Азярбайъан республикасы


DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə138/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   134   135   136   137   138   139   140   141   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR
(Elektrik qurğuları)
5.9. Ümumi tələblər
5.9.1. DNQT-də elektrik şəbəkələri, o cümlədən 1000 V-a
qədər gərginlikli, üç fazalı, dəyişən cərəyanlı elektrik
şəbəkələri neytralı izolə edilmiş olmalıdır.
1000 V-dan yüksək gərginlikli elektrik şəbəkələrinin yük-
sək müqavimətli rezistor vasitəsi ilə neytralının yerləbirləşdiril-
miş olmasına yol verilir. Bu halda elektrik şəbəkəsinin izolyasi-
yasının müqavimətinin azalması barədə avtomatik siqnalizasi-
yası olan izolyasiyaya nəzarət edən müvafiq quruluş (cihaz)
nəzərdə tutulmalıdır.
5.9.2. DNQT-də altı aydan bir (az olmayaraq) kabel xət-
ləri diqqətlə baxışdan keçirilməli və bu zaman aşağıdakılar
yoxlanılmalıdır:
-kabelin bərkidilməsinin keyfiyyəti;
-kabelin qoruyucu (mühafizə) örtüyünün bütövlüyü;
-kabelin metal örtüyünün yerləbirləşdirilməsinin
vəziyyəti;
-içərisi ilə kabel çəkilmiş borunun və qurğuşunlu kabelin
örtükləri;
-kabelin üzərində markirovkanın mövcudluğu;
-kabelin ehtiyat damarlarının (naqillərinin) konservasiya-
sının keyfiyyəti;
-kabel çəkilmiş yerlərin təmizliyi (yağın, netfin, neft məh-
sullarının və s. olmaması);
-metal hörgülü kabelin korroziyaya qarşı örtüyünün və-
ziyyəti.
380


5.9.3. Kabel xətlərinə baxış keçirən şəxslərə gərginlik al-
tında olan kabellərə toxunmaqla hər hansı bir işin görülməsi
qadağandır (misal üçün: kabelin yerini dəyişmək, kabelin
trasından müxtəlif əşyaları götürmək və s.).
5.9.4. Işçinin dənizə düşmək təhlükəsi olan iş yerində
lazımi tədbirlər görülmədən (iş yerini bu məqsəd üçün hazırla-
madan) kabelin deşilməsi və ya kəsilməsi qadağandır.
5.9.5. Kabel şkafında gərginliyi, kabelin nömrəsini və bu
kabel qoşulmuş paylayıcı quruluşların nömrələrini göstərən ay-
dın yazılar olmalıdır. 1000 V-dan yüksək gərginlikli kabelin qo-
şulması üçün kabel şkaflarının tətbiqi qadağandır.
5.9.6. Baxış keçirilərkən, təmir işləri aparılarkən və ya tə-
mirdən sonra kabel çəkilərkən baxış keçirilən, təmir aparılan
və ya çəkilən kabelə gərginliyin təsadüfən verilməsi istisna ol-
malıdır.
5.9.7. Işlər yerinə yetirildikdən və işlərin (dalğıc işlərinin)
rəhbərinin yazılı təsdiqindən sonra enerji təminatı (təchizatı)
üzrə məsul növbətçi bu işlərin başa çatdığına
(dayandırıldığına) əmin olaraq bu haqda tapşırıq-buraxılışda
qeyd aparmalı və yalnız bundan sonra gərginlik verilməlidir.
5.9.8. Müxtəlif briqadalar tərəfindən bir sahədə eyni
vaxtda sınaq və təmir işlərinin aparılması qadağandır.
5.9.9. Zədələnmiş kabeli kabelçəkən gəminin bortuna
qaldırmazdan əvvəl (kabelin təmirinə başlamamış) kabel hər
iki tərəfdən açılmalı və yerləbirləşdirilməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin