Азярбайъан республикасы


 Qazma işlərində elektrik qurğuları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə127/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   123   124   125   126   127   128   129   130   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

5.2. Qazma işlərində elektrik qurğuları
5.2.1. Mürəkkəb geoloji şəraitdə 3000 m-dən dərin quyu-
ların qazılmasında elektrik intiqallı (ötürücülü) qazma qurğusu-
nun, bir-birindən asılı olmayan iki elektrik enerji mənbəyi
olmalı və ya qəza zamanı qazma alətlərini qaldırmaq üçün
qəza intiqalı olmalıdır. Bu məsələ hər bir ayrıca hal üçün
müəssisənin baş geoloqu və baş energetiki tərəfindən birgə
həll olunur.
5.2.2. Qazma qurğusunun 6 kV-luq gərginlik paylayıcı
quruluşunun xanasında (yaçeyka) aşağıdakıları istisna edən
bloklayıcılar olmalıdır:
a) yağ, vakuum və elektrikqaz açarının və ya yüksək gər-
ginlikli kontaktorun qoşulmuş vəziyyətində ayırıcıda
əməliyyatın aparılmasını;
b) xananın arxa qapısının açıq vəziyyətində ayırıcının
qoşulmasını;
c) ayırıcının qoşulmuş vəziyyətində xananın arxa qapısı-
nın açılmasını.
5.2.3. Gərginlik tam açılmaqla qazma qurğusunun gər-
ginlik paylayıcısında kommutasiya aparatlarının təmirini təmin
etmək üçün hər bir qidalandırıcı xəttin girişində xətt ayırıcısı
olmalıdır.
358


5.2.4. 10kV gərginlikli qazma qurğusuna gələn hava
elektrik xəttinin yarımstansiyaya (paylayıcı qurğuya) girişində
olan cərəyandaşıyıcı hissələrə yerdən (döşəmədən) olan
məsafə 4,5 m-dən az olmamalıdır. 
Yerdən həmin cərəyandaşıyıcı hissələrə (naqillərə ) qədər
olan məsafə 3,5 m-ə qədər azalarsa, həmin ərazi 1,5 m hün-
dürlükdə çəpərlənməlidir; bu halda yerdən məftilə qədər olan
məsafə (çəpər müstəvisindən) 3,5 m-dən az olmamalıdır və
ya giriş kabellə yerinə yetirilməlidir.
5.2.5. Buruğun dartıcı kanatlarının (burazlarının) hava
elektrik xətləri ilə (toxunmamaqla) kəsişməsinə müstəsna hal-
larda yol verilir. Belə hallarda: 
a) elektrik xəttinin (naqilin) dartıcı kanatla kəsişdiyi (to-
xunmamaqla) hissədə birləşməsi (calağı) olmamalıdır; dartıcı
kanatdan hündürdə keçməli və dayaqlarda ikiqat bərkidil-
məlidir;
b) dartıcı kanatla elektrik naqili (ən çox əyilmədə)
arasındakı məsafə 2 m-dən az olmamalıdır.
5.2.6. Qazma qurğusunun 6-10 kV-luq hava EVX-nin
qıraq (kənar) naqilindən nasosxanaya, məişət binalarına və
digər tikililərə qədər olan üfqi məsafə 2 m-dən az olmamalıdır,
1000 V-a qədər hava xətlərində isə 1,5 m-dən az olmamalıdır.
5.2.7. Qazma qurğusunun transformator yarımstansiya-
sına giriş, transformatorlardan və hava elektrik xətlərinin
girişlərindən daha çox aralı olan yerdən olmalıdır.
5.2.8. Elektrik intiqallı qazma qurğularında qazma nasos-
larını dərhal (qəza hallarında) saxlamaq üçün, qazmaçının
əlinin altında «Stop» düyməsi olmalıdır.
5.2.9. Qazma bucurqadının elektrik intiqalı (ötürücüsü)
talblokun kəlləçarxın altına dartıb (çəkib) aparılmasının qarşı-
sını alan qurğu ilə təchiz olunmalıdır.
5.2.10. Qazma buruğunun işıqlandırılması, partlayışdan
mühafizəli çıraqlarla (projektorlarla) yerinə yetirilməlidir.
359


5.2.11. Hər bir qazma qurğusunun 380/220 V-luq payla-
yıcı lövhəsində qaynaq transformatorlarını və geofiziki partiya-
ların elektrik qəbuledicilərini qoşmaq üçün kommutasiya
aparatı olmalıdır.
5.2.12. Şaxta istiqamətləndiricisi, quyunun konduktoru
və şurf boruları bilavasitə quraşdırıldıqdan sonra buruğun yer-
ləbirləşdirmə quruluşuna qoşulmalıdır. Bu qoşulmalar
qaynaqla yerinə yetirilməlidir. Birləşmə yerləri baxış üçün
münasib olmalıdır.
Bu halda yerləbirləşdirmə quruluşunun müqaviməti [15]
–in tələblərinə uyğun olmalıdır.
5.2.13. Qazma qurğusunu bir yerdən başqa yerə köçür-
dükdə (nəql etdikdə) elektrik avadanlığının gərginliklə
sınaqdan keçirilməsi zəruriliyi müəssisənin elektrik
təsərrüfatına cavabdeh şəxs tərəfindən [16] ilə təyin olunmuş
müddətdə müəyyən (təyin) edilir.
5.2.14. Quraşdırma mərhələsində olan qazma qurğusuna
gərginliyin verilməsini (açılmasını) elektrik təsərrüfatına cavab-
deh şəxs yerinə yetirməlidir. Qazma qurğusuna gərginliyin
verilməsi «Qazma qurğusunun istismara buraxılması haqqında
AKT» sənədləşdirildikdən sonra və yalnız sutkanın işıqlı
vaxtında aparılmalıdır. Bununla yanaşı buruğa gərginlik, bri-
qada üzvlərinin xəbərdar olunması və ya təhlükəli sahələrdən
çıxarılması haqqında tikinti- quraşdırma işlərinin rəhbəri tərə-
findən yazılı surətdə təsdiqdən sonra verilməlidir.
5.2.15. Elektrik intiqallı qazma qurğularının qazma briqa-
dalarının və quyuların mənimsənilməsi briqadalarının tərkibin-
də elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən az olmayan elek-
trik montyoru olmalıdır. Küt şəkildə qazma aparıldıqda qazma
qurğularına xidmət edən elektrik montyorlarının sayının azal-
dılması məsələsini müəssisənin baş energetiki həll edir.
360


5.2.16. Hər bir qazma briqadası partlayışdan mühafizəli,
gərginliyi 12 V-dan çox olmayan daşınma çıraqlarla təmin
olunmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin