qazlardan
və təsirsiz qazlardan, texnoloji prosesdən alınan
qazdan istifadə etmək olar.
7.5.6. Məşəl sistemini
hər dəfə işə salmazdan əvvəl
məşəl sistemi buxar və hava ilə üfürülməlidir. Belə ki, məşəl
qülləsinin aşağısında oksigenin miqdarı onun aşağı partlayış
həddinin 20% -dən çox olmamalıdır.
Bu zaman, alışdırma (işəsalma)
lövhəsinin və
kondensatın yığılması və boşaldılması quruluşlarının bilavasitə
yaxınlığında daşınma qaz analizatorlarından
istifadə etməklə
bunun üçün xüsusi olaraq öyrədilmiş heyət (şəxs) tərəfindən
qazlılığın dərəcəsi müəyyənləşdirilməlidir.
7.5.7. Məşəl sistemində təmir işlərinin aparılmasından
əvvəl məşəl sistemi standart qapayıcılarla ayrılmalı (tədric
olunmalı) və inert (təsirsiz) qazla üfürülməlidir.
7.5.8. Məşəl qurğusu müvafiq normalara uyğun olaraq
ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
7.5.9. Məşəl qülləsinin
mühafizə sahəsində
(çəpərlənmənin içində) məşəl sisteminin xidmətinə aidiyyatı
olmayan şəxslərin olması qadağandır.
392