Əməliyyat sxemlərinin özəllikləri. Əməliyyat sxemləri ayrı-ayrı kəsmə sxemləri və onların bir gedişdə birləşdirilməsi ilə qurulur. Əməliyyatı qurmaq üçün pəstahın emal marşrutu, onu bazalaşdırma və bərkitmə sxemləri, ön əməliyyatlardan alınmış səthlərin dəqiqlik və keyfiyyətləri, səthlərin emaldan alınacaq dəqiqlik və keyfiyyətləri və temp (axın xətlərində) məlum olmalıdır. Kəsmə sxeminin seçilməsi və əməliyyatın tərtibi çoxvariantlı məsələdir. Variantların içərisindən verilmiş istehsal şəraiti üçün ən əlverişli olanı seçilməlidir.
Əməliyyatı yerinə yetirmək üçün pəstahın bazalaşdırılması, bərkidilməsi, emal olunan səthlər, onların ölçü və keyfiyyətləri müvafiq qaydada təsvir edilmiş sxem əməliyyat sxemi adlanır.
Əməliyyat layihələndirilərkən ədədi vaxtın azaldılmasına, onun templə uzlaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Vaxt normaları onların təşkiledicilərinin sayının azaldılması, texnoloji və boş gedişlərin üst-üstə salınması, gedişlərin sayının azaldılması, optimal kəsmə rejimlərinin qəbul edilməsi və s. ilə azaldılır.
Nəzərə almaq lazımdır ki, səthlərin çoxalətli - paralel emalı alətlərin qarşılıqlı vəziyyətlərinin emal olunan səthlərin ölçülərinə-qarşılıqlı vəziyyətlərinə uyğun olmasını tələb edir. Odur ki, paralel emaldan alınan qazanc sazlamalara sərf olunan itgiyə nisbətən böyük olmalıdır.
Kəsmə və əməliyyat sxemləri hazırlanan hissənin konstruksiya-sından, istehsalın növündən və istehsal şəraitindən asılı olaraq seçilir. Bir istehsal şəraiti üçün səmərəli olan əməliyyat sxemi, digəri üçün səmərəli olmaya bilər. Məmul və onun hissələrinin səmərəli istehsalı müxtəlif kəsmə və əməliyyat sxemlərindən istifadə etməklə təmin edilir. Əməliyyat sxemlərinin quruluş sxemi şək. 6.51-də verilmişdir.
Eyni zamanda kəsmə aparan alətlərin sayı baxımından:
- təkalətli, çoxalətli;
eyni zamanda emal edilən pəstahların sayı baxımından:
- tək yerli, çox yerli;
eyni zamanda emal aparılan mövqelərin sayı baxımından:
- tək mövqeli, çox mövqeli;
səthləri formalaşdırma ardıcıllığı baxımından:
emal sxemlərindən istifadə edilir.
Maşın hissələrinin mexaniki emalında tətbiq edilən bir sıra xarakterik emal sxemləri şək. 6.52 ÷ 6.61 - də verilmişdir. Şəkillərdə oxlarla alətlərin hərəkət istiqaməti, rəqəmlərlə işçi gedişlərin ardıcıllığı göstərilmişdir.