154
2 qrup: Sporla çoxalma
Sporəmələgətirmə
Spor vasitəsilə çoxalma təbiətdə kifayət qədər geniş yayılmış qeyri-cinsi çoxalma üsuludur.
Bu çoxalma ana orqanizmdə əmələ gələn xüsusi hüceyrələr – sporlarla gedir. Spor nüvədən
və sitoplazmadan ibarət hüceyrə olub qalın qılafla örtülmüşdür. Sporlar uzun müddət nisbi
sakitlik halında ola bilər. Belə vəziyyətdə onlar soyuğa, istiyə, quraqlığa, rütubətə dözümlü
olur. Əlverişli şəraitə düşdükdə hər bir spor inkişaf edir və yeni orqanizmə başlanğıc verir.
Sporlar ilkin ana orqanizmində böyük miqdarda əmələ gəlir. Sporlar çox xırda olduğuna
görə külək, su və ya orqanizmlər vasitəsilə ətrafa yayılır.
Sporların əsas üstünlüyü – sürətlə çoxalma və yayılma imkanıdır. Belə çoxalma formasına
mamırlarda, qıjıkimilərdə, göbələklərdə rast gəlinir.
3 qrup: Tumurcuqlanma yolu ilə çoxalma
Tumurcuqlanma
Tumurcuqlanma qeyri-cinsi çoxalmanın bir formasıdır. Yeni orqanizm ana orqanizmin
üzərində şişkinlik (tumurcuq) formasında yaranır və sonra ondan ayrılaraq müstəqil
orqanizmə çevrilir. Tumurcuqlanma müxtəlif canlı orqanizm qruplarında rast gəlinir.
Məsələn, hidra, birhüceyrəli maya göbələkləri. Maya göbələklərinin tumurcuqlanması
zamanı ana hüceyrənin üzərində şişkinlik – tumurcuq yaranır. O, böyüyür, ölçüləri artır.
Ana hüceyrənin nüvəsi bölünür. Əmələ gələn qız nüvələrdən biri tumurcuğa keçir. Yeni
hüceyrə əmələ gəlir. O, ana hüceyrə ilə birlikdə qalıb və ya ayrılıb yaşaya bilir.
Hidra da buna bənzər yolla çoxala bilir. Adətən yayda hidranın bədən səthində bölünən hü-
ceyrələr toplusu – tumurcuq əmələ gəlir. Tədricən onların ölçüləri artır, qolcuqları əmələ
gəlir, ağız dəliyi açılır. Daha sonra balaca hidra ana orqanizmdən ayrılır və adətən ona ya-
xın yerləşir. Hidralar qeyri-cinsi yolla yalnız əlverişli mühit şəraitində və qida bol olduqda
çoxalırlar.
4 qrup: Vegetativ çoxalma
Vegetativ çoxalma
Bitkilər, bəzi heyvanlar və göbələklər bədən hissələri ilə də çoxala bilirlər. Belə çoxalma
vegetativ çoxalma adlanır. Məsələn, hidranı və ya yastı qurdlardan olan planarinin bədənini
bir neçə hissəyə bölsək onun hər birindən yeni orqanizm inkişaf edəcək. Göbələklər yeni
orqanizmə başlanğıc verən mitselinin bir və ya bir neçə hüceyrəyə ayrılması yolu ilə çoxala
bilirlər. Bitkilərin vegetativ çoxalması zamanı yeni fərdlər vegetativ orqanlardan, onların
hissələrindən və ya şəkildəyişmələrindən əmələ gəlir
.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Qruplar öz işlərini təqdim edir. Qruplar bir-birinin işləri ilə tanış olur və suallara
cavab verir. Qrupların çıxışları zamanı “İnfuzor-tərliyin bölünməsi”, “Hidranın
tumurcuqlanması” və s. animasiya filmlərinin nümayişi məqsədəuyğun olardı.
155
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Bu mərhələdə ümumi sxem tərtib olunur və dərsin nəticələri çıxarılır. BİBÖ
cədvəlinin 3-cü sütunu doldurulur, 2-ci sütunda açıqlanmamış suallar qeyd olunur.
1. Qeyri-cinsi yolla göbələklər, bakteriyalar, heyvanlar, bitkilər çoxala bilər.
2. Çoxalmada bir fərd iştirak edir.
3. Üstünlükləri:
Fərdlərin sayı tez artır
Konkret mühit şəraitində yaşamağa uyğunlaşma
Yayılma
Alınan nəsillərin valideyn fərdlərlə oxşar olması növün Yer üzərində saxlan-
masını təmin edir.
4. Çatışmazlıqlar:
Qeyri-sabit və dəyişkən mühit şəraitində yaşamağı təmin etmir.
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Bu mərhələdə dərslikdə “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş
tapşırıqlar yerinə yetirilə bilər
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün
meyar cədvəli hazırlayır. Cədvəli lövhənin bir hissəsində bərkidir. Dərsin bütün
mərhələlərində bu meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və
qeydlərini cədvəldə yazır.
Qeyri-cinsi çoxalma
Hüceyrənin
ikiyə bölünməsi
Sporla
çoxalma
Tumurcuqlanma
Vegetativ
156
Dərs 52 / Mövzu 46:
ORQANİZMLƏRİN MÜHİTLƏ
QARŞILIQLI TƏSİRİ
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Müəllim suallarla sinfə müraciət edir:
– Ətraf mühit nədir?
– Canlı orqanizmlərə ətraf mühitin hansı amilləri təsir edir?
Şagirdlər cavablarını lövhədəki sxemdə qeyd edirlər (su, hava, digər heyvan və
bitkilər, işıq, torpaq, insan və s).
Müəllim:
– Göstərilən amilləri necə qruplaşdırmaq olar? (canlı və cansız təbiət)
– Canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı təsirini öyrənən elm
necə adlanır? (ekologiya)
Tədqiqat sualı:
Ətraf mühitin amilləri canlı orqanizmlərin quruluşuna və
həyat tərzinə necə təsir göstərir?
TƏDQİQATIN APARILMASI
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri 3 qrupa bölür. Müəllim hər qrupa
mövzu ilə bağlı dərslikdəki mətndən əlavə mətn paylayır. Tədqiqat işi “Karusel”
üsulu ilə aparıla bilər. Qruplara eyni cədvəl (A3 vərəqində) və fərqli rəngdə olan
bir ədəd marker paylanılır.
Alt
STANDARTLAR
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
DƏRSİN MƏQSƏDİ
Ekoloji amillər və onların canlılara təsirini izah edir.
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, qrupla iş
İstifadə olunan
İŞ ÜSULLARI
Beyin həmləsi, təqdimat, kiçik qruplarda müzakirə
Fənlərarası
İNTEQRASİYA
F.-2.2.1; 2.2.2
RESURSLAR
Əlavə mətnlər, A3 vərəqləri, rəngli markerlər, kompüter,
proyektor
157
Tapşırıq: Mətnlərdən istifadə edərək cədvəlin hər sütununda amillərə aid bir
nümunə yazın.
Ekoloji amillər Bitkilərdə uyğunlaşmalar Heyvanlarda
uyğunlaşmalar
İşıq
Rütubət
Temperatur
Dərslikdə olan və əlavə mətnlərdən istifadə edərək hər qrup cədvəl üzərində öz
markeri ilə işləyir. Cədvəlin sütunları kifayət qədər enli olmalıdır ki, ora 3 cavab
yerləşə bilsin. Tapşırığı yerinə yetirdikdən sonra hər bir qrup cədvəli saat əqrəbi
istiqamətində digər qrupa ötürür. Hər qrup cədvəldə olan yazıları nəzərdən keçirir
və öz cavablarını təkrarlanmamaq şərti ilə əlavə edir. Cədvəllər ilkin qruplara
qayıdanda təqdimatlar və müzakirələr başlanır.
İŞIQ. Bitkilər yalnız işıqda üzvi maddələr hazırlayır, bitkilərin və heyvanların davranışında
sutkalıq və mövsümi dövrilik yalnız işıqdan asılıdır. Məsələn, yayın ortasında isti və yağıntı
çox olur, amma birdən bitkilərin böyüməsi zəifləyir, meyvələrin və toxumların yetişməsi
başlanır. Heyvanlarda da buna bənzər dəyişikliklər baş verir: məsələn, quşlarda və mə-
məlilərdə tüləmə başlanır, bəzi heyvanlar qışa hazırlaşaraq ehtiyat toplayır, bəziləri piy tə-
bəqəsi formasında bədənlərində ehtiyat qida maddələri saxlayır, köçəri quşlar dəstələrdə
toplanır. İşığa münasibətinə görə işıqsevən və kölgəsevən bitkilər olur. İşıqsevən bitkilərin
şaxələnən gövdəsinin üzərində xlorofili çox olan yarpaqları olur (məsələn, buğda, çovdar,
günəbaxan və s.). Kölgəsevən bitkilərin şaquli yerləşən, daha az miqdarda ağızcıqları olan
nazik, amma iri yarpaqları olur.
SU. Canlı orqanizmlərin həyatında suyun da işıq kimi böyük əhəmiyyəti var. Onun çatış-
mazlığı orqanizmlərin məhvinə səbəb olduğuna görə heyvanların və bitkilərin su əldə etmə-
si, qənaəti üçün müxtəlif uyğunlaşmaları olur. Məsələn, səhra bitkilərində uzun köklərin ol-
ması (dəvətikanında 16 m-ə çatır), saksaulun pulcuqşəkilli, kaktusun iynəşəkilli yarpaqları
suyun az buxarlanmasına səbəb olur. Kaktuslar gövdənin genişlənmiş hissəsində su topla-
yır. Quraqlıq zamanı bitkilərin böyüməsi dayanır. Yayın əvvəlində qısa çiçəkləmə dövrün-
dən sonra bəzi bitkilər yarpaqlarını tökür, yerüstü hissələri məhv olur və bu vəziyyətdə on-
lar quraqlıq dövrünü keçirir. Belə halda növbəti mövsüm üçün soğanaqlar, kökümsovlar
qalır.
Heyvanların bir qrupu qidanın tərkibində olan su ilə kifayətlənə bilir, bəziləri onu piy
ehtiyatından alırlar (məsələn, dəvə), digərləri su çatışmayanda sükunət halına keçirlər
(tısbağa, bəzi gəmiricilər).
TEMPERATUR. Əksər heyvanlar üçün temperatur vacib amildir: adətən, yüksək
temperatura dözümlülüyün həddi +40...45
0
C olur. Aşağı temperaturda isə bir çox canlılarda
həyat fəaliyyəti zəifləyir, bəziləri məhv olurlar. Onurğalı heyvanları iki qrupa bölmək olar:
sabit bədən temperaturu olanlar (istiqanlılar – quşlar, məməlilər) və qeyri-sabit bədən
temperaturu olanlar (soyuqqanlılar – balıqlar, suda-quruda yaşayanlar, sürünənlər).
Temperaturun dəyişməsindən daha çox soyuqqanlı heyvanlar asılıdır: soyuqda onların
bədən temperaturu aşağı düşür və onlar sükunət halına keçirlər. Yazda havalar isindikcə
ilanlar, kərtənkələlər günəşin şüaları altında isinməyi sevirlər. İstiqanlı heyvanlar isə ilboyu
fəaldırlar, qışın sərt şəraitinə dözmək üçün onların xüsusi uyğunlaşmaları var (sıx tük
158
örtüyü, dərialtı piy qatı). Ayı kimi qışda özlərinə yem tapa bilməyən heyvanlar qış
yuxusuna gedirlər, quşlar isti, yem çox olan ölkələrə uçurlar. Bitkilərdə yüksək
temperaturdan qorunmaq üçün qalın kutikula, mum örtüyü əmələ gəlir. Qışa hazırlıq
dövründə bitki hüceyrələrində suyun miqdarı azalır, donmanın qarşısını alan şəkərlər,
qliserin toplanır. İlin isti günlərində ağızcıqlardan suyun buxarlanması güclənir və bu,
yarpaqların temperaturunun aşağı düşməsinə səbəb olur.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Qruplar öz işlərini təqdim edir. Qruplar bir-birinin işləri ilə tanış olur, nəticələri
müzakirə edir.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Bütün canlı orqanizmlərə mühitin abiotik amilləri (cansız təbiətin amilləri) təsir
edir, xüsusilə temperatur, işıq və rütubət. Cansız təbiətin amillərinin təsirindən asılı
olaraq bitkiləri və heyvanları müxtəlif qruplara ayırırlar, onlarda abiotik amillərə
qarşı uyğunlaşmalar yaranır.
Abiotik amillərin təsiri haqqında müzakirələr tamamlanandan sonra şagirdlər
paraqrafın son hissəsi ilə tanış olurlar. Növbəti dərsdə bu mövzu ilə daha ətraflı
tanış olduqlarına görə bu dərsin sonunda “Öyrəndiklərinizi tətbiq edin” bölməsində
verilmiş ümumiləşdirici cədvəl təqdim olunur və uyğun nəticələr çıxarılır.
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Bu mərhələdə dərslikdə “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş 1-ci
tapşırıq yerinə yetirilə bilər.
QİYMƏTLƏNDİRMƏ
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün
meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq
şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
159
Mənbələr
1. Z. Veysova. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait. BMT Uşaq Fondu
(UNICEF), 2007.
2. Л.Н.Сухорукова, В.С.Кучменко, Е.А.Дмитриева. Биология. Живой организм.
Поурочные
методические
рекомендации. 5-6 классы.
Москва,
«Просвещение», 2012
3. Уроки биологии. Пособие для учителей общеобразовательных учреждений.
Под редакцией В.В.Пасечника. Москва, «Просвещение», 2012
4. В. В. Пасечник, С. В. Суматохин, Г. С. Калинова. Уроки биологии. 6 класс.
Пособие для учителя. Москва, «Просвещение», 2012
5. З. А.Томанова, В.И.Сивоглазов. Биология. Живой организм. 6
класс.
Методическое пособие / М.: Дрофа, 2012
6. Биология. Рабочие программы. 5–9 классы / М.: Дрофа, 2012
7. В.Н.Семенцова. Биология. 6 класс. Технологические карты уроков: Метод.
Пособие.- СПб.: «Паритет», 2001
8. Биология. 6 класс. Лучшие нестандартные уроки: Пособие для учителя /
Сост. Сонин Н.И. – 2-е изд.- М.: Айрис-пресс, 2004.
9. А.К. Тарасов. Ботаника, зоология, химия. Книга для учителя и учащихся. –
Смоленск: Русич, 1999
10. Сборник «Уроки биологии по курсу «Биология. 6 класс. Живой организм» -
Дрофа,: 2006
11. Биология. Живой организм. 6 класс: Поурочные планы по учебнику
Н.И.Сонина / Авт.-сост. М.В.Высоцкая. – Волгоград: Учитель, 2005.
12. Биология. Живой организм. 6 кл.: Тестовые задания / С.В.Баготский,
Л.И.Рубачева, Л.И.Шурхал. – М.: Дрофа, 2003
13. И.В.Зверева. Нестандартные уроки биологии. 5 класс. – Волгоград: Корифей,
2007.
14. Система упражнений для развития и диагностики общеучебных умений и
навыков с помощью учебника биологии (образовательная линия Захарова
В.Б.). Методическое пособие, Составитель Макарова Е.Н., 2007
15. Т.С. Сухова, В.И. Строганов. Природа. Введение в биологию и экологию.
Методика для учителя. 5 класс Москва, Издательский центр «Вентана-Граф»
16. http://www.prosv.ru/ebooks/Pasechnik_Uroki_biologii_6kl/index.html
17. http://mirbiologii.ru/
18. http://www.jiwoy.ru/
19. http://bio.1september.ru/
20. http://www.cosmoschool.ru/metod_library/grants/arhiv/bio/6-2/menu.htm
21. http://www.1september.ru
22. http://www.kozlenkoa.narod.ru
23. http://sbio.info/
24. http://tana.ucoz.ru/
25. http://www.alleng.ru/edu/bio1.htm
26. http://www.shishlena.ru/
27. http://school.holm.ru/predmet/bio/
160
KİTABIN İÇİNDӘKİLӘR
DӘRSLİK KOMPLEKTİ HAQQINDA.................................................................. 3
DӘRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRӘ STRUKTURU ............................... 5
VI SİNİF BİOLOGİYA FӘNN PROQRAMI (KURİKULUMU) ................................. 7
FӘNN ÜZRӘ MӘZMUN STANDARTLARININ REALLAŞMA CӘDVӘLİ VӘ İLLİK
PLANLAŞDIRMA NÜMUNӘSİ ......................................................................... 9
FӘNLӘRARASI İNTEQRASİYA CӘDVӘLİ .........................................................12
TӘCRÜBӘ VӘ LABORATORİYA İŞLӘRİNİN TӘŞKİLİ ........................................13
BİOLOGİYA DӘRSLӘRİNDӘ YENİ TӘLİM
TEXNOLOGİYALARININ TӘTBİQİ ...................................................................14
DİFERENSİAL TӘLİM İMKANLARI...................................................................17
ŞAGİRD NAİLİYYӘTLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘSİ .....................................18
MÖVZULAR ÜZRӘ TӘLİM
MATERİALLARI İLӘ İŞ TEXNOLOGİYASININ ŞӘRHİ ........................................22
I. BİOLOGİYA CANLI ORQANİZMLӘR HAQQINDA ELMDİR .....................................22
FӘSİL 1. BİOLOGİYANIN TӘDQİQAT OBYEKTLӘRİ............................................23
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................33
II. CANLI ORQANİZMLӘRİN QURULUŞU ...............................................................35
FӘSİL 2. ORQANİZMLӘRİN HÜCEYRӘLİ QURULUŞU. TOXUMALAR,
ORQANLAR VӘ ORQANLAR SİSTEMİ ..................................................36
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................53
FӘSİL 3. BİTKİLӘRİN VEGETATİV ORQANLARI ................................................55
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................68
FӘSİL 4. BİTKİLӘRİN GENERATİV ORQANLARI ................................................70
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................78
III. ORQANİZMLӘRİN HӘYAT FӘALİYYӘTİ...........................................................80
FӘSİL 5. CANLILARDA DAYAQ, HӘRӘKӘT, QİDALANMA VӘ TӘNӘFFÜS ............81
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................99
FӘSİL 6. ORQANİZMLӘRDӘ MADDӘLӘRİN DAŞINMASI, İFRAZAT,
ÇOXALMA VӘ İNKİŞAF ......................................................................101
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................118
IV. ORQANİZM VӘ MÜHİT ...................................................................................120
FӘSİL 7. ORQANİZM VӘ TӘBİİ BİRLİKLӘRӘ MÜHİTİN TӘSİRİ ..........................121
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................131
FӘSİL 8. BİTKİ VӘ HEYVANLARIN İNSAN HӘYATINDA ROLU .............................133
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................144
GÜNDӘLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNӘLӘR .........................................146
MӘNBӘLӘR..................................................................................................159
Dostları ilə paylaş: |