BÖLMƏ 9
NƏZARƏT-ÖLÇÜ CIHAZLARI, TELEMEXANIKA VƏ
AVTOMATLAŞDIRMA VASITƏLƏRI
412
9.1. Nəzarət-ölçü cihazları (NÖC), telemexanika və avto-
matlaşdırma vasitələri [15] və digər müvafiq normativ
sənədlərin tələblərinə uyğun olmalıdır.
9.2. Telemexanika xətlərində işlər 1000 V-a qədər
gərginliyi olan xətlərdə aparılan işlərə olan tələblərə uyğun
aparılmalıdır.
9.3. Telemexanika xətlərində 3 m-dən yuxarı yüksəklikdə
görülən işləri iki nəfər yerinə yetirməli və onlardan birinin (və-
zifəcə böyüyün) elektrik təhlükəsizliyi üzrə qrupu III-dən az
olmamalıdır.
9.4. Telemexanika xəttində işlər, bu xətdə gərginlik
açıldıqdan və o, yerləbirləşdirildikdən sonra yazılı icazə əsa-
sında aparıla bilər.
Xətdə gərginliyi açan aparatlarda «Qoşma! Xətdə iş
gedir» yazısı olan qadağanedici plakat asılmalıdır.
9.5. Dirəkdə telemexanika və 380/220V gərginlikli xətlər
birgə quraşdırılmışdırsa, telemexanika xətlərində işlər 9.4
bəndinin tələbləri yerinə yetirildikdən və həmçinin bu xəttə
xidmət edən təşkilatın istismar jurnalında qeyd aparılmaqla
380/220V gərginlikli elektrik xətlərindən gərginlik açıldıqdan
və həmin iş yerində yerləbirləşdirildikdən sonra aparılmalıdır.
Daşınma yerləbirləşdiricilər sıfır xətti də daxil olmaqla
380/220 V gərginlikli bütün elektrik xətlərinə qoşulmalıdır.
380/220V xətlərindən gərginliyi açan aparatlarda «Qoş-
ma! Xətdə iş gedir» yazısı olan qadağanedici plakat
asılmalıdır.
Eyni dayaqda güc və telemexanika hava xətləri olduqda
telemexanika xəttinin təmirini elektrosexin nümayəndəsinin
iştirakı ilə telemexanika xəttinə xidmət edən heyət
aparmalıdır.
413
9.6. Telemexanika xətlərində yerləbirləşdirmə işlərini
aparmazdan əvvəl xətlər arasında və həmçinin hər bir xətdə
yerə münasibətdə gərginliyin olmamasına (əvvəlcədən
yoxlanılmış cihazla - gərginlik göstərən və s.) əmin olmaq
lazımdır.
9.7. Küncdəki dayağın daxili küncündə işləmək qada-
ğandır.
9.8. Telemexanika və avtomatlaşdırma vasitələrindən
qoruyucuların çıxarılması (dəyişdirilməsi) onlardan gərginlik
açıldıqdan sonra aparılmalıdır.
9.9. Gərginliyi açılmış telemexanika xətlərində izolyasiya-
nın müqavimətini yoxlamazdan əvvəl xətlər arasında və hər
bir xətlə yerə münasibətdə gərginliyin olmamasına əmin
olmaq lazımdır.
9.10. Hərəkət edən mexanizmlərdə quraşdırılmış teleme-
xanika vericilərinin (datçik) tənzimlənməsi bu mexanizmlərin
tam dayanmasından və onların öz-özünə işə düşməsinin və
hərəkətinin istisna olunması təmin olunduqdan sonra
aparılmalıdır.
9.11. Avtomatlaşdırma sxemində təmir işləri icra sxemi
üzrə aparılmalıdır. Sxemsiz, yaddaşa arxayın olub, işləmək
qadağandır.
9.12. Avtomatlaşdırma aparatlarında və prinsipial (ümu-
mi) sxemlərdə dəyişiklik yalnız müvafiq layihə-konstruktor təş-
kilatının və istehsalçı zavodun razılığı ilə edilə bilər.
9.13. Bütün avtomatlaşdırma və telemexanika sistemi
üçün profilaktiki (cari) təmir cədvəli olmalıdır.
Plandan kənar profilaktiki baxış qardan, yağışdan, tufan-
dan və ya güclü küləkdən sonra aparılmalıdır.
9.14. Teleözəkdə (teleyaçeyka) təmir işləri, yalnız ondan
elektrik gərginliyi açıldıqdan sonra aparılmalıdır.
414
9.15. Teleözək ona rahat xidmət etmək üçün xüsusi
dayaqda mancanaq dəzgahının oturacağı səviyyəsindən lazımi
hündürlükdə quraşdırılmalıdır. Teleözəyi çəpərdə quraşdırmaq
qadağandır.
9.16. Vericiləri (datçik) tənzimləyərkən çıxış
gərginliklərini yoxlamaq üçün teleözəkdə xarici tərəfdə
vericilərin sayına görə yuvası olan ştepsel rozetkası və ya
klemma (klemnik) olmalıdır.
9.17. Vericilərin tənzimlənməsinin nəticələrinin mancanaq
dəzgahının işə salınması ilə yoxlanılması, işçilər mancanaq dəz-
gahının çəpərlənməsindən kənarlaşdırıldıqdan sonra aparılma-
lıdır.
9.18. Quyuda təmir işləri aparılarkən, vericilərin tənzim-
lənməsinin pozulmaması üçün, mancanaq dəzgahının balansir
başlığı geriyə və əksinə zərbəsiz və rəvan atılmalıdır (xüsusi
tərtibatla).
9.19. Avtomatlaşdırma və telemexanika vasitələrinin cari
və orta təmiri nəzarət-ölçü cihazları (NÖC) sexində xüsusi
təchiz olunmuş yerdə aparılmalıdır.
9.20. Təzyiq altında işləyən cihazları (aparatları) təmir
etməzdən əvvəl, müvafiq pnevmatik xətt bağlanmalı və
sıxılmış hava buraxılmalıdır.
9.21. Manometrlər, yük indikatorları və digər NÖC-lər işçi
meydançadan 3,0 m-ə qədər hündürlükdə gözəçarpan yerdə
və asan oxunan məsafədə quraşdırılmalıdır.
9.22. NÖC və A üzrə çilingərin yüksəklikdə işləmək üçün
icazəsi olmalıdır və bu haqda müvafiq sənədlərdə qeydlər apa-
rılmalıdır.
9.23. Partlayış mühafizəli cihazların təmirinə cihazı
istehsal etmiş zavodun təlimatı və [218] üzrə bilikləri
yoxlanılaraq təmirə icazəsi olan şəxslər buraxılırlar.
415
9.24. Elektrik alətlərində və ya daşınma elektrik çıraqların-
da nasazlıq aşkar edildikdə onların tətbiqi dərhal
dayandırılmalıdır.
9.25. Istilik-enerji parametrlərinə nəzarət edən və onları
nizamlayan cihazların (manometrlər, diferensial manometrlər,
səviyyəölçənlər, termometrlər, səviyyə tənzimləyiciləri,
sərfölçənlər, tənzimləyici klapanlar) quraşdırılması və
sökülməsi üzrə bütün işlər və həmçinin onlarla profilaktiki işlər
cihazlar istismar olunan müəssisənin (obyektin) rəhbərinin və
ya xidməti heyətin razılığından sonra aparılmalıdır. Təmir
işlərinə, texnoloji aparatlarda və boru xətlərində təzyiq
olmadıqda (atmosfer təzyiqinə qədər endirildikdən sonra),
impulslu boru xətləri söndürüldükdə və həmçinin cihazları
qidalandıran elektrik gərginliyi açıldıqdan sonra başlanılmalıdır.
Elektrik xətləri açılmış (söndürülmüş) yerlərdə müvafiq
təhlükəsizlik plakatları asılmalıdır.
9.26. Düzləndirici, modulyator və digər quruluşlar tən-
zimlənərkən şəbəkəyə qoşulmazdan əvvəl onların gövdəsi
(şassi) etibarlı yerləbirləşdirilməlidir.
9.27. Düzləndirici və digər quruluşlar söndürüldükdən
sonra filtrin kondensatorları tam şəkildə boşaldılmalıdır.
9.28. Yükölçmə cihazlarının (yük indikatorları və s.) sö-
külməsini yalnız qarmaqda (elevatorda) yük olmadıqda yerinə
yetirmək lazımdır.
Hidravlik sistemdəki yağ döşəməyə və ətrafa dağılmadan
yığılmalıdır (boşaldılmalıdır).
9.29. Partlayış təhlükəli (qazlı) mühitdə zərbədən
qığılcım əmələ gətirməyən alətlərlə iş görülməlidir. Belə
mühitdə siqaret çəkmək, açıq oddan və elektrik qızdırıcı
cihazlardan (alətlərdən) istifadə etmək qadağandır.
416
9.30. Istehsalat sahələrində (otaqlarda) neft və neft
məhsulları buxarlarının və qazların partlayış təhlükəli
qatılıqlarının əmələ gəlməsinin qarşısını almaq üçün həmin
sahələrdə fasiləsiz avtomatlaşdırılmış nəzarət aparılmalıdır. Bu
məqsədlə qatılıq aşağı partlayış həddinin 20% -nə (yəni
havada partlayıcı qazın həcmi miqdarı 1%) çatdıqda qəza
siqnalı (səsli və işıqlı) verən stasionar qaz analizatorları
(indikatorları) tətbiq olunmalıdır.
9.31. Civə ilə bağlı işlərdə işləyən işçilər ildə 2 dəfədən
az olmayaraq tibbi müayinədən keçməlidirlər.
9.32. Civə ilə bağlı işlər bir qədər hündür kanları olan xü-
susi stolda aparılmalıdır.
9.33. Civəli cihazların təmiri və baxışı üçün nəzərdə tu-
tulmuş otaqlarda civə qliserinli qalın divarlı həcmi 1 litrdən çox
olmayan ağzı tıxacla kip bağlanan şüşə qablarda və ya rezin
tıxaclı rezin kolbalarda saxlanılmalıdır.
9.34. Ölçü vasitələri (NÖC və A) yalnız təyinatı üzrə isti-
fadə olunmalıdır.
9.35. Bütün açarların, düymələrin və idarəetmə dəstəklə-
rinin təyinatlarına görə müvafiq yazıları olmalıdır.
9.36. NÖC və A vasitələrinə xidmət [37, 219] uyğun apa-
rılmalıdır.
417
|