Азярбайъан республикасы


 Neft-mədən işlərində elektrik qurğuları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə128/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   124   125   126   127   128   129   130   131   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

5.3. Neft-mədən işlərində elektrik qurğuları
Dərinlik nasos qurğuları
5.3.1. Dərinlik nasos qurğusunun elektrik avadanlığı qu-
yunun konduktoru və ya texniki kolonu vasitəsilə yerləbir-
ləşdirilməlidir.
Konduktor (texniki kolon) mancanaq dəzgahının gövdəsi-
nə ən azı 2 polad keçirici ilə birləşdirilməlidir. Bu polad keçiri-
cilər konduktorun (texniki kolonun) və mancanaq dəzgahının
gövdəsinə müxtəlif yerlərdən qaynaqlanmalı və torpağa 0,5
m-dən az olmayan dərinliyə basdırılmalıdır (sancılmalıdır).
Keçiricilərin en kəsiyi 48 mm
2
az olmamalıdır.
Yerləbirləşdirici keçiricilərin birləşmələri baxış üçün
əlverişli yerdə olmalıdır.
Yerləbirləşdirici keçirici kimi dairəvi, zolaq, bucaqlı və
digər profilli poladdan istifadə edilə bilər. Bu məqsədlər üçün
polad burazların (kanatların) istifadəsinə yol verilmir.
5.3.2. Elektrik mühərrikinin mancanaq dəzgahının yerlə-
birləşdirilmiş gövdəsində quraşdırılmasından asılı olmayaraq
onun gövdəsi yerləbirləşdirilməlidir.
Elektrik mühərrikləri dönən kirşələrdə (salazka) quraşdı-
rıldıqda en kəsiyi 35 mm
2
-dan az olmayan əyilgən polad naqil-
lərlə yerləbirləşdirilməlidir.
5.3.3. Mancanaq dəzgahının elektrik intiqalına (ötü-
rücüsünə) və işəsalma qurğusuna xidmət etmək üçün metal
və ya qeyri metal döşəməsi olan məhəccərli ümumi meydança
olmalıdır. Qeyri metal döşəmə metal əsas üzərində
quraşdırılmalıdır. Döşəmə və ya metal əsas mancanaq
361


dəzgahının yerləbirləşdirilmiş gövdəsinə ən azı dörd yerdən
qaynaq edilməlidir.
5.3.4. Işəsalma quruluşunun gövdəsi taxta dayaq
üzərində quraşdırıldıqda, o, en kəsiyi 35 mm
2
-dan az olmayan
polad naqil vasitəsilə metal döşəməyə etibarlı birləşdirilməli,
metal dayaqda və ya konstruksiyada quraşdırıldıqda isə
sonuncular (metal dayaq və ya konstruksiya) döşəməyə ən azı
2 yerdən qaynaq edilməlidir. Bu zaman gövdənin metal
konstruksiya ilə etibarlı kontaktı təmin olunmalıdır.
5.3.5. Işçi heyət tərəfindən operativ (əməliyyat)
çevirmələr dielektrik əlcəklərlə yerinə yetirilirməlidir.
5.3.6. Ştanqlı açarın elektrik intiqalının (ötürücüsünün)
ayaqla idarə olunması yolverilməzdir.
5.3.7. Işə salınması avtomatik, məsafədən və ya əl ilə
yerinə yetirilən vaxtaşırı işləyən quyularda avadanlıqlara baxış
keçirməzdən və ya onların təmirinə başlamazdan əvvəl
elektrik intiqalı açılmalı, işəsalma quruluşunda isə «Qoşma!
Adamlar işləyir» yazısı olan plakat asılmalıdır.
5.3.8. Mancanaq dəzgahı avtomatik və məsafədən idarə
olunan quyularda işəsalma quruluşunun yaxınlığında nəzərə
çarpan yerdə «Diqqət! Işəsalma avtomatikdir» yazısı olan
plakat bərkidilməlidir. Belə bir yazı işəsalma quruluşunun
üzərində də olmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin