Азярбайъан республикасы


Nasos – kompressor borularını və ştanqları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə130/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   126   127   128   129   130   131   132   133   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Nasos – kompressor borularını və ştanqları 
açıb-bağlayan mexanizm
5.3.16. Mexanizmin elektrik intiqalının elektrik şəbəkəsi-
nə qoşulması, mexanizm və onun intiqalı və kommutasiya
quruluşları tam yığıldıqdan sonra yerinə yetirilməlidir.
363


5.3.17. Mexanizmin idarəetmə stansiyasına gərginlik
verilməzdən əvvəl reversiv çevirici (pereklyuçatel) açarın açıl-
masına əmin olmaq lazımdır.
5.3.18. Reversiv çeviricinin quraşdırılması və sökülməsi,
mexanizmi elektrik enerjisi ilə qidalandıran kabeldən gərginlik
açıldıqdan sonra yerinə yetirilməlidir.
Elektrodehidratorlar
5.3.19. Transformatorlar və reaktiv sarğaclar
(katuşkalar) yerləşdirilən yuxarı meydança dəmir torlu və ya
şəbəkəli formada çəpərlənməli və çəpərin üzərində «Dayan!
Gərginlik» xəbərdaredici plakatı asılmalıdır.
Elektrodehidratorlar yerləşən meydançanın çəpərinin
qapısı açılan zaman gərginliyi açan (söndürən, götürən) blok-
layıcı olmalıdır.
5.3.20. Binaların (otaqların) daxilində yerləşdirilmiş
elektrodehidratorların yağla dolu yüksək gərginlikli transfor-
matorları və reaktiv sarğacları transfomatorda və makarada
olan yağın həcminə hesablanmış tutumun içərisində yerləş-
dirilməlidir.
Binanın xaricində yerləşdirilmiş elektrodehidratorların
transformator və sarğacları altında, transformator və ya sar-
ğacdakı yağın həcminə hesablanmış metal yağqəbuledicilər
nəzərdə tutulmalıdır.
5.3.21. Elektrodehidratorların üzərində daşınma yerləbir-
ləşdiricilərin qoyulması üçün xüsusi sıxaclar və ya metal
zolaqlar nəzərdə tutulmalıdır. Bu sıxaclar və zolaqlar əlverişli
yerlərdə olmalı və onların üzərində «Yer» sözü («Zemlə»)
yazılmış yazısı (və ya «Yer»in şərti işarəsi) olmalıdır.
5.3.22. Hər bir elektrodehiratorun gövdəsində pilləkən
tərəfdə nömrəsi olmalıdır. Həmin nömrə elektrodehidratorun
364


idarəetmə lövhəsinin müvafiq panelində də (üz və arxa
tərəfdə) göstərilməlidir.
5.3.23. Elektrodehidratorun idarəetmə panelində baş
dövrənin kontaktorunun vəziyyətinə nəzarət etmək üçün
siqnal (xəbərdarlıq) lampaları quraşdırılmalıdır.
5.3.24. Elektrodehidratora gərginliyin verilməsinə, yalnız
xidməti heyət tərəfindən elektrodehiratorun işə salınmasına
hazır olması barədə operativ (cari) jurnalda müvafiq qeydlər
aparıldıqdan sonra icazə verilir.
5.3.25. Elektrodehidrator işləyərkən onun elektrik ava-
danlığına baxış keçirmək məqsədilə çəpərlənmiş sahəsinə
girmək qadağandır.
5.3.26. Elektrodehidrator işləyərkən ona qalxmaq üçün
istifadə olunan pilləkənin üzərində «Dırmaşma! Öldürər»
sözləri yazılmış xəbərdaredici plakat asılmalıdır.
5.3.27. Elektrodehidratorun şəbəkədən hər avtomatik
açılması zamanı, gərginlik açılmaqla, o, növbədənkənar baxış-
dan keçirilməlidir. Elektrodehidratorun avtomatik açılmasının
səbəbləri araşdırılmadan və onlar aradan qaldırılmadan onu
işə salmaq qadağandır.
5.3.28. Elektrosusuzlaşdırma və duzsuzlaşdırma qurğula-
rının elektrik avadanlıqlarının istismarı, gərginliyi 1000 V-dan
yüksək elektrik qurğularına xidmət edən elektrotexniki heyət
tərəfindən yerinə yetirilir.
Elektrodehidratorun istismarına cavabdeh şəxsin elektrik
təhlükəsizliyi üzrə qrupu IV-dən az olmamalıdır.
5.3.29. Elektrotexniki heyət tərəfindən elektrodehidrato-
run daxilində işlər aparılan zaman briqadanın bir üzvü elektro-
dehidratorun xaricində lyukun yanında olmalıdır. Elektrodehid-
ratorun yuxarı hissəsində adamlar olarkən çəpərin qapısının
təsadüfən bağlanmasının qarşısını almaq məqsədilə qapı açıq
vəziyyətdə etibarlı bərkidilməlidir.
365


5.3.30. Elektrodehidratorun daxilində və yuxarı meydan-
çasında quraşdırılmış avadanlıqların təmirinə qaz-partlayış təh-
lükəli işlərin aparılmasına tapşırıq-icazə vərəqəsi alındıqdan
sonra icazə verilir.
5.3.31. Elektrodehidratorların mütəmadi olaraq təmiri və
onlara baxış, müəssisənin baş energetiki tərəfindən təsdiq
edilmiş yerli təlimatlarla müəyyən edilir.
5.3.32. Neftlə doldurulmuş elektrodehidratora cərəyan
verilməzdən əvvəl orada toplanmış qaz və buxar
buraxılmalıdır.
5.3.33. Elektrodehidratorda yanğın baş verdikdə gərginlik
dərhal açılmalıdır.
5.3.34. Elektrodehidrator işləyən zaman çəpərlənmiş sa-
həyə daxil olmaq qadağandır.
5.3.35. Elektrodehidratorun aparatda neftin səviyyəsi
aşağı düşərkən gərginliyi açan quruluşu olmalıdır. Elektrode-
hidratorun bütün bloklayıcıları cədvəl üzrə, lakin ildə 1
dəfədən az olmayaraq yoxlanılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin