Азярбайъан республикасы


Partlayış təhlükəli zonanın sinfinə və sərhədinə



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə137/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   133   134   135   136   137   138   139   140   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları


Partlayış təhlükəli zonanın sinfinə və sərhədinə
uyğun gələn rotoraltı boşluğu açıq və
çəpərlənmiş qazma vışkasının ətrafındakı sahə
(fəza) (şək.3).
Qeyd:
Rotoraltı boşluqdan (fəzadan) və qazma
meydançasından divar vasitəsi ilə ayrılmış qazma
bucurqadı sahəsi partlayış təhlükəsiz hesab
olunur.
__
10.
Şək. 6, 7-də göstərilmiş partlayış təhlükəli
zonanın sinfinə və sərhədinə uyğun gələn açıq və
bağlı texniki qurğuların, avadanlıqların ətrafındakı
açıq sahələr (fəza)
__
11.
Çəpərlənmənin hüdudlarında fontan armaturu
yerləşdirilmiş yarımbağlı sahələr (fəza)
2 zonası
12.
Şək. 8b-də göstərilmiş partlayış təhlükəli zonanın
sinfinə və sərhədinə uyğun gələn bağlı texniki
qurğulardakı, tutumlardakı və aparatlardakı qaz-
ları (buxarları) ötürən atqı borularının sonluqları-
nın ətrafındakı açıq sahələr (fəza) 
__
13.
Çəpərlənmənin hüdudlarında neft, neftlə emal
olunmuş qazma məhlulu, neft qazları və ya asan
alışan mayelər olan texniki qurğular, avadanlıqlar,
aparatlar, söndürücü (ayırıcı) quruluşların
qovşaqları quraşdırılmış yarımbağlı sahələr (fəza)
2 zonası
14.
Şək. 9-dakı parametrlərə uyğun, quyunun təmiri
üçün istifadə edilən aqreqatın ətrafındakı sahə
(fəza)
__
5.8.8. 1 və 0 zonalarında yerləşən otaqlar arasında dəliklərin 
(qapıların, pəncərələrin və s.) quraşdırılması qadağandır.
5.8.9. 0 zonasında olan otaqla bilavasitə əlaqəsi olan
bağlı otaq aşağıdakı şərtlərlə 1-ci zonaya aid edilə bilər:
377


-giriş özübağlanan qaz buraxmayan 1 zonası
istiqamətində açılan qapılardan yerinə yetirilirsə;
-ventilyasiya 0 zonasına nisbətdə izafi təzyiqi təmin
edirsə;
-idarəetmə postunda, daimi növbətçilik təşkil olunmaqla,
ventilyasiya dayandıqda, dərhal işə düşən siqnalizasiya sistemi
nəzərdə tutulubsa (varsa).
5.8.10. Bilavasitə 0 zonası ilə əlaqəsi olan bağlı otaq aşa-
ğıdakı şərtlərlə partlayış təhlükəsiz hesab oluna bilər:
-giriş, bufer hava mühiti əmələ gətirən (hava axını ventil-
yasiya vasitəsilə vurulur), ikiqat, özübağlanan, qaz
buraxmayan qapılardan yerinə yetirilirsə;
-ventilyasiya partlayış təhlükəli sahəyə (otağa) nisbətdə
izafi təzyiqi təmin edirsə;
-idarəetmə postunda, daimi növbətçilik təşkil olunmaqla,
ventilyasiya dayandıqda, dərhal işə düşən siqnalizasiya sistemi
olduqda.
Asan alışan və yanar mayelərin nəql edildiyi boru kəmər-
lərinin ancaq ayrı-ayrı hissələri otaqlardan keçirsə, orada
birləşdirici flanslar yoxdursa, borular divarlardan gilizlərdə,
kipləşdirilmiş halda çəkilmişsə və partlayış təhlükəli qatışıqların
otaqlara daxil olmasını istisna edirsə, həmin otaqlar partlayış
təhlükəsiz hesab edilirlər.
5.8.11. 1 zonası ilə bilavasitə əlaqəsi olan bağlı otaq
aşağıdakı şərtlərlə partlayış təhlükəsiz hesab oluna bilər:
-giriş özübağlanan, qaz buraxmayan, təhlükəsiz zonaya
açılan qapıdan yerinə yetirilirsə;
-ventilyasiya partlayış təhlükəli sahəyə (otağa) nisbətdə
izafi təzyiqi təmin edirsə;
-idarəetmə postunda, daimi növbətçilik təşkil olunmaqla,
ventilyasiya dayandıqda, dərhal işə düşən siqnalizasiya sistemi
olduqda.
378


5.8.12. Partlayış təhlükəli zonalarda quraşdırılan elektrik
avadanlığı normativ sənədlərin tələblərinə müvafiq
seçilməlidir.
5.8.13. Partlayış təhlükəli zonaları olan otaqlarda ventil-
yasiyanın quruluşu müvafiq tələblərə cavab verməlidir.
5.8.14. Partlayış təhlükəli qatışıqların siqnalizatorlarının
vericiləri və nümunəgötürücü qurğuları aşağıdakı yerlərdə
quraşdırılmalıdır:
-otaqların ventilyasiyası üçün hava götürülən yerlərdə;
-AAM və ya qazma məhlulunu vuran hər bir nasosun
yanında;
-quyuağzı ərazidə, döşəmədən 0,5 m çox olmayan hün-
dürlükdə;
-qazma məhlulunun hazırlandığı açıq tutumun üstündən
0,2 m-dən çox olmayan məsafədə və eyni zamanda tutumla
yanaşı, döşəmədən 0,5 m hündürlükdə;
-vibroələyin yaxınlığında – ondan 1 m-dən çox olmayan
məsafədə olmaqla 0,5 m-dən çox olmayan hündürlükdə;
-texnoloji aparatların yanında – buxar və qazların ayrılma
ehtimalı olan yerlərdə, neft qazları üçün mənbədən 0,5-0,7 m-
dən çox olmayan hündürlükdə, neft buxarları üçün
döşəmədən 0,5 m hündürlükdə;
-qazpaylayıcı batareyaların seksiyalarının yanında –
otağın azı 2 yerində (nöqtəsində), mənbədən 0,5-0,7 m-dən
çox olmayan hündürlükdə;
-AAM və yanar qazlar saxlanılan anbarlarda – hər otaqda
azı 1 ədəd;
-qazma meydançasının altında – qazma məhlulunun axı-
nını dəf edən qurğu yerləşən yerdən 1 m-dən çox olmayan
məsafədə, azı 4 nöqtədə.
Hidrogen sulfid qazının YVQ-sini qeydə alan qaz analiza-
torunun verici və ya nümunəgötürücü qurğuları qazma mey-
379


dançasının altında (bilavasitə qazma məhsulu çıxan yerdə) və
onun ayrılması ehtimal olunan otaqlarda quraşdırılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin