6.17. DNQT-də energetik qurğular öz funksional təyinatı-
na görə bölünürlər:
a) qazmada və neftqazçıxarmada elektrik təminatı üçün
nəzərdə tutulmuş baş enregetik qurğuya;
b) müvafiq əsaslandırma
ilə baş energetik qurğuya
əlavə, o cümlədən ehtiyat olaraq nəzərdə tutulmuş köməkçi
energetik qurğuya;
c) heyətin sağ qalması, xilas olması və təxliyəsi və
həmçinin qəzalardan sonra
baş və köməkçi energetik
qurğuları yoxlamaq, hazırlamaq və işə salmaq üçün nəzərdə
tutulmuş qəza energetik qurğuya.
6.18. Qəza energetik qurğusu kimi, avtomatik işə salan
sistemlə təchiz olunmuş dizel-generator tətbiq olunmalıdır.
Qəza energetik qurğusunun işə salınması
kənardan
elektrik enerjisi təchizatı olmadan yerinə yetirilməlidir. Dizel-
generatorun işə salınması və iş rejiminə düşməsi 45 saniyədən
artıq vaxt aparmamalıdır.
6.19. Qəza energetik qurğusu yaşayış bloku ərazisində
ayrıca otaqda, təhlükəli zonalardan mümkün qədər aralı
yerləşdirilməlidir.
6.20. Energetik qurğuların idarə olunması həm mərkəzi
idarəetmə pultundan, həm də onların
yerləşdiyi otaqlarda
(sahələrdə) olan pultlardan yerinə yetirilməlidir.
6.21. DNQT-də DYM və QTQ yerləşdiyi otaqlarda (sahə-
lərdə) partlayış təhlükəli qatışıqların daxil olmasını istisna edən
tələblər yerinə yetirilmədən bu qurğuların (DYM və QTQ) istis-
marı qadağandır.
386
BÖLMƏ 7
MƏŞƏL SISTEMI
7.1. Ümumi tələblər
7.1.1. Bu Qaydaların tələbləri bütün neft, qaz və qaz-
kondensat yataqlarının məşəl sistemlərinə şamil edilir.
7.1.2. Məşəl sistemlərinin komplekləşdirilməsi, avadanlıq
və ləvazimatlarının konstruksiyası, istismarı [18]-in tələblərinə
uyğun olmalıdır.
7.1.3. Məşəl sistemlərinin
layihələndirilməsi, tikintisi və
yenidən qurulması bu sahədə ixtisaslaşmış
müəssisə və
təşkilatlar tərəfindən aparılmalıdır.
7.1.4. Məşəl sisteminin elektrik qəbulediciləri (alova
nəzarət qurluşu, alışdırma
quruluşu, NÖC və A-sistemləri)
elektrik təchizatı etibarlılıq nöqteyi nəzərindən 1-ci kateqoriya
etibarlılıq tələblərinə uyğun olmalıdır.
7.1.5. Tərkibində hidrogen sulfidin həcmi 8% və daha
çox olan karbohidrogen qazların və buxarların atqı qurğusuna
ötürülməsi qadağandır.
Dostları ilə paylaş: