Movzu PƏstahalma üsullari. PƏStahin mexaniKİ emal marşrutunun iŞLƏNMƏSİ



Yüklə 0,91 Mb.
səhifə1/7
tarix04.12.2022
ölçüsü0,91 Mb.
#72286
  1   2   3   4   5   6   7
Movzu 4a


Movzu 4. PƏSTAHALMA ÜSULLARI. PƏSTAHIN MEXANİKİ EMAL MARŞRUTUNUN İŞLƏNMƏSİ
Maşınqayırmada pəstahlar çeşidli materialdan doğrama, tökmə, təzyiqlə formalaşdırma, qaynaqetmə və s. ilə hazırlanırlar. Plastik kütlələrdən hazırlanan pəstahlar xüsusi pressformalarda isti halda təzyiqlə preslənirlər.


4.3.1. Çeşidli materiallar istehsalı

Metallurgiya müəssisələri müxtəlif profilli çeşidli çubuq yayıqlar, vərəqlər, zolaqlar, borular istehsal edir. Müxtəlif profilli yayıqlar kvadrat profilli külçələrdən, vərəqlər və zolaqlar düzbucaq profilli külçələrdən, tikişsiz borular və çarxlar dairəvi profilli külçələrdən, döymələr isə çoxüzlü külçələrdən istehsal edilirlər. Çeşidli material-lar dairəvi, düzbucaqlı, bucaq, altı bucaqlı, ikitavr və s. en kəsiklərə malik olurlar (şək. 5.3). Yayıqlar sıxma xarakterli plastik deformasiya etdirmə ilə formalaşdırılır. Ona görə də bu materiallar yüksək möhkəmlik göstəricilərinə və keyfiyyətə malik olurlar.


Çeşidli materiallar pəstahları təzyiqlə emal etməklə istehsal olunurlar. Pəstahın materialında onun axıcılıq həddini keçən təzyiq yaradılır, material «axır» - yayılır. Təzyiqlə emal materialın soyuq və ya qızmar halında aparılır. Təzyiqlə emalın üç üsulundan istifadə edilir: yayma, presləmə və çəkmə (şək. 5.4).
Yayma ilə müxtəlif profilli yayıqlar polad korbutlardan – külçə-



Şək. 4.3. Maşınqayırmada istifadə olunan bəzi çeşidli


yayma profilləri

lərdən uzununa, eninə və eninə – vintvari üsullarla hazırlanırlar (şək. 5.4). Oxları paralel (eninə və uzununa yayma) və ya çarpaz (eninə – vintvari yayma) olan fırlanan vallar (1) arasından nisbətən böyük qalınlığa (və ya diametrə) malik pəstah (2) keçirilir (şək. 5.4, a). Pəstahla vallar arasındakı sürtünmə qüvvələri P s pəstaha veriş hərəkəti verir. Valların pəstaha etdiyi P təzyiq qüvvələrinin təsiri altında material plastiki deformasiyaya uğrayır, yayılır.


Dairəvi külçələri (3) eninə-vintvari (çəpinə) yayma ilə əvvəlcə tikişsiz içiboş gilz, sonra isə ondan xüsusi avtomat yayma dəzga-hında tikişsiz boru hazırlanır (şək. 5.4, d). Yayıcı (1) və dayaq (2) valları arasından keçən pəstahda (3) tıxac (4) vasitəsi ilə dairəvi en kəsikli boşluq yaradılır (şək. 5.4, d).

a) b) c) d)


Şək 4.4. Çeşidli materialların təzyiqlə emal sxemləri:


a) uzununa yayma; b) presləmə; c) çəkmə;
d) eninə-vintvari yayma

Əlvan materiallardan müxtəlif profillər presləmə ilə alınır (şək. 5.4, b). Qapalı qabda – konteynerdə (3) olan qızdırılmış material (2) puanson (4) vasitəsi ilə basılaraq matrisanın (1) deşiyindən keçirilir. Alınan çeşidli materialın profili və onun ölçüləri matrisin deşiyinin forma və ölçülərinə uyğun olur.


Çəkmə ilə, əsasən, kiçik diametrli məftillər, çubuqlar və borular hazırlanır. Pəstah (2) çəkilərək matrisanın (1) daralan deşiyindən keçirilir (şək. 5.4, c). Pəstahın en kəsik ölçüləri dəyişərək matrisin yuvasının en kəsik ölçülərini alır.
Isti halda təzyiqlə emal 13 18-ci dəqiqlik kvalitetlərində, Rz = 100 150 mkm səth keyfiyyətində; soyuq halda təzyiqlə emal isə 8 15 – ci dəqiqlik kvalitetlərində, Ra = 1,6 0,2 mkm səth keyfiyyətində çeşidli materiallar istehsalına imkan verirlər.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin