Азярбайъан республикасы


D. 5.10. Yerləbirləşdirmə



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə139/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   135   136   137   138   139   140   141   142   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 5.10. Yerləbirləşdirmə
5.10.1. Gərginlik altında olmayan, lakin istismar vaxtı to-
xunulması mümkün olan elektrik avadanlıqlarının metal hissə-
ləri, kabellərin metal örtükləri, cərəyandaşıyıcı hissələri bərkit-
381


mək üçün metal konstruksiyalar və DNQT-nin digər konstruk-
siyaları aşağıdakılar istisna olmaqla yerləbirləşdirilməlidir:
-ikiqat izolyasiyası («dvoynaə izoləüiə») elektrik qəbul-
edicilərinin gövdələri;
-kabellərin bərkidici elementləri;
-divarlardan, digər tikililərdən keçən kabelləri mexaniki
zədələnmələrdən mühafizə etmək üçün istifadə edilən metal
borular;
-[15] – də nəzərdə tutulan digər hallar.
5.10.2. Səyyar laboratoriyanın və ya ayrıca bir aparatın
yerləbirləşdirilməsi DNQT-nin metal konstruksiyalarına bolt
birləşməsi və ya xüsusi yerləbirləşdirici sıxac vasitəsi ilə yerinə
yetirilməlidir.
5.10.3. Gövdənin yerləbirləşdirilməsi üçün polad buraz-
lardan (kanat) və yanalma burazlarından istifadə etmək qada-
ğandır.
5.10.4. Daşınma yerləbirləşdirici əvvəlcə DNQT-nin metal
konstruksiyasına etibarlı birləşdirilməli, sonra isə xüsusi sıxac-
ların və digər inventar vasitələrin köməyi ilə yerləbirləş-
diriləcək hissələrə bərkidilməlidir.
Yerləbirləşdirici kimi bu məqsədlər üçün nəzərdə tutul-
mamış hər hansı bir naqildən (keçiricidən) və ya onların topa-
sından (burumundan) istifadə etmək qadağandır.
D. 5.11. Ildırımdan və statik elektrikləşmədən
mühafizə
5.11.1. Vışkanın, dorun DNQT-nin metal konstruksiyası
ilə və ya yerləbirləşdirici yerlə etibarlı elektrik kontaktı
olduqda, DNQT-nin hündür konstruksiyalarında (vışka, dor və
s.) ildırımqəbuledicilər quraşdırılmaya bilər.
382


5.11.2. Ildırımqəbuledici, cərəyanötürücü və yerləbirləş-
dirici arasındakı birləşmələr qaynaqlanmalı və ya misdən (mis
xəlitələrdən) olan bolt sıxaclarla və yaxud korroziyaya qarşı
mühafizə örtüyü olan polad sıxaclarla etibarlı bərkidilməlidir.
5.11.3. Əgər vışkanın (dorun) yuxarı qurtaracağında
elektrik avadanlığı quraşdırılmışdırsa, onda vışka ilə (dorla)
etibarlı kontaktı olan metal mildən (şiş) ildırımqəbuledici olmalı
və o elə bərkidilməlidir ki, elektrik avadanlığından 0,5 m
yuxarı çıxmış olsun.
5.11.4. Ildırımötürücü xətlər vışkanın, dorun və DNQT-
nin digər hündür tikililərinin (qurğularının) bayır tərəfi ilə ən az
əyintilərə yol verməklə çəkilməlidir. Bu xətlər partlayış
təhlükəli yerlərdən çəkilməməlidir (keçməməlidir).
5.11.5. Gəmidən DNQT-yə xüsusi elastik elektrik keçirici
şlanq vasitəsilə yanacaq və səpələnən (elektrostatik aktiv
olan) materiallar qəbul edilərkən (ötürülərkən) gəmi boruları
ilə DNQT arasında fasiləsiz və etibarlı elektrik əlaqəsi təmin
olunmalıdır. Bu məqsəd üçün dielektrik elastik şlanqlar tətbiq
olunarsa, onların metal ucluqları şlanqın xaricindən və ya daxi-
lindən keçirilmiş (dolanmış) elastik (əyilgən) çox damarlı (telli)
mis məftil vasitəsilə yerləbirləşdirilməlidir. Yerləbirləşdirici na-
qilin (məftilin) digər ucu DNQT-nin metal konstruksiyasına eti-
barlı birləşdirilməlidir.
Şlanqların ucluqları zərbədən qığılcım verməyən (mis,
tunc və s.) materialdan olmalıdır.
5.11.6. Statik elektrikləşmədən mühafizə üçün DNQT-nin
otaqlarında (bağlı yerlərində) və onların xaricində yerləşən
metal armaturlar, tutumlar, boru xətləri, hava xətləri,
doldurma-boşaltma
qurğusu
etibarlı
olaraq
yerləbirləşdirilməlidir.
383



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin