Азярбайъан республикасы


 Məşəl qurğusunun quruluşu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə142/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   138   139   140   141   142   143   144   145   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

7.2. Məşəl qurğusunun quruluşu
7.2.1. Məşəl qurğusunun konstruksiyası, qaz və
buxarların geniş intervallı sərfinin sabit yanmasını, məşəl
qülləsinin yuxarı kəsiyindən havanın daxil olmasının qarşısının
alınmasını təmin etməlidir.
7.2.2. Məşəl qurğusunun tərkibində aşağıdakılar
olmalıdır:
-məşəl qülləsi;
-qazbağlayıcı başlıq;
-nəzarət və avtomatizasiya vasitələri;
387


- məsafədən idarə olunan elektrik alışdırma qurğusu;
-fitilə gələn qaz və yanar qarışıq üçün boru xətti;
-ehtiyat fitilli odluqlar;
-nümunə götürmək üçün quruluş.
7.2.3. Məşəl başlığının, ehtiyat odluqların boru xətlərinin
bərkidici detallarının materialları məşəlin istiliyindən qızma
ehtimalı nəzərə alınmaqla seçilməlidir. Məşəl qülləsi sahəsində
(boyunda) boru xətləri tikişsiz (qaynaqsız) və istiliyə davamlı
borulardan olmalıdır.
7.2.4. Məşəlin yandırılması avtomatik və məsafədən
idarə olunan olmalıdır.
7.2.5. Məşəl qurğusu ehtiyat odluqlara ötürülən yanar
qazın təzyiqini tənzimləyən quruluşla təmin olunmalıdır.
7.2.6. Məşəl qülləsinin hündürlüyü istilik axınının
sıxlığının hesabatı və yanma məhsulları ilə ətraf mühitin
çirklənməsini istisna edən şərtlər nəzərə alınmaqla
seçilməlidir.
7.2.7. Başlığın və məşəl qülləsinin müxtəlif hündürlükdə
yerləşən avadanlıqlarının quraşdırılması və təmirində istifadə
edilən pilləkən və meydançaların quruluşu təhlükəsiz rahat
işləməyi təmin etməlidir.
7.3. Sahəyə və qurğulara tələblər
7.3.1. Məşəl qurğusu, küləyin orta illik istiqaməti, məşəl
borularının minimal uzunluğu və istilik axınının yol verilən sıx-
lığı nəzərə alınmaqla quraşdırılmalıdır (yerləşdirilməlidir).
7.3.2. Məşəl qüllələri arasındakı məsafə, məşəllərdən
hər-hansı biri yanarkən digər (qonşu) məşəldə təmir işlərinin
təhlükəsiz aparılmasına imkan verən məsafə nəzərə alınmaqla
təyin edilir.
7.3.3. Məşəl qülləsi ilə tikililər və qurğular arasındakı mə-
safə istilik axınının yol verilən sıxlığı və yanğın təhlükəsizliyi
388


norma və qaydalarının tələbləri nəzərə alınmaqla təyin
edilməlidir.
7.3.4. Məşəl qülləsinin və məşəl qurğusunun bütün tikili-
lərinin ərazisi (ətrafı), onlara maneəsiz yanaşmanı təmin
etmək üçün hamarlanmalıdır.
7.3.5. Məşəl qülləsi ətrafında ərazi məşəlin hündürlüyünə
bərabər radiusda, lakin 30 m-dən az olmayaraq hasarlanmalı
və nişanlanmalıdır. Hasarda ona xidmət edən heyətin daxil
olması üçün keçidlər, nəqliyyat vasitələri üçün isə darvaza
olmalıdır. Keçidlərin sayı məşəl qüllələrinin sayına bərabər və
hər bir qülləyə yol mümkün qədər qısa olmalıdır.
7.3.6. Məşəl sistemini yaşayış olmayan sahələrdə (rayon-
larda) yerləşdirərkən hasarların əvəzinə hündürlüyü 1 m-dən
və üst hissəsinin eni 0,5-dən az olmayan torpaqdan bənd
qurula bilər.
7.3.7. Məşəl qülləsinin avadanlığından başqa məşəl
qurğusunun bütün avadanlıqları hasardan (bənddən) kənarda
yerləşdirilməlidir.
7.3.8. Məşəl sisteminin hasarlanmış sahəsində quyuların,
xəndəklərin, çalaların qazılmasına və s. torpaq işlərinə icazə
verilmir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin