlidir.
4.9.4.2. Qazın kompleks hazırlanması qurğuları,
qazyığma məntəqələri, əsas qurğular və s. üçün texnoloji
reqlament, müəyyənləşmiş qaydada işlənməli və
təsdiqlənməlidir. 
4.9.4.3. Qazın kompleks hazırlanması qurğularının, qaz-
yığma məntəqələrinın, əsas qurğuların və s. qaz kəmərləri
birinci dərəcəli boru kəmərlərinə (P
q

10MPa olduqda) olan
tələblərə cavab verməlidirlər.
4.9.4.4. Qazın kompleks hazırlanması qurğuları (QKHQ)
və digər qurğular texnoloji prosesləri mexaniki və avtomatik
tənzimləməyə və idarəetməyə malik olmalıdırlar. Bu qurğuların
pnevmatik sistemlərinin qidalandırılması üçün keyfiyyət və pa-
rametrlərinə görə NÖC və A işində yararlı olan, qurudulmuş və
təmizlənmiş havadan istifadə edilməlidir.
4.9.4.5. Hər bir buxar kəmərinin aparata girişində, apa-
ratın işçi təzyiqinə hesablanmış əks klapan və ayırıcı quruluş
quraşdırılmalıdır.
4.9.4.6. QKHQ qazın qurudulması, isidilməsi və ingibir-
ləşməsi sisteminə malik olmalıdır. Qaz kəmərlərində,
armaturlarda, avadanlıqlarda, cihazlarda hidrat tıxacları
həlledicilərin, buxarın, qaynar suyun yeridilməsi, sistemdə
təzyiqin aşağı salınması ilə aradan qaldırılmalıdır. Avadanlığın
isidilməsi üçün açıq oddan istifadə etmək qadağandır.
4.9.4.7. Qoruyucu klapanlarda sızma (boşluq) aşkar edi-
lərsə, onları çəkib bərkitmək (tənzim etmək) və qapamaq qa-
dağandır. Bu halda aparatın, avadanlığın, boru kəmərlərinin
və s. istismarı dayandırılmalı və yalnız bundan sonra klapan
dəyişdirilməlidir.
340


4.9.4.8. Qurğuda, texnoloji reqlamentdə texnoloji para-
metrlərin siyahısı və onların son hədd qiymətləri
göstərilməlidir. Son hədd qiymətlərindən kənaraçıxma
hallarında qurğu dayandırılmalıdır.
4.9.4.9. Qurğu işə salınmazdan əvvəl avadanlığın, boru
kəmərlərinin, armaturların, metal konstruksiyaların,
yerləbirləşdiricilərin, NÖC və A, bloklamanın, ventilyasiyanın,
kanalizasiyanın, FMV və yanğınsöndürmə vasitələrinin sazlığı
yoxlanılmalı, inert qazla hava sistemdən şama sıxışdırılmalıdır.
Üfürülmənin sonunda çıxan qazın analizi aparılmalıdır və
oksigen 1%-dən (həcmi) artıq olmamalıdır. Havanı
armaturlardan və tutumlardan məşəl boru kəmərlərinə
sıxışdırmaq qadağandır.
4.9.4.10. Prosesin təhlükəli parametrlərinə nəzarət
sistemləri və mühafizə sistemləri nasaz olduqda qurğunu işə
salmaq qadağandır.
4.9.4.11. Qazın, kondensatın və digər texnoloji mühitin
nümunəsinin götürülməsi avadanlığın maksimum təzyiqinə he-
sablanmış nümunəgötürən vasitəsi ilə aparılmalıdır. Müddəti
keçmiş və nasaz iynəvari ventilli nümunəgötürənlərdən
istifadə etmək qadağandır. Ventillərin kipliyə yoxlanması 6
ayda bir dəfədən az olmayaraq aparılmalıdır.
4.9.4.12. NÖC və A-ın müəyyən edilən parametrləri və
buraxıla bilən həddləri göstərən yazıları olmalıdır.
Siqnal lampaları və digər xüsusi cihazların siqnalın xarak-
terini göstərən yazıları olmalıdır.
4.9.4.13. Avadanlığın, nəzarət sisteminin və həmçinin
boru kəmərlərinin, rabitə və xəbərdarlıqetmənin qəzaya qarşı
avtomatik mühafizə idarəetmə sisteminin sazlanması, təmiri
və sınağı qığılcıməmələgətirməni istisna etməlidir. Partlayış
təhlükəli zonalarda belə işlərin aparılması üçün Tapşırıq-icazə
rəsmiləşdirilir, işlərin təşkil edilməsi və aparılmasının təhlükə-
sizliyini təmin edən tədbirlər işlənib hazırlanır.
341


4.9.4.14. Xəbərdaredici və qəza siqnalizasiyası daim işə
qoşulmuş olmalıdır.
4.9.4.15. Növbəli texnoloji heyətə ancaq bəzi cihazları və
avtomatlaşdırma vasitələrini istehsalat təlimatlarında müəyyə-
nləşdirilmiş qaydada qəza söndürmələrini aparmağa icazə
verilir.
4.9.4.16. NÖC və A, həmçinin bloklama və siqnalizasiya
qurğularının yoxlanması, müəssisənin baş mühəndisinin
(texniki rəhbərliyinin) təsdiq etdiyi cədvəl üzrə aparılır və
xüsusi jurnallarda qeydiyyatdan keçirilir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin