1 saat
TƏDRİS VAHİDİ –
4
ORQANİZM VƏ MÜHİT
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan fərqləndirir.
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir.
3.2.2. Dərman bitkilərini fərqləndirir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir.
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
121
7. ORQANİZM VӘ TӘBİİ BİRLİKLӘRӘ MÜHİTİN TӘSİRİ
Dərs 51 / Mövzu 45:
CANLI ORQANİZMLƏRİN MƏSKUNLAŞMASI
VƏ YAYILMASI
Mətnlə tanış olduqdan sonra müəllim şagirdlərə aşağıdakı məlumatı verə bilər:
“Məlumdur ki, yabanı turpun ildə 160, yaddaş çiçəyinin 700, üçrəng bənövşənin
2500, dərman zəncirotunun 5000 toxumu əmələ gəlir. Təsəvvür edin ki, bütün
toxumlar ana bitkinin ətrafına tökülür. Sonra nə baş verəcək? (onların cücərməsinə
və inkişafına kəskin rəqabət mane olacaq, su, işıq, mikroelementlər kifayət
etməyəcək). Bitkilərdə bu “problem” necə həll edilir?
Həyati biliklərindən və
gündəlik müşahidələrindən faydalanan şagirdlərin cavabları müzakirə olunur.
Çətinlik yaranarsa, müəllim onların diqqətini şəklə yönəldə bilər. Uşaqlar müzakirə
zamanı bitkilərin toxum və meyvələrinin yayılması üçün uyğunlaşmaların vacib
olduğunu qeyd edə bilərlər. Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir.
Şəkillərdə təsvir olunan bitkilərin yayılma üsulu haqqında şagirdlərin fərziyyə-
ləri müzakirə oluna bilər. Tapşırığın müzakirəsini dərsin sonuna da keçirmək müm-
kündür. Bu zaman şagirdlər dəftərlərinə tapşırıqla bağlı qeydlər edirlər. Tətbiq za-
manı bu fikirlərə qayıtmaq və onları bir daha müzakirə etməklə dərsin şagirdlərin
təsəvvürlərini necə dəyişdiyini yoxlamaq olar.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim elektron təqdimatlar,
videomateriallar, yaxud digər əyani vəsaitlərdən istifadə edərək nəzəri materialı
izah edir. Videomateriallar aşağıdakı mənbələrdən götürülə bilər:
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
Dərsin
MƏQSƏDİ
Meyvə və toxumları yayılma növlərinə görə təsvir edir.
Heyvanlar üçün miqrasiyanın səbəb və əhəmiyyətini izah edir.
122
http://www.youtube.com/watch?v=KdAaL3rq4KA,
http://www.youtube.com/watch?v=tYjLHxrzXXI&feature=related
http://www.youtube.com/watch?v=vwQxezRFzP4
http://www.youtube.com/watch?v=LzS7lvD8vzM&feature=related
2) Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil
olunur (bu halda məlumatı 3-4 hissəyə bölmək məqsədəuyğundur). Bu zaman
əyaniliyi təmin etmək üçün mətnlə yanaşı müvafiq şəkillərin paylanması daha
səmərəlidir. Dərsin məqsədlərini nəzərə alaraq aşağıdakı məqamlara xüsusi diqqət
yetirmək tövsiyə olunur:
toxum və meyvələrin yayılması külək, su, heyvanlar, özlərinin səpilməsi
vasitəsilə ola bilər;
bir yayılma üsuluna uyğunlaşmalar müxtəlif ola bilər;
meyvə və toxumların xarici quruluşu onların yayılma üsulları ilə əlaqədar olur.
“Öyrəndiklərinizi tətbiq edin” bölümündə verilmiş cədvəl nəzəri materialla tanışlıq
zamanı, yaxud dərsin sonunda doldurula bilər.
Bitkinin adı Meyvəsinin xüsusiyyətləri Necə yayılır
Heyvan, göbələk və bakteriyaların yayılmasının xüsusiyyətləri və əhəmiyyəti
haqqında məlumatları şagirdlər müstəqil öyrənə bilərlər.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə təqdim olunmuş tapşırıqlar dərsdə
mənimsənilən biliklərin ümumiləşdirilməsi və dərsin məqsədində qeyd olunmuş
bacarıqların formalaşmasına imkan yaradır.
Qiymətləndirmə meyarları:
Təsviretmə
İzahetmə
Zəif
Orta
Yüksək
Meyvə və toxumları yayılma
növlərinə görə təsvir etməkdə
çətinlik çəkir.
Bitkilərin yayılma növlərini
təsvir edərkən kiçik səhvlərə
yol verir.
Bitkilərin yayılma növlərini
dolğun təsvir edir.
Heyvanlar üçün miqrasiya-
nın səbəb və əhəmiyyətini
müəllimin köməyi ilə izah
edir.
Heyvanlar üçün miqrasiya-
nın səbəb və əhəmiyyətini
izah edərkən kiçik qeyri-
dəqiqliyə yol verir.
Heyvanlar üçün miqrasiya-
nın səbəb və əhəmiyyətini
ətraflı izah edir.
123
Dərs 52 / Mövzu 46:
ORQANİZMLƏRİN MÜHİTLƏ
QARŞILIQLI TƏSİRİ
Gündəlik planlaşdırma nümunələrində bu dərsə aid daha ətraflı tövsiyələr
verilmişdir.
Motivasiyanın mətni ilə tanış olmazdan əvvəl müəllim şagirdlərin biliklərinə
əsaslanaraq belə bir “Klaster”i doldurmağı təklif edə bilər:
Şagirdlərlə birlikdə mövzunun əvvəlində verilmiş mətnlə tanış olur. Suallar üzrə
aparılan müzakirələr növbəti tapşırığa şagirdlərin hazırlanmasını təmin etmiş olur.
Praktik tapşırığı yerinə yetirərkən şagirdlər əvvəlki biliklərindən faydalanmalı-
dırlar. Bunun üçün müvafiq suallarla aşağı siniflərdən “Həyat bilgisi” və digər
fənlərdən müxtəlif heyvanların həyat tərzi haqqında bilikləri yada salmaq olar.
Şagirdlər cədvəldə qeyd olunan heyvanların həyatında işığın əhəmiyyətini müəy-
yən edir. Müzakirənin əvvəlində “yaşayış mühiti” anlayışını izah etmək faydalı
olardı. Şagirdi bu və ya digər ekoloji amillərin təsirinin ilk növbədə canlı or-
qanizmlərin yaşayış mühitindən asılı olması fikrinə yönəltmək məqsədəuyğundur.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) Praktik işin müzakirəsindən sonra müəllim əyani vəsaitlərə (elektron
təqdimatlar, yaxud videomateriallara) istinad edərək nəzəri materialı izah edir.
2) Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil
Alt
STANDARTLAR
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
Dərsin
MƏQSƏDİ
Ekoloji amillər və onların canlılara təsirini izah edir.
TƏBİƏT
Canlı
Cansız
?
?
124
olunur. Məlumatı abiotik amillərin sayına görə 3 hissəyə bölmək məqsədəuyğun-
dur. Bu zaman əlavə mətnlərin və müvafiq şəkillərin paylanması daha faydalıdır.
Dərsin məqsədlərini nəzərə alaraq aşağıdakı məsələlərə xüsusi diqqət
yetirilməlidir:
Yaşayış mühiti
Ekoloji amillər
Ekologiya
Orqanizm üçün işığın, suyun, temperaturun əhəmiyyəti.
İş zamanı müəllim istiqamətləndirici suallar verə bilər. Məsələn,
Canlı orqanizmlər üçün işığın əhəmiyyəti nədədir? İşıq bitkilərə nə üçün
lazımdır? Fotosintez nədir? Bitkilərin və heyvanların davranışında hansı
mövsümi dəyişikliklər baş verir?
Canlı orqanizmlər üçün suyun əhəmiyyəti nədədir? Canlılar suyun
çatışmazlığına və ya çoxluğuna necə uyğunlaşmışlar?
Canlı orqanizmlər üçün temperaturun əhəmiyyəti nədədir? Temperaturun
dəyişməsi orqanizmlərə necə təsir edir?
Heyvan, bitki, göbələk və bakteriyaların qarşılıqlı əlaqələri haqqında məlumat
bütün siniflə müzakirə oluna bilər. Mövzuya növbəti dərsdə daha geniş surətdə
qayıdılacaq. Tanışlıq xarakteri daşıyan qarşılıqlı əlaqələrə aid məlumat aşağıdakı
sxem şəklində təqdim edilə bilər. Sxemdəki istənilən iki düzbucaqlını birləşdirib
seçilmiş canlı orqanizmlər arasında qarşılıqlı münasibətlərə dair nümunələr
göstərmək lazımdır. Müəllim bu fəaliyyət növünü tapşırıq şəklində şagirdlərin
iştirakı ilə lövhədə reallaşdıra bilər. Məsələn, “Heyvanlar bitkilərin tozlanmasında,
meyvə və toxumlarının yayılmasında iştirak edirlər”.
Bitki
Heyvan
Göbələk
Bakteriya
Heyvan
Bitki
125
“Öyrəndiklərinizi yoxlayın” bölümündə təqdim olunmuş tapşırıqlar dərsdə mənim-
sənilən biliklərin ümumiləşdirilməsi və dərsin məqsədində qeyd olunmuş
bacarıqların formalaşması üçün imkan yaradır.
Qiymətləndirmə meyarları:
İzahetmə
Zəif
Orta
Yüksək
Ekoloji amilləri sadalayır,
onların canlılara təsirini izah
etməkdə çətinlik çəkir.
Ekoloji amilləri və onların
canlılara təsirini qismən izah
edir.
Ekoloji amilləri və onların
canlılara təsirini dolğun izah
edir.
Dərs 53 / Mövzu 47 :
TƏBİİ BİRLİKLƏR
Müəllim şagirdlərlə birlikdə dərslikdəki mətnlə tanış olur. Suallar üzrə aparılan
müzakirələr növbəti tapşırığa şagirdlərin hazırlanmasını təmin etmiş olur.
Verilmiş tapşırığı yerinə yetirərkən şagirdlər əvvəlki biliklərindən faydalanma-
lıdırlar. Bunun üçün aşağı siniflərdən “Həyat bilgisi” fənnindən öyrəndikləri
müxtəlif heyvanların qidalanma, yaşadığı mühit və digər xüsusiyyətləri haqqında
bilikləri yada salmaq olar. Cədvəldə qeydlər edən zaman şagirdlər bu və ya digər
heyvanın yaşayış mühitini göstərir və eyni zamanda canlı orqanizmlər arasında
qida əlaqələrini əks etdirən ilkin biliklərini nümayiş etdirir.
Nəzəri materialın izahında müəllim sxem, şəkil, elektron təqdimat və başqa
əyani vəsaitlərdən istifadə edə bilər. “Qida zənciri” anlayışını izah etdikdən sonra
Alt
STANDARTLAR
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
Dərsin
MƏQSƏDİ
Təbii birliklərdə bitki və heyvanların bir-birilə və ətraf
mühitlə əlaqələrini izah edir.
126
bir neçə qida zəncirinin qurulmasına aid tapşırığın yerinə yetirilməsi yeni məlumat-
ların möhkəmləndirilməsi üçün əhəmiyyətli olardı. Məsələn, “Komponentləri qırğı,
kəpənək, qurbağa, çəyirtkə, suilanı olan bataqlıq üçün səciyyəvi olan qida zəncirini
qurun”.
Təbii birliklərdə qida zəncirlərinin mürəkkəb yollarla əlaqələnib qida
şəbəkəsi əmələ gətirməsi fikrini şagirdlərin nəzərinə çatdırmaq vacibdir. Şəbəkədə
orqanizmlərin çoxu bir neçə qida zəncirinin halqalarına daxildir. Qida əlaqələri
mürəkkəb olduğu üçün bir növün itməsi əksər hallarda sistemdə tarazlığı
pozmur. Beləliklə, şagirdlər biosenozlarda orqanizmlərin qarşılıqlı əlaqələri,
onların funksional cəhətdən qruplara bölünməsi, birliklərdə bu qrupların rolu
barədə müəyyən bilik və bacarığa malik olurlar.
Mətn şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil oluna bilər. Bu
halda mətni 4 hissəyə bölmək məqsədəuyğundur. Bu zaman əlavə mətnlərin və
müvafiq şəkillərin paylanması səmərəliliyi artırardı. Hər qrup işinin nəticələri
blokunda verilmiş cədvəldə qeyd olunur.
Birgəyaşayış formaları
Qarşılıqlı
münasibətlərdə olan
orqanizmlər
Əhəmiyyəti
Yırtıcı – şikar
Parazit – sahib
Rəqabət
“Öyrəndiklərinizi yoxlayın” bölümündə təqdim olunmuş tapşırıqlar dərsdə
mənimsənilən biliklərin ümumiləşdirilməsi və dərsin məqsədində qeyd olunmuş
bacarıqların formalaşması üçün imkan yaradır.
1-ci tapşırıqda şagirdlər digər orqanizmlərdən təşkil olunmuş qida zənciri qura
bilərlər.
2-ci tapşırığı yerinə yetirən zaman şagirdlər həm də coğrafiya dərslərində qazanılan
biliklərdən faydalanırlar.
Qiymətləndirmə meyarları:
İzahetmə
Zəif
Orta
Yüksək
Təbii birliklərdə bitki və
heyvanların bir-birilə və ətraf
mühitlə əlaqələrini izah
etməkdə çətinlik çəkir.
Təbii birliklərdə bitki və
heyvanların bir-birilə və ətraf
mühitlə əlaqələrini izah
edərkən kiçik səhvlərə yol
verir.
Təbii birliklərdə bitki və
heyvanların bir-birilə və ətraf
mühitlə əlaqələrini dolğun
izah edir.
127
Dərs 54 / Mövzu 48:
İNSAN VƏ CANLI TƏBİƏT
Mövzunun əvvəlindəki mətnlə tanış olmazdan əvvəl keçən dərsin materialına
istinad edərək şagirdlərlə növbəti sualları müzakirə etmək faydalı olardı:
–
Təbii birlik nədir? Təbii birliklərin tərkibi barədə nə söyləyə bilərsiniz?
Müəllim şagirdlərin cavablarını ümumiləşdirməklə yanaşı lövhədə müvafiq qeydlər
edə bilər. Məsələn,
Birliyin tərkibinə canlı və cansız təbiətin komponentləri daxildir (dağ süxurları,
torpaq, bitki örtüyü, heyvanlar və s.).
Birliyin komponentləri müstəqil deyil, bir–biri ilə qarşılıqlı təsirdə və
münasibətdə mövcuddurlar. Buna görə də təbiətin bir komponentini dəyişdikdə
digərlərinə də təsir göstərir.
Faktla tanış olduqdan sonra müəllim şagirdlərə suallarla müraciət edir.
Həyati
bilikləri və gündəlik müşahidələrindən faydalanan şagirdlərin cavabları müzakirə
olunur. Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir.
Şəkillərdə təsvir olunan hadisələr, onların səbəb və nəticələri müzakirə olunur.
Tətbiq zamanı bu fikirlərə qayıdış mümkündür. Bu mərhələdə “Ekoloji fəlakət”,
yaxud “Ekoloji böhran” anlayışları izah edilə bilər.
Nəzəri materialın izahına insan fəaliyyətinin təbiətə mənfi təsirini, ekoloji
tarazlığın pozulmasını, ekoloji fəlakətləri əks etdirən videomaterialları göstərməklə
başlamaq məqsədəuyğundur. Videomaterialları bu mənbələrdən götürmək olar:
http://www.youtube.com/watch?v=1pe-KV6J-uE
http://www.youtube.com/watch?v=bTmwbic5oJg
Alt
STANDARTLAR
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan fərqləndirir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
4.2.1. Canlıların qorunması ilə bağlı əldə etdiyi məlumatı təqdim
edir.
Dərsin
MƏQSƏDİ
İnsanın təsərrüfat fəaliyyətinin təbiətə təsirinə aid nümunələr
göstərir, onların səbəblərini izah edir.
Respublikada canlıların qorunması ilə bağlı əldə etdiyi
məlumatları təqdim edir.
128
Mövzunun təqdimatını bloklara ayırmaqla aparmaq mümkündür. Bu halda iş kiçik
qruplarda aparıla bilər. Bunun üçün müəllim qruplara müvafiq mətnlər təklif edə
bilər:
Suyun çirklənməsi
Torpağın çirklənməsi
Havanın çirklənməsi
Heyvanların qırılması
Meşələrin qırılması və s.
Dərslikdə “Qırmızı kitab”, canlıların nadir növlərinin saxlanılması, qorunması üçün
ayrılan ərazilər – qoruqlar, yasaqlıqlar və milli parkların xüsusiyyətləri, həmin ərazi-
lərin oxşar və fərqli cəhətləri haqqında məlumatlar verilir. Növbəti dərsdə bu mövzu
daha geniş əhatə olunduğuna görə, verilən məlumat tanışlıq xarakteri daşıyır.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə 1-ci tapşırıqda şagirdlər işarələrin
mənasını izah edir. Təlim nəticələri yüksək olan şagirdlərə təbiətin mühafizəsi ilə
bağlı yeni işarələr fikirləşmək təklif oluna bilər.
2-ci tapşırıq qorunan ərazilərin xüsusiyyətlərinin müqayisəsi üzərində qurulub. Bu
tapşırığın icra olunması üçün şagirdlərə əlavə müvafiq resurslar təqdim oluna bilər
(məqalələr, ensiklopediyalar, İnternet resursları və s.)
Qorunan
ərazilər
?
Yasaqlıqlar
?
Xüsusiyyətləri
Сiddi mühafizə olunan təbiət
sahələridir. Ərazidə insanın bütün
təsərrüfat fəaliyyəti qadağan edilir.
? ?
Qiymətləndirmə meyarları:
İzahetmə
Təqdimetmə
Zəif
Orta
Yüksək
İnsanın təsərrüfat fəaliyyəti-
nin təbiətə təsirinə aid nümu-
nələri çətinliklə göstərir, on-
ların səbəblərini müəllimin
istiqamətləndirici sualları va-
sitəsilə izah edir.
İnsanın təsərrüfat fəaliyyəti-
nin təbiətə təsirinə aid nümu-
nələr göstərir, amma onların
səbəblərini izah edərkən
bəzən səhvlərə yol verir.
İnsanın təsərrüfat fəaliyyəti-
nin təbiətə təsirinə aid ətraflı
nümunələr göstərir, onların
səbəblərini düzgün izah edir.
Məlumatı
əldə edir,
sistemləşdirə bilmir.
Məlumatı əldə edir, çətinliklə
sistemləşdirir.
Məlumatı əldə edir, sistemli
təqdim edə bilir.
129
Dərs 55 / Mövzu 49 :
AZƏRBAYCAN QORUQLARI
Bu mərhələdə şagirdlər əvvəlki biliklərindən faydalanmalıdırlar. Bunun üçün
“Həyat bilgisi” və “Biologiya” fənləri üzrə əvvəlki dərslərdən mühafizə olunan
ərazilər haqqında öyrəndikləri məlumatları yada salmaq olar.
Əvvəlki biliklərinə əsaslanaraq şagirdlər Azərbaycan Respublikası ərazisində
geniş yayılmış və xüsusi mühafizəyə ehtiyacı olan heyvanları qeyd edir, sual
ətrafında müzakirələr aparırlar.
Praktik işin müzakirəsindən sonra müəllim Azərbaycan Respublikasının
xəritəsi, elektron təqdimatlar, yaxud video və fotomateriallar, həmçinin digər əyani
vəsaitlərdən istifadə edərək nəzəri materialı izah edir.
Dərslikdə verilmiş tapşırıqlarda əlavə məlumat mənbələrindən (“Qırmızı kitab”,
ensiklopediya, müvafiq məqalə və İnternet saytları və s.) istifadə edərək şagirdlər
kiçik qruplarda Yer üzündə yaşayan hər hansı nadir, yaxud nəsli kəsilməkdə olan
canlı növü haqqında məlumat toplayır və təqdimatlar hazırlayırlar. Toplanan
məlumat verilmiş plan üzrə divar qəzeti, tövsiyə, məqalə, yaxud elektron təqdimat
formasında nümayiş etdirilir. Bu tapşırıq dərsdə mənimsənilən biliklərin
ümumiləşdirilməsi və dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması
üçün imkan yaradır. Şagirdlərə təqdimatın ümumi planını vermək olar.
Alt
STANDARTLAR
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təq-
dim edir.
Dərsin
MƏQSƏDİ
Bitki və heyvanları qoruma yollarını izah edir.
Mühafizə olunan heyvan və bitkilər haqqında məlumat topla-
yır, təqdim edir.
130
PLAN
Heyvanın və ya bitkinin adı.
Yayıldığı ərazi.
Sayının azalma səbəbi.
Xüsusiyyətləri (sayı, həyat tərzi və s.).
Növü qorumaq üçün görülən tədbirlər.
Bu heyvanları və ya bitkiləri qorumaq tədbirləri barədə edəcəyiniz əlavə
təkliflər.
Qiymətləndirmə meyarları:
İzahetmə
Təqdimetmə
Zəif
Orta
Yüksək
Bitki və heyvanları qorumaq
yollarını izah etməkdə
çətinlik çəkir.
Bitki və heyvanları qorumaq
yollarını izah edərkən bəzən
səhvlərə yol verir.
Bitki və heyvanları qorumaq
yollarını ətraflı şəkildə izah
edir.
Mühafizə olunan heyvan və
bitkilər haqqında məlumat
toplayır, onu təqdim edərkən
müəllim və şagirdlərin
köməyindən istifadə edir.
Mühafizə olunan heyvan və
bitkilər haqqında məlumat
toplayır, tələb olunan
şəkildə təqdim edə bilmir.
Mühafizə olunan heyvan və
bitkilər haqqında dolğun mə-
lumat toplayır, onu sistemli
şəkildə təqdim edir.
131
VII FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Meyvələrin yayılma üsulunu onların əlamətlərinə görə müəyyən edir.
2. Ekoloji amillərin canlı orqanizmlərə təsiri barədə məlumatları oxuyun.
Məlumatın nömrəsini cədvəlin müvafiq xanasına yerləşdirin.
EKOLOJİ AMİL BİTKİLƏR GÖBƏLƏKLƏR HEYVANLAR
İşıq
Su
1. Bəzi ibtidailərin (yaşıl evqlena) və birhüceyrəli yosunların işığa həssas
gözcüyü əlverişli işıq şəraitini tapmağa xidmət edir.
2. Yarpaqlar iynələrə və tikanlara çevrilmiş, həşəratların nəfəslikləri qapaqlar-
la örtülmüşdür.
3. Kaktusun gövdəsində su ehtiyatı toplanır.
4. Fotosintez prosesi nəticəsində bitkilər qidalanmaq üçün üzvi maddələr əmələ
gətirir.
5. Əksər meymunlar gündüz heyvanlarıdır. Yalnız gecə meymunları fəsiləsinin
nümayəndələri gecə həyat tərzi sürürlər.
6. Göbələklər lazım olan maddələri canlı və məhv olmuş orqanizmlərdən,
torpağın nəmliyindən, təbii su hövzələrindən alır.
7. Bəzi bitkilərin tükcüklü yarpaqları olur, bəziləri isə quraqlıq zamanı yarpaq-
larını tökür.
8. Quru qurbağalarının sidik kisəsində su ehtiyatı toplanır.
3. Düzgün variantın altından xətt çəkin.
1. Oxşar qidaya, məkana və digər həyat şəraitinə ehtiyacı olan növlər arasındakı
münasibətlər rəqabət/yırtıcılıq adlanır.
2. Bir orqanizmin digər orqanizmi parçalayaraq qidalanması parazitizm/
yırtıcılıq adlanır.
3. Bir orqanizmin digərinin qidalı maddələri hesabına yaşaması simbioz/ para-
zitizm adlanır.
4. Paxlalı bitkilərin köklərində yumrucuq bakteriyaları yaşayır. Bakteriyalar bit-
kinin üzvi maddələri ilə qidalanır, eyni zamanda bitkini lazımi maddələrlə
təchiz edirlər. Belə qarşılıqlı əlaqə simbioz/rəqabət adlanır.
Meyvələrin şirəli ləti var
Meyvələrin tükcükləri var
Meyvələrin qarmaqcıqları, iti dişcikləri var
Yüngül meyvələrin hava boşluqları var
küləklə
su ilə
heyvanlar vasitəsilə
MEYVƏLƏRİN ƏLAMƏTLƏRİ
YAYILMA ÜSULU
132
4. İnsanın fəaliyyətinin təbiətə təsirini əks etdirən bir neçə nəticə çıxarın.
Meşələrin qırılması nə ilə nəticələnə bilər?
5. Qida zəncirinin düzgün ardıcıllığını göstərin:
A) Bakteriyalar – qozalar – sincab – dələ
B) Ot bitkisi – qurbağa – çəyirtkə – koramal – şahin
C) Ağac – ağacdələn – qabıqyeyən böcəyin sürfəsi – bakteriyalar
6. Səhra bitkilərinin hansı uyğunlaşmaları var? 3 cavab seçin:
А) Köklərin torpaq səthinə yaxın yerləşməsi
B) Köklərin dərinə getməsi
D) İriətli yarpaqların olması
Е) Şirəli gövdələrin olması
C) Yarpaqların kiçik ölçüdə olması və ya tikanlara çevrilməsi
7. “Parazit – sahib” qida zəncirinə uyğun cütlüyü seçin.
А) canavar – tülkü B) pişik – gənə C) kəpənək – çiçək
8. Ekoloji amillərin nömrələrini uyğun sütunlara yazın.
Canlı təbiətin amilləri Cansız təbiətin amilləri
İnsanın təsiri
9. Təsərrüfat fəaliyyəti aparılmayan və qorunan təbii sahə necə adlanır?
А) Qoruq В) Yasaqlıq С) Təbii abidə D) Milli park
10. Şəhərlərdə səs-küyün əsas mənbəyi nədir? Səs-küyü hansı üsullarla azaltmaq
olar?
________________________________________________________________
________________________________________________________________
Dostları ilə paylaş: |