Ksenon, DRL, metalhallogen və yüksək təzyiqli natrium
lampalı çıraqlardan qəza və təxliyə işıqlandırılmasında istifadə
etmək qadağandır.
5.7.6. Qəza və təxliyə işıqlandırılmasının əlavə olaraq av-
tonom (ayrıca) elektrik qida mənbəyi olmalıdır.
5.7.7. Mühafizə işıqlandırılması sutkanın qaranlıq vaxtı
mühafizə olunan yerdə ərazinin sərhəddi boyunca nəzərdə tu-
tulmalıdır.
5.7.8. Işıqlandırıcı qurğuların yoxlanılmasına xüsusi hazır-
lığı olan və [63] tələblərini mükəmməl bilən işçilər buraxılır.
5.7.9. Işıqlandırma obyektlərinin sanitar-texniki pasport-
laşdırılması (iş yerlərinin attestasiyası) [251]-ə uyğun
aparılmalıdır (ölçülməlidir).
5.7.10. Yenidən qurulmuş və rekonstruksiya edilmiş işıq-
landırıcı qurğular istismara verilməzdən əvvəl yoxlanılmalıdır.
5.7.11. Çıraqların əksetdiricilərinin xüsusi yuyucu maddə-
lərlə çirkdən təmizlənmə qaydaları [251]–ə uyğun
aparılmalıdır.
Dostları ilə paylaş: