Азярбайъан республикасы


 Quyularda layların boru vasitəsi ilə sınanması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə148/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   144   145   146   147   148   149   150   151   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

8.4. Quyularda layların boru vasitəsi ilə sınanması
8.4.1. Quyuların sınanması ilə əlaqəli işlər icraçı
tərəfindən işlənilmiş (tərtib olunmuş) və sifarişçi tərəfindən
təsdiqlənmiş plana uyğun aparılmalıdır.
404


8.4.2. Sınaq işlərinə başlamazdan əvvəl qazma briqada-
sının növbə (vaxta) işçiləri geofiziki partiyanın (dəstənin)
rəisi və qazma ustası tərəfindən işlərin təhlükəsiz və qəzasız
aparılması, həmçinin neftqaz təzahürlərinin və açıq
fontanların qarşısının alınması üzrə təlimatlandırılmalıdırlar.
Təlimatlandırılmanın nəticələri «Iş yerində təlimatlandırılma-
nın qeydiyyat jurnalı»nda qeyd olunmalıdır.
8.4.3. Quyuların sınanması zamanı qazma avadanlığının
təmiri, elektrik – qazqaynağı işlərinin və digər odlu işlərin
aparılması qadağandır.
8.4.4. Yerin səthinə neftin və qazın buraxılması ilə quyu-
ların sınanmasına başlamazdan əvvəl, Istehsalat Birliyi (yuxarı
təşkilat) tərəfindən təsdiqlənmiş və FQDHH ilə razılaşdırılmış
işlərin yerinə yetirilməsinə dair xüsusi plan tərtib olunmalıdır.
8.4.5. Neftqaz təzahürlü, udulma gedən və digər mürək-
kəbləşmələr olan quyularda bu mürəkkəbləşmələr aradan
qaldırılmayana qədər sınaq işlərinin aparılması qadağandır.
8.4.6. Quyuağzı yığım (obvəzka), məhlulun axımının
intensivliyinə və həmçinin boruarxasında səviyyəsinə nəzarət
etməyə və həmçinin lay məhlulunun onun üçün xüsusi
hazırlanmış tutuma və ya xəndəyə axıdılmasına imkan
verməlidir.
8.4.7. Quyu ağzında, əgər bu geoloji – texniki naryadda
nəzərdə tutulubsa, məsafədən idarə olunan atqıya qarşı ava-
danlıq quraşdırılmalıdır.
8.4.8. Qazma alətinin sonuncu yuxarı borusu kranla,
künclə (uqolğnik) və sementləyici aqreqata birləşdirilərək boru
ilə təmin olunmuş quyuağzı başlıqla təchiz olunmalıdır.
8.4.9. Quyuağzı başlıq quyuağzı yığımın manifoldu ilə
birləşməli və bütün bu sistem başlığın pasportunda (texniki
sənədində) göstərilmiş təzyiqə sınanmalıdır.
405


8.4.10. Sonuncu yuxarı boru elə uzunluqda olmalıdır ki,
monometrə və quyuağzı boşluqda olan yüksək təzyiqin
buraxılış kranına nəzarət və xidmət etmək mükün olsun.
8.4.11. Quyudan məhlul çıxan müddətdə qazma bucur-
qadının ötürücüsünü (privod) söndürmək qadağandır.
8.4.12. Quyunun sınanması əməliyyatı zamanı quyu ağ-
zında təzyiq olarsa, pakerin çıxarılması, açıq fontanın
yaranması halının qarşısının alınmasını və rezin elementin
çıxma halının istisnasını təmin edən tədbirlərin yerinə
yetirilməsi ilə həyata keçirilməlidir.
8.4.13. Güclü qaz və yüksək qaz tərkibli neft axımı əldə
olunduqda, paker vaxtında çıxarılmalı, sirkulyasiya klapanını
açmadan qazma borularında olan məhlul buruqdan kənara
boşaldılmalıdır. Sonra sirkulyasiya klapanı açılmalı, quyunu əks
sirkulyasiya ilə yumalı və qazma məhlulunu boruarxası
boşluğa fasiləsiz axıtmaqla alətin qaldırılmasına başlamalı.
Açıq tullanışın və porşenləşmənin (porşnevanie) baş
verməməsi üçün qazma aləti yavaş – yavaş qaldırılmalıdır.
8.4.14. Boru arxasında neftqaz təzahürü olduqda paker
çıxarılmalı, alətin qaldırılması dayandırlımalı, preventor bağlan-
malı, sirkulyasiya klapanı açılmalı və preventorun çıxışı vasitə-
silə əks yuyulma aparılmalıdır. Sirkulyasiya neft-qaz təzahürü
aradan qaldırılana qədər aparılmalıdır.
8.4.15. Quyu lüləsinə pekerin qoyulması və anomal
yüksək lay təzyiqli (AYLT) və həmçinin intensiv neft və qaz
axımı gözlənilən quyularda layların məhsuldarlığının tədqiq
olunması sutkanın gündüz vaxtı yerinə yetirilməlidir.
8.4.16. Pakeri çıxararkən sınaq aləti tutularsa, aləti
yuxarı –aşağı hərəkət etdirmək lazımdır. Əgər aləti azad
etmək mümkün olmursa, onda real şəraitdən asılı olaraq 2-4
saatdan sonra alətin yuxarı-aşağı hərəkətini (rasxajivanie)
dayandırmalı və sirkulyasiyanı bərpa etməli. Borulu lay
sınayıcısının quyudan çıxarılması icraçının
məsul
406


nümayəndəsinin iştirakı ilə mürəkkəb işlər üzrə ustanın
rəhbərliyi altında sifarişçinin xüsusi planına əsasən yerinə
yetirilməlidir.
8.4.17. Quyuda bir obyektin sınağı zamanı yüksək debitli
neft və qaz əldə olunduqda, digər obyektlərin sınağı
sifarişçinin tabe olduğu yuxarı təşkilatın icazəsi ilə
aparılmalıdır. 
8.4.18. Qəzaların və bədbəxt hadisələrin qarışısının alın-
ması üçün qazma borularının quyudan qaldırılması aşağıdakı
hallarda qadağandır:
a) layı sınadıqdan və bağlayıcı klapanı bağladıqdan
sonra, quyu ağzında qazma borularından qazın çıxması başa
çatana qədər;
b) borularda lay məhsulu (flüid) olduqda həmin məhsulu
boruların boşluğundan əks yuma üsulu ilə çıxış xəttindən (ot-
vodnaə liniə) tutuma doğru kənarlaşdırmadan və borularda
olan hidrostatik təzyiqi boruarxası təzyiqlə
bərabərləşdirmədən.
8.4.19. Yuxarı borunun yığımının (obvəzka) sökülməsi,
borulardan lay məhsulunun (o cümlədən qazın) çıxması tam
dayandıqdan sonra yerinə yetirilməlidir.
8.4.20. Nəzarətdən çıxmış neft – qaz təzahürləri olduqda
və quyu ağzını texniki cəhətdən kipləşdirmək mümkün
olmadıqda, qazma qurğusunu elektrik şəbəkəsindən ayırmaq,
daxiliyanma mühərriklərini söndürmək və təhlükəli zonadan
insanları çıxarmaq lazımdır. Bu zaman buruqda mobil
telefonlar və digər rabitə vasitələri dərhal söndürülməli və
yalnız təhlükəli zonadan 50m aralandıqdan sonra işə
salınmaldıır.
Bundan sonra FQDHH-ni çağırmaq lazımdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin