2
Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) əsasında
hazırlanmışdır.
Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Biologiya” dərslik komplektinə daxildir:
Dərslik
Müəllim üçün metodik vəsait
Biologiya – 6. Müəllim üçün metodik vəsait.
X.Əhmədbəyli, Y.Seyidli, N.Əliyeva. “Bakınəşr”, Bakı – 2013, 160 səh.
www.bakineshr.az
ISBN 978-9952-8145-9-0 (2)
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2013
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı his-
səsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq
qanuna ziddir.
Redaktor: K.Abbasova
Korrektor: A.Məsimov
_______________________________________________________________
Format 70 ´100
1
/
16
. Ofset kağızı №1. Fiziki çap vərəqi 10.
Çapa imzalanmışdır: 01.08.2013. Tiraj: 7 500, pulsuz.
3
DƏRSLİK KOMPLEKTİ HAQQINDA
Dərslik komplekti Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün VI
sinif biologiya fənn proqramı (kurikulumu) əsasında hazırlanmışdır. Komplekt
dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.
Dərslik
Dərsliyin məzmun və quruluşu şagirdlərdə təkcə nəzərdə tutulan bilik və bacarıqla-
rın formalaşdırılmasına deyil, ümumilikdə biologiya fənninə maraq oyatmağa və
həyati bacarıqların əldə edilməsinə imkan yaradır.
Tədris prosesinin dərslikdə əks olunan
metodoloji mərhələləri
Dərslikdə təlim materialının məzmunu, metodik və əyani-illüstrativ tərkibi vahid
və tam şəkildə formalaşdırılmışdır. Dərsliyin metodoloji konsepsiyası şagirdlərdə
idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılmasına
xidmət edir. Adətən, təlim materiallarının mənimsənilməsi və uyğun fəaliyyət növ-
lərinin tətbiqi dörd əsas metodoloji mərhələyə bölünür: ilkin təsəvvürlərin forma-
laşdırılması; onların inkişafı; qazanılan bilik və bacarıqların tətbiqi; onların qiy-
mətləndirilməsi. Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri ciddi
gözlənilmişdir. Bu mərhələlər öz əksini aşağıdakı tədris bloklarında tapmışdır:
1. Maraqoyatma (motivasiya). Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya
və hadisələr təsvir edilir, motivasiya yaradılır və suallarla yekunlaşır. Verilən su-
allar əvvəllər qazanılmış biliklərə əsaslanır və şagirdləri aktiv fəaliyyətə cəlb edir.
2. Fəaliyyət. Maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrin səbəb-nə-
ticə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş təcrübə, laboratoriya işləri və
müxtəlif tapşırıqlar verilir. Fərdi və qrup şəklində də yerinə yetirilə bilər. Bu
tapşırıqlar şagirdlərin malik olduqları biliklərlə öyrəniləcək yeni təlim materialı
arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə
etmək, səhvləri araşdırmaq üçün suallar verilir.
3. İzahlar. Fəaliyyət zamanı araşdırılan məsələlərlə bağlı bəzi açıqlamalar verilir.
Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin əsas
məzmunu burada əks olunur.
4. Bu maraqlıdır. Mövzuya aid bilikləri genişləndirmək üçün nümunələr və ma-
raqlı məlumatlar verilir.
5. Öyrəndiklərinizi tətbiq edin. Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq
etmək və onlara münasibət bildirmək məqsədi ilə verilən tapşırıqlardır.
6. Nə öyrəndiniz. Mövzuda əldə olunan yeni məlumatları ümumiləşdirməyə xid-
mət edir. Dərsdə öyrənilən yeni açar sözlərdən istifadə etməklə mövzunun xüla-
səsini şagirdlərin özlərinin verməsi tələb olunur.
7. Açar sözlər. Hər mövzu üzrə öyrənilən əsas anlayışlardır.
8. Öyrəndiklərinizi yoxlayın. Hər mövzuda şagirdlərin öyrəndiklərini qiymətlən-
dirmək, zəif cəhətlərini müəyyən etmək üçün nəzərdə tutulub. Verilən sual və
tapşırıqlar mövzuda öyrənilənləri tamamlamaq, araşdırma aparmaq, əlaqə yarat-
4
maq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu biliklərə dəyər vermək
və onlara münasibət bildirmək məqsədi daşıyır.
9. Dərsdən sonra. Evdə yerinə yetirilməsi nəzərdə tutulur. Bu tapşırıqları yerinə
yetirmək üçün müxtəlif mənbələrdən əldə edilən biliklər, hazırlanan məruzə və
təqdimatlar bütün siniflə müzakirə oluna bilər.
10. Ümumiləşdirici tapşırıqlar. Hər fəslin sonunda fəsil üzrə öyrənilənlərin
tətbiqi ilə bağlı sual və tapşırıqlar verilmişdir. Onlar summativ qiymətləndirməyə
hazırlıq üçün də istifadə oluna bilər.
Müəllim üçün metodik vəsait
Müəllim üçün metodik vəsait təlimin səmərəli təşkilində müəllim üçün istiqamət-
verici rol oynayır. Metodik vəsaitdə hər bir mövzu üzrə dərsdə reallaşdırılması nə-
zərdə tutulan alt standartlar, bu standartların reallaşdırılmasına xidmət edən təlim
məqsədləri, dərslikdə verilmiş təlim materialları ilə iş texnologiyaları, dərsin məq-
sədlərində nəzərdə tutulmuş nəticələrə nail olmaq dərəcəsini qiymətləndirmək üçün
meyarlar, üç səviyyədə formativ qiymətləndirmə nümunələri verilmişdir.
Hər bir dərsdə reallaşdırılması nəzərdə tutulan standartlara uyğun olaraq təlim
məqsədləri verilmişdir. Dərsin məqsədləri hər bir dərsin sonunda şagirdin nail
olacağını nəzərdə tutan nəticələrdir. Müəllim şəraitdən, şagirdlərin hazırlıq səviy-
yəsindən, texniki təchizatdan, laboratoriya və digər imkanlardan asılı olaraq təlim
məqsədlərini müstəqil olaraq özü də müəyyən edə bilər. Hər bir dərs elə təşkil
olunmalıdır ki, dərsin sonunda şagirdlər nəzərdə tutulan nəticələri əldə edə bilsin-
lər. Buna görə də təlim məqsədləri şagirdyönümlüdür.
Fənn üzrə alt standartlar bir dərsdə deyil, ilboyu bir neçə dərsdə reallaşdırıldığın-
dan formativ qiymətləndirmə hər bir dərsin məqsədlərində nəzərdə tutulmuş
nəticələr üzrə aparılır. Nəzərdə tutulan nəticələrə nail olmaq səviyyələri formativ
qiymətləndirmə vasitəsilə izlənir. Bu baxımdan formativ qiymətləndirmə meyarları
şagirdin müxtəlif bacarıqları kimi götürülmüşdür.
Müəllim üçün metodik vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:
dərslik komplektinin mövzular üzrə strukturu;
VI sinif biologiya fənn proqramı (kurikulumu) haqqında;
fənn üzrə məzmun standartlarının reallaşma cədvəli;
IV fəsil üzrə illik planlaşdırma nümunəsi;
fənlərarası inteqrasiya cədvəli;
təcrübə və laboratoriya işlərinin təşkili;
biologiya dərslərində yeni təlim texnologiyalarının tətbiqi;
şagird nailiyyətlərinin qiymətləndirilməsi;
hər mövzu üzrə qruplaşdırılmış təlim materiallarının dərslik səhifələrinin kiçildil-
miş surətləri üzərində sxematik təsviri;
hər mövzuda qruplaşdırılmış təlim materialları üzrə iş texnologiyasının şərhi;
gündəlik planlaşdırmaya dair nümunələr;
müəllimlər üçün mövzu üzrə əlavə məlumatlar;
5
FӘSİLLӘR
MÖVZULAR
kiçik summativ qiymətləndirmə vasitələri nümunələri;
müəllimin istifadə edə biləcəyi mənbələr.
Müəllim tövsiyə olunan materiallardan sinfin hazırlıq səviyyəsinə, tədris vaxtına,
texniki təchizata və diferensial təlim prinsiplərinə uyğun olaraq lazım bildiyi qədər
istifadə edə bilər.
Praktik dərslər zamanı isə şagirdlərdə fərdi bacarıqların formalaşdırılması məqsədi
ilə, əsasən, fərdi və cütlərlə iş formasından istifadə edilməsi daha məqsədəuyğundur.
DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU
Dərslikdə təlim materialları 4 tədris vahidi və 8 fəsil üzrə qruplaşdırılmışdır.
I. BİOLOGİYA CANLI ORQANİZMLƏR HAQQINDA ELMDİR
Fəsil 1. Biologiyanın tədqiqat obyektləri
II. CANLI ORQANİZMLƏRİN QURULUŞU
Fəsil 2. Orqanizmlərin hüceyrəli quruluşu. Toxumalar, orqanlar və orqanlar
sistemi
Fəsil 3. Bitkilərin vegetativ orqanları
Fəsil 4. Bitkilərin generativ orqanları
III. ORQANİZMLƏRİN HƏYAT FƏALİYYƏTİ
Fəsil 5. Canlılarda dayaq, hərəkət, qidalanma və tənəffüs
Fəsil 6. Orqanizmlərdə maddələrin daşınması, ifrazat, çoxalma və inkişaf
IV. ORQANİZM VƏ MÜHİT
Fəsil 7. Orqanizm və təbii birliklərə mühitin təsiri
Fəsil 8. Bitki və heyvanların insan həyatında rolu
6. Laboratoriya avadanlıqları
7. Hüceyrәnin ümumi quruluşu
8. Prokariot orqanizmlәr
9. Bakteriyaların yayılması vә tәbiәtdә rolu.
Xәstәliktörәdәn bakteriyalar. Viruslar
10. Hüceyrәlәrin bölünmәsi vә inkişafı
11. Birhüceyrәli vә çoxhüceyrәli orqanizmlәr
12. Bitkinin törәdici, örtük vә mexaniki
toxumaları
13. Bitkinin ötürücü, әsas vә ifrazat toxumaları
14. Heyvan toxumaları
15. Heyvanların orqanları vә orqanlar sistemi
2. Orqanizmlәrin hüceyrәli
quruluşu. Toxumalar,
orqanlar vә orqanlar sistemi
1. Vәtәnimizin tәbiәti
2. Biologiya canlı orqanizmlәri öyrәnәn elmdir
3. Canlı orqanizmlәrin әsas xüsusiyyәtlәri
4. Canlıların tәsnifatı
5. İnsanın tәsnifat sistemindә yeri
1. Biologiyanın tәdqiqat
obyektlәri
6
28. Canlı orqanizmlәrdә hәrәkәt vә dayaq
sistemi
29. Bitkilәrdә dayaq sistemi
30. Bitkilәrin yeraltı qidalanması
31. Bitkilәrin havadan qidalanması. Fotosintez
32. Heyvanların qidalanması
33. Bakteriya vә göbәlәklәrin qidalanması
34. Bitkilәrdә tәnәffüs
35. Heyvanlarda tәnәffüs
5. Canlılarda dayaq, hәrәkәt,
qidalanma vә tәnәffüs
36. Bitkilәrin su buxarlandırması. Xәzan
37. Heyvanlarda daşıyıcı sistem
38. İfrazat
39. Qeyri-cinsi çoxalma
40. Çiçәkli bitkilәrdә vegetativ çoxalma
41. Tozlanma
42. Orqanizmlәrin cinsi çoxalması.
43. Toxumun cücәrmәsi
44. Heyvanlarda böyümә vә inkişaf
6. Orqanizmlәrdә maddәlәrin
daşınması, ifrazat,
çoxalma vә inkişaf
45. Canlı orqanizmlәrin mәskunlaşması vә
yayılması
46. Orqanizmlәrin mühitlә qarşılıqlı tәsiri
47. Tәbii birliklәr
48. İnsan vә canlı tәbiәt
49. Azәrbaycanın qoruqları
7. Orqanizm vә tәbii birliklәrә
mühitin tәsiri
50. Mәdәni bitkilәrin insan hәyatında
әhәmiyyәti
51. Dәrman bitkilәri
52. Heyvanların әhlilәşdirilmәsi vә insan
hәyatında rolu
53. Canlıların insan sağlamlığında rolu
54. Düzgün qidalanma
8. Bitki vә heyvanların insan
hәyatında rolu
24. Çiçәk
25. Çiçәk qrupları
26. Toxumun quruluşu
27. Meyvә
4. Bitkilәrin generativ
orqanları
16. Çiçәkli bitkilәrin әsas orqanları
17. Zoğ vә tumurcuğun quruluşu. Tumurcuğun
inkişafı
18. Gövdәnin daxili quruluşu
19. Yarpağın xarici quruluşu. Yarpaqların
düzülüşü
20. Yarpağın hüceyrәvi quruluşu
21. Kökün quruluşu. Kökün növlәri vә
sistemlәri
22. Bitki orqanlarının yeraltı şәkildәyişmәlәri
23. Bitki orqanlarının yerüstü şәkildәyişmәlәri
3. Bitkilәrin vegetativ
orqanları
7
VI SİNİF BİOLOGİYA FƏNN PROQRAMI
(KURİKULUMU) HAQQINDA
Biologiya fənni üzrə müəyyənləşdirilmiş məzmun xətləri fənn üzrə ümumi təlim
nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri
hissələridir. Biologiya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir:
Canlıların quruluşu və müxtəlifliyi
Bioloji proseslər
İnsan və onun sağlamlığı
Canlılar və ətraf mühit
Canlıların quruluşu və müxtəlifliyi məzmun xətti üzrə şagirdlər canlıları cansız-
lardan fərqləndirmək, biologiyanın öyrəndiyi elm sahələrini, canlıların təşkil səviy-
yələrini, sistematik kateqoriyaları, canlıların funksional və inkişaf vahidi olan hü-
ceyrənin quruluşu, hüceyrəsiz quruluşa malik olan virusların xüsusiyyətlərini
müəyyənləşdirmək məqsədilə praktik təcrübələr apararaq nəticələr əldə etmək
bacarığına yiyələnirlər.
Bioloji proseslər məzmun xətti üzrə şagirdlər canlılar aləmini cansızlardan fərq-
ləndirən qidalanma, tənəffüs, maddələr mübadiləsi, qıcıqlanma, böyümə, çoxalma,
inkişaf, hərəkət və onların səbəblərini, irsiyyət, dəyişkənlik və onun qanunauyğun-
luqlarını izah edir, bakteriyalar, göbələklər, bitkilər və heyvanlara xas həyati pro-
sesləri müqayisə etmək bacarığına yiyələnirlər. Müşahidə, eksperiment və tədqiqat-
lar aparmaqla canlılarda gedən həyati prosesləri öyrənir və bu proseslərə təsir edən
amilləri (bioloji, fiziki, kimyəvi, coğrafi, tarixi) təcrübi yolla, riyazi hesablamaların
köməyi ilə təhlil edirlər.
Bu məzmun xətti canlıların fərdi və tarixi inkişafı, onun səbəbləri və təkamülə dair
bilik və bacarıqların, seleksiya və biotexnologiya sahələrində insanın əldə etdiyi
nailiyyətlərin öyrənilməsini təmin edir.
İnsan və onun sağlamlığı məzmun xətti üzrə şagirdlər insanın psixi xüsusiyyətləri,
sosial mahiyyəti ilə tanış olur, insan orqanizminin bəzi funksional anormallıqları,
onu doğuran səbəbləri və onların aradan qaldırılması yollarını müəyyənləşdirir,
sağlam həyat tərzinə nail olmaq, xəstəliklər, zədələnmələr zamanı özünə və
ətrafındakılara ilk yardım göstərmək, reproduktiv sağlamlığı qorumaq bacarığına
yiyələnmiş olurlar.
Canlılar və ətraf mühit məzmun xətti üzrə şagirdlər canlıların bir-biri ilə və
cansız aləmlə qarşılıqlı münasibətlərini müəyyənləşdirir, təbiətlə təmasda olmaq və
ondan istifadə mədəniyyətinə, ekoloji amillər və bu amillərin qarşılıqlı əlaqələri
haqqında biliklərə yiyələnirlər. Əldə olunmuş bilik və bacarıqlar qlobal və regional
ekoloji problemləri doğuran səbəbləri araşdırmağa imkan yaradır.
Şagirdlər Azərbaycanın flora və faunasına daxil olan canlıları tanıyır, təbiətin
qorunmasında bilavasitə iştirak edirlər.
8
VI sinif üzrə məzmun standartları
VI sinfin sonunda şagird:
canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir, canlıların quruluşunu, təsnifatını,
rolunu və əhəmiyyətini izah edir;
biologiyaya dair laboratoriya avadanlıqlarını fərqləndirir;
bioloji proseslər və onun pozulma hallarını izah edir, sadə hesablamalar aparır;
canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirməklə onu digər canlılardan
fərqləndirir;
sağlamlığın qorunmasında bitki və heyvanların rolunu izah edir, dərman bitkilərini
fərqləndirir;
canlıların təbii mühitlə və bir-biri ilə əlaqəsini izah edir;
bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş
etdirir.
1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.
1.1.2. Canlıların quruluşunu təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas laboratoriya avadanlıqlarını
fərqləndirir.
1.1.4. Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir.
3.1.2. İnsanı sosioloji varlıq kimi digər canlılardan fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir.
3.2.2. Dərman bitkilərini fərqləndirir.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-biri ilə əlaqəsini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir.
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
9
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ
REALLAŞMA CƏDVƏLİ
Cədvəldə hər bir mövzuda reallaşdırılması nəzərdə tutulan alt standartlar qeyd
olunmuşdur. Mövzular həftədə 2 saat olmaqla ildə 32 həftəyə və ya 64 saata
nəzərdə tutulmuşdur.
Məzmun
xətti 1
Məzmun
xətti 2
Məzmun
xətti 3
Məzmun
xətti 4
M.st.
1.1
M.st.
2.1
M.st.
3.1
M.st.
3.2
M.st.
4.1
M.st.
4.2
FƏSİL VƏ MÖVZULAR
1.1.1
1.1.2
1.1.3
1.1.4
2.1.1
2.1.2
2.1.3
3.1.1
3.1.2
3.2.1
3.2.2
4.1.1
4.2.1
4.2.2
Saatla
r
1. Vәtәnimizin tәbiәti
+
1
2. Biologiya canlı orqanizmlәri
öyrәnәn elmdir
+
1
3. Canlı orqanizmlәrin әsas
xüsusiyyәtlәri
+
1
4. Canlıların tәsnifatı
+
+
1
Bi
ol
og
iy
a can
lı
or
qa
ni
zm
lә
r
haqq
ınd
a e
lm
di
r
5. İnsanın tәsnifat sistemindә yeri
+
+
1
Kiçik summativ qiymətləndirmə
1
6. Laboratoriya avadanlıqları
+
1
7. Hüceyrәnin ümumi quruluşu
+
+
1
8. Prokariot orqanizmlәr
+
+
1
9. Bakteriyaların yayılması vә tәbiәtdә
rolu. Xәstәliktörәdәn bakteriyalar.
Viruslar
+ + +
1
10. Hüceyrәlәrin bölünmәsi vә inkişafı
+
1
11. Birhüceyrәli vә çoxhüceyrәli
orqanizmlәr
+
1
12. Bitkinin törәdici, örtük vә
mexaniki toxumaları
+
1
13. Bitkinin ötürücü, әsas vә ifrazat
toxumaları
+
1
14. Heyvan toxumaları
+ + 1
Orqani
zml
ərin hüce
yr
əli
qurulu
şu.
Toxumalar
, orq
anla
r
və
orqanl
ar
si
ste
m
i
15. Heyvanların orqanları vә orqanlar
sistemi
+ + 1
Kiçik summativ qiymətləndirmə
1
16. Çiçәkli bitkilәrin әsas orqanları
+ + 1
17. Zoğ vә tumurcuğun quruluşu.
Tumurcuğun inkişafı
+ + 1
18. Gövdәnin daxili quruluşu
+ + +
1
19. Yarpağın xarici quruluşu.
Yarpaqların düzülüşü
+ + 1
20. Yarpağın hüceyrәvi quruluşu
+ + 1
21. Kökün quruluşu. Kökün növlәri vә
sistemlәri
+ + 1
22. Bitki orqanlarının yeraltı
şәkildәyişmәlәri
+
+
1
Bitkil
ərin
vegeta
tiv
orqanlar
ı
23. Bitki orqanlarının yerüstü
şәkildәyişmәlәri
+
+
1
Kiçik summativ qiymətləndirmə
1
Böyük summativ qiymətləndirmə
1
24. Çiçәk
+
Dostları ilə paylaş: |