8.6.4. PDI aparılmamışdan
əvvəl karotaj
laboratoriyasının və karotaj qaldırıcısının gövdəsi DNQT-nin
yerləbirləşdirmə konturuna calaqsız metal əlaqə ilə etibarlı
birləşdirilməlidir.
8.6.5. PDI aparılan müddətdə DNQT-də vışkanı, karotaj
kabelinin trasını, PDA-nın doldurma yerini və karotaj bucurqadını
əhatə edən təhlükəli zona müəyyən edilməlidir (ayrılmalıdır).
8.6.6. Təhlükəsizlik baxımından PDI zamanı
təhlükəli
zona həddində qalan (işləyəcək) mədən-geofiziki heyətin və
DNQT briqadasının tərkibi sifarişçinin və icraçının rəhbərliyi
tərəfindən birgə olaraq müəyyən edilir. Qalan heyət isə PDI
aparılan müddətə təhlükəli zonadan kənarlaşdırılmalıdır.
8.6.7. PDI-dən əvvəl aşağıdakılara əməl olunmalıdır:
-xüsusi icazə verilənə qədər DNQT-də radiostansiyanın
işini dayandırmalı və bu haqda DNQT-nin bilavasitə yaxınlı-
ğındakı radiostansiyaları xəbərdar etməli;
-mobil telefonları söndürməli;
-yükləmə-boşaltma işlərini dayandırmalı;
-aktiv katod mühafizəsini söndürməli.
8.6.8. PDI aparılan zaman təhlükəli zonanın yaxınlığında
yanğınsöndürmə vasitələri olmalıdır.
8.6.9. AYLT-li quyularda PDI aparılan müddətdə DNQT-
nin yaxınlığında qəza-xilasetmə gəmisi və yanğınsöndürmə
gəmisi olmalıdır.
8.6.10. Işə düşməmiş (açılmamış) PDA-nın və həmçinin
SV çıxarılması mümkün olmayan torpedaların iş yerində məhv
edilməsi mümkün olmadıqda, onlar dəniz nəqliyyatı vasitəsilə
müvafiq təhlükəsizlik tədbirlərinə
əməl edilməklə sahilə
daşınmalı və sonradan məhv edilməlidir.
8.6.11. DNQT-də qəza halı baş verdikdə (neft-qaz təzahü-
rü, yanğın) və PM və ya RM-in qəza-xilasetmə gəmisinə və ya
növbətçi gəmiyə dərhal boşaldılması mümkün olmadıqda,
DNQT-nin rəisinin icazəsi ilə PM və RM-in dənizə atılmasına icazə
410
verilir. Lakin sonradan PM və RM-in atıldığı (batırıldığı) yer dəqiq
göstərilməklə, onların növü, çəkisi və qablaşdırılmasının
xüsusiyyəti qeyd olunmaqla Akt tərtib olunmalı və
«Xəzərdənizneftdonanma» Idarəsinin hidroqrafik xidmətinə,
hüquq mühafizə orqanlarına, sanitar-texniki laboratoriyanın ra-
diasiya
nəzarəti qrupuna, Azdövdağtexnəzarət Komitəsinə və
həmçinin Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə məlumat
verilməlidir.
411