Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə132/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   128   129   130   131   132   133   134   135   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

5.5. Ildırımdan mühafizə
5.5.1. Birbaşa ildırım vurmasından adamların mühafizə
olunmasını, bina və digər tikililərin və həmçinin onların içəri-
sində olan avadanlıq və materialların dağılmasının, yanmasının
və partlamasının qarşısının alınmasını təmin etmək üçün, bina
və tikililərdə (konstruksiyalarda) [62]–in tələblərinə uyğun
ildırımdan mühafizə quruluşları quraşdırılmalıdır.
5.5.2. Ildırımın təkrar təsirindən (vtoriçnoe vozdeystvie)
qorunmaq üçün içərisində yanar buxar və qaz olan texnoloji
aparat və boru xətləri yerləbirləşdirilməlidir. Bu məqsəd üçün
elektrik qurğularının yerləbirləşdiricilərindən istifadəyə icazə
verilir.
5.5.3. Ildırımdan mühafizə quruluşlarının istismarında
cari və profilaktiki təmirlə yanaşı aşağıdakı məqsədlər üçün
vaxtaşırı baxış da keçirilir:
-cərəyanötürücü elementlər (qaynaq yerləri, boltlu və
digər birləşmələr) arasında elektrik əlaqəsinin etibarlılığının
yoxlanılması;
368


-ildırımdan mühafizə quruluşlarında mexaniki zədələnmə-
dən sonra gücləndirilməsi və ya əvəz olunması tələb olunan
elementlərin aşkar edilməsi;
-ildırımdan mühafizə quruluşlarının ayrı-ayrı elementləri-
nin korroziyadan dağılma (aşınma) dərəcəsinin müəyyən edil-
məsi və korroziya nəticəsində zədələnmiş elementlərin güclən-
dirilməsi və korroziyadan mühafizəyə dair tədbirlərin
görülməsi;
-ildırımdan mühafizə quruluşlarının bina və ya tikililərin
kateqoriyalarına uyğunluğunun yoxlanılması (bina və ya
tikililərdə dəyişikliklər aparıldıqda və s.);
-ildırımdan mühafizə quruluşunun bütün yerləbirləşdirici-
lərinin sənaye tezlikli cərəyanda müqavimətinin ölçülməsi (bu
iş elektrik qurğularının yerləbirləşdiricilərinin müqavimətinin
ölçülməsi ilə birgə, 2 ildə bir dəfədən az olmayaraq aparıl-
malıdır).
5.5.4. Yoxlamalar əsasında ildırımdan mühafizə quruluş-
larının profilaktiki təmirlərinin həcmi müəyyən edilir və bu tə-
mirlər ildırım çaxan mövsümə qədər (mart ayına qədər) başa
çatmalıdır.
5.5.5. Ildırımdan mühafizə quruluşlarının kiçik həcmli cari
təmiri ildırım çaxan mövsümdə də aparıla bilər, əsaslı təmiri
isə bu mövsümdən başqa, ilin digər vaxtlarında aparılmalıdır.
5.5.6. Obyekt üzrə ildırımdan mühafizə quruluşlarının
vəziyyətinə (sazlığına) cavabdehliyi baş energetik daşıyır.
Baş energetik obyektin əsas xüsusiyyətlərini nəzərə al-
maqla ildırımdan mühafizə quruluşlarının istismarı üzrə qısa
təlimat işləyib hazırlamalıdır.
Ildırımdan mühafizə quruluşlarının təftişini aparan şəxs
aşkar edilmiş qüsurları göstərməklə keçirilmiş baxış və
yoxlama barədə akt tərtib etməlidir.
Ildırımdan mühafizə quruluşlarında aparılan yoxlamala-
rın, yerləbirləşdirmə quruluşlarının sınaq yoxlamalarının,
369


aparılan təmirlərin nəticələri bunun üçün nəzərdə tutulmuş
jurnalda qeyd edilməlidir.
5.5.7. Ildırım təhlükəsi (şimşək çaxan vaxtı) olduqda
qadağandır:
-qaz atqı borularından istehsalat tullantılarının atmosferə
buraxılması;
-istehsalat və məişət otaqlarının qapı və pəncərələrinin
açıq vəziyyətdə saxlanılması.
5.5.8. Ildırım (şimşək) çaxan vaxtı qazma vışkasında işlə-
rin aparılması, həmçinin ildırımdan mühafizə quruluşunun yer-
ləbirləşdirmə hissələrinə 10 m-dən yaxın məsafədə olmaq (ya-
xınlaşmaq) qadağandır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin