MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ
TEXNOLOGİYASININ ŞƏRHİ
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ
ALT STANDARTLAR
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:
5 saat
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:
1 saat
TƏDRİS VAHİDİ –
1
BİOLOGİYA CANLI ORQANİZMLƏR
HAQQINDA ELMDİR
1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.
1.1.4. Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir.
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan fərqləndirir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-biri ilə əlaqəsini izah edir.
23
1. BİOLOGİYANIN TӘDQİQAT OBYEKTLӘRİ
Dərs 1 / Mövzu 1 :
VƏTƏNİMİZİN TƏBİƏTİ
Tədris ilinin ilk dərsi kimi şagirdləri dərsliyin quruluşu və ondan istifadə qayda-
ları ilə tanış etmək məqsədəuyğundur. Dərslikdəki mətnlə tanış olduqdan sonra şa-
girdlər əvvəlki biliklərindən faydalanaraq sualları müzakirə edir və müxtəlif fikirlər
irəli sürürlər. Müzakirələr zamanı müəllimtəbii cisim və hadisələr haqqında istiqa-
mətləndirici suallar verə bilər. Bu müzakirələr şagirdlərin aşağı siniflərdən öyrəndik-
ləri bilikləri fəallaşdırmağa xidmət edəcəkdir.
Biologiyadan ilk dərsin böyük əhəmiyyəti var. Dərsdə bütün tədris ili bu fənni
öyrənmək üçün əsas yaradılır. Tapşırığın əsas məqsədi şagirdlərin aşağı siniflərdə
“Həyat bilgisi” və digər fənlərdən biologiyaya aid ilkin bilikləri aşkar etmək və ilkin
diaqnostik qiymətləndirməni aparmaqdır. Bu zaman müəllim müxtəlif suallarla şa-
girdləri aktivləşdirə bilər. Tapşırıq ayrı vərəqlərdə müstəqil olaraq yerinə yetirilir.
Uşaqların yazdıqları esse fənn üzrə ilkin bilik və bacarıqları müəyyən etməyə im-
kan yaradır. Bu zaman şagirdlərin ümumi dünyagörüşü, söz ehtiyatı və fikirlərini
ifadə etmək bacarığı aşkar olunur. Tapşırığın nəticələri qısaca olaraq müzakirə edi-
lir. Yerinə yetirilmiş tapşırıqları yığıb sonradan təhlil etmək məqsədəuyğundur. Bu,
bütün sinif şagirdlərinin və hər bir uşağın səviyyəsi və qabiliyyətləri barədə ümumi
təsəvvürün yaranmasına kömək edə bilər.
Paraqrafın nəzəri materialı ilə tanışlığa Azərbaycanın təbii sərvətləri haqqında
məlumatlarla başlamaq məqsədəuyğundur. Bu zaman Azərbaycanın iqlim qurşaq-
larına, landşaftına xüsusi diqqət yönəltmək yaxşı olardı. Bu məlumatlar canlı və
cansız təbiət arasında qarşılıqlı əlaqələr haqqında təsəvvürlərin formalaşmasına
kömək ola bilər. Nəzəri materialın izahını respublikamızın zəngin bitki və heyvan-
Alt
STANDARTLAR
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
Dərsin
MƏQSƏDİ
Azərbaycanın bitki və heyvanlar aləminin ətraf mühitlə
qarşılıqlı əlaqəsini izah edir.
24
lar aləmini təsvir edən coğrafi xəritələr, fotoşəkillər, videomateriallar ilə müşayiət
etmək tövsiyə olunur.
Materialın izahı zamanı 6-cı sinif “Biologiya” kursunun əsas tədqiqat obyektlərinin
bitki və heyvanlar aləminin nümayəndələri olduğu vurğulanmalıdır. Bu zaman elə
ilk dərsdə “flora” və “fauna” anlayışlarını izah etmək məqsədəuyğundur.
Dərsin gedişində dialoq vasitəsilə şagirdlərin əvvəlki biliklərinə istinad etmək və
onları üzə çıxarmaq faydalıdır.
Tətbiq mərhələsində şagirdlər dərslikdən və öz biliklərindən istifadə edərək
Azərbaycanın ərazisində rast gəlinən bitki və heyvan adlarını cədvəldə qeyd
edirlər. Cədvələ daxil olmayan bitki və heyvanlar haqqında “Bu heyvana (bitkiyə)
harada rast gəlmək olar?”, “Niyə Azərbaycanda ona rast gəlinmir?” kimi suallar
verməklə müəllim şagirdlərin nə dərəcədə məlumatlı olduqlarını, səbəb-nəticə
əlaqələrini müəyyən etmə vərdişlərini aşkara çıxara bilər.
“Nəyi öyrəndiniz” bloku paraqrafda verilən materialın qısa xülasəsidir
.
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqların cavabları.
1. Cədvəldə bitki adlarını axtaran şagirdlər dərslikdə verilən materiala, aşağı
siniflərdə “Həyat bilgisi” və digər fənlərdən aldıqları biliklərə, həmçinin öz şəxsi
təcrübələrinə əsaslanırlar.
2. Şagirdlər müvafiq hecaları birləşdirərək Azərbaycan təbiətinə aid olan heyvan
adlarını müəyyən edir və nəzəri bilikləri ümumiləşdirirlər.
Qiymətləndirmə meyarları:
İzahetmə
Zəif
Orta
Yüksək
Azərbaycanın bitki və hey-
vanlar aləminin nümayəndə-
lərini sadalayarkən qeyri-də-
qiqliyə yol verir, ətraf
mühitlə qarşılıqlı əlaqəsini
izah etməkdə çətinlik çəkir.
Azərbaycanın bitki və
heyvanlar aləminin
nümayəndələrini sadalayır,
ətraf mühitlə qarşılıqlı
əlaqəsini müəllimin
köməyilə izah edir.
Azərbaycanın bitki və
heyvanlar aləminin
nümayəndələrini düzgün
sadalayır, ətraf mühitlə
qarşılıqlı əlaqəsini misallar
əsasında izah edir.
25
Dərs 2 / Mövzu 2 :
BİOLOGİYA CANLI ORQANİZMLƏRİ
ÖYRƏNƏN ELMDİR
Müəllim mövzuya paraqrafın əvvəlində verilmiş mətnin müzakirəsi ilə başlaya
bilər. Müzakirə zamanı şagirdlərin diqqətini canlı təbiətin sadalanan nümayəndələri
ilə bağlı suallara yönəltmək lazımdır.
Təlim nəticələri zəif olan şagirdlərə insan həyatının digər orqanizmlərin həyatından
asılı olduğunu sübut edən nümunələr göstərmək məqsədəuyğun olardı. İzah etmək
olar ki, Yer üzərində həyatın qorunmasını insanın əsas məqsədi olduğundan bəşə-
riyyət bitkilər, heyvanlar, göbələklər haqqında biliklərə malik olmalıdır. Canlıların
quruluşunu, həyat fəaliyyətini, qarşılıqlı münasibətlərini öyrənən elmin formalaş-
masına səbəb də elə budur. Motivasiya mərhələsinin sonunda “Bu biliklərin insan
üçün nə əhəmiyyəti var? Canlı orqanizmləri hansı elm sahəsi öyrənir?” sualları şa-
girdlərin növbəti tapşırığa hazırlanmasını təmin etmiş olur.
Dərsliyin “Fəaliyyət” hissəsində təsvir olunmuş heyvan və bitkilərin insan üçün
əhəmiyyətini qeyd etmək tapşırılır. Tapşırıq fərdi, cütlərlə və ya bütün siniflə
yerinə yetirilə bilər.
Tapşırığın əsas məqsədi şagirdlərin gündəlik həyatdan əldə etdikləri və aşağı sinif-
lərdə qazandıqları biliklərini aşkarlamaqla yanaşı, ilkin diaqnostik qiymətləndirmə
aparmaqdır.
Mövzunun nəzəri hissəsi ilə tanışlığa “Biologiya elmi necə yaranıb?” sualından
başlamaqla şagirdləri müzakirəyə cəlb etmək olar. Dərsin izahı zamanı ibtidai
insanın tələbatı, onun vəhşi təbiətdən asılılığı, təbiət haqqında biliklərin toplanması
və onların sonrakı nəsillərə ötürülməsi barədə məlumat vermək məqsədəuyğundur.
Bunun üçün Qobustan qayalarında ov səhnələri, vəhşi heyvanlar təsvir olunan
qayaüstü rəsmləri xüsusi
qeyd etmək əhəmiyyətli olardı .
Alt
STANDARTLAR
1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.
Dərsin
MƏQSƏDİ
Canlı təbiətin nümayəndələrini fərqləndirir.
Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.
26
Biologiya elminin tərifi, botanika və zoologiyanın öyrənmə obyektləri haqqında
məlumat verildikdən sonra şagirdlərə ikinci praktik tapşırığın yerinə yetirilməsi
tövsiyə oluna bilər.
Bu tapşırığı şifahi olaraq bütün siniflə də yerinə yetirmək olar. Atalar sözləri
müzakirə olunur (“ Bal verən çiçəyi arı tanıyar”, “Balıq tutan suyu bulanıq istər”,
“Çaqqal güləndə toyuq qaqqıldar”, “Cücəni payızda sayarlar”). Müəllim
şagirdləri belə bir nəticə çıxarmağa yönəldir: “İnsan həmişə təbiətdən asılı olmuş,
onu müşahidə etmiş və dəyişmişdir”. Məhz bu səbəbdən yeni bir elm və onun
müxtəlif sahələri yaranmışdır.
Paraqrafın nəzəri materialının son hissəsi şagirdlər tərəfindən müstəqil təhlil
edilir və D blokunda verilən tapşırıqları yerinə yetirmək üçün (cütlərdə və ya kiçik
qruplarda) məlumat mənbəyi rolunu oynayır.
Tətbiq mərhələsində şagirdlər dərslikdən istifadə edərək tərkibində dərs zamanı
öyrəndiyi bioloji elmlərin adları göstərilən krossvordu müstəqil doldurur. Kros-
svordu dolduran zaman şagirdlər biologiyanın ayrı-
ayrı sahələrinin adını və izahatını verirlər; məsələn:
“ Botanika bitkilər aləmini öyrənir”, “ Ekologiya
canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qar-
şılıqlı təsirini öyrənən elmdir” və s.
“Nəyi öyrəndiniz” bloku paraqrafda verilən
materialın qısa xülasəsidir. Şagirdlər cümlələrdəki boş yerlərə “açar sözlərdən”
uyğun gələnləri yazırlar. Bu, nəzəri materialı möhkəmləndirməyə və növbəti tapşı-
rıqları yerinə yetirməyə zəmin yaradır.
“Öyrəndiklərinizi yoxlayın” hissəsində təklif olunan tapşırıqları şagirdlər müxtəlif
mənbələrdən istifadə edərək (İnternet, ensiklopediya və s.) evdə yerinə yetirirlər.
Tapşırıqlar təqdimat, məqalə, qısa məlumat formasında hazırlana bilər. Müəllim
tapşırıqları variantlarla, yaxud şagirdlərin istəyinə görə də bölüşdürə bilər.
İlk dərslərdən şagirdin fərdi işlərinin toplanmasının təşkili şəxsi nailiyyətlərin
monitorinqi üçün çox əhəmiyyətlidir. Bu məqsədlə şagirdə şəxsi qovluq – portfolio
düzəltmək tapşırılır. Bu qovluqda şagird nailiyyətlərini əks etdirən işlər,
məlumatlar, təqdimatlar, esselər və s. toplanır.
Qiymətləndirmə meyarları:
Fərqləndirmə
Zəif
Orta
Yüksək
Canlılar aləmini öyrənən elm
sahələrini fərqləndirilməkdə
çətinlik çəkir.
Canlılar aləmini öyrənən elm
sahələrinin bir qismini fərq-
ləndirir.
Canlılar aləmini öyrənən elm
sahələrini tam olaraq fərqlən-
dirir.
Canlı təbiətin nümayəndələ-
rini fərqləndirməkdə çətinlik
çəkir.
Canlı təbiətin nümayəndələ-
rini fərqləndirərkən bəzən
kiçik səhvlərə yol verir.
Canlı təbiətin nümayəndələ-
rini düzgün fərqləndirir.
27
Dərs 3 / Mövzu 3 :
CANLI ORQANİZMLƏRİN ƏSAS
XÜSUSİYYƏTLƏRİ
Gündəlik planlaşdırma nümunələrində bu dərsə aid daha ətraflı tövsiyələr
verilmişdir.
Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini ətrafımızda olan təbii
cisimlərə yönəldir. Bu zaman şagirdlərə mövzunun əvvəlindəki mətnlə tanış olmaq
tapşırıla bilər. Şagirdlərə evdə, küçədə, meşə və bağlarda, dəniz və çaylarda rast gə-
linən canlı təbiətin obyektlərinə dair nümunələr təklif oluna bilər. Motivasiya
mərhələsinin sonunda şagirdlərin aşağı sinifdə aldıqları biliklər əsasında “Canlı
orqanizmləri cansızlardan fərqləndirən hansı əlamətlər var?” sualı bütün siniflə
müzakirə oluna bilər.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıq yerinə yetirilərkən şagirdlər-
dən şəkildə təsvir olunmuş hadisələri şərh etmək tələb olunur. Bu zaman xüsusiy-
yətin adı yox, yalnız şəkillərdə təsvir edilən hadisə qeyd olunmalıdır (məs.: “bəbir
qaçır”, “insan nəfəs alır” və s.).
Tapşırığın əsas məqsədi bu hadisələrin canlıların həyatında əhəmiyyətini və həyat
üçün zəruriliyini başa düşdükləri səviyyədə izah etməkdir. Dərsin sonunda bu
cədvələ qayıdaraq hər bir hadisənin canlılara xas olan əsas xüsusiyyətlər olduğu
şagirdlərin diqqətinə çatdırılacaqdır.
Şagirdlərin səviyyələrinə uyğun mümkün cavab variantı belə ola bilər.
№ Şəkildə təsvir olunan hadisə
Canlılar üçün əhəmiyyəti
1 Oğlan böyüyür
İnkişaf etmək üçün
2
İnsan nəfəs alır
Yaşamaq üçün
3
İnsan əlini yanan şamdan çəkir
Qorunmaq, yanmamaq üçün
4 Cücə yumurtadan çıxır
Yaşamaq və böyümək üçün
5 Cücə yeyir
Böyümək və inkişaf etmək üçün
6 Bəbir qaçır
Şikarı tutmaq üçün
Alt
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır
Dərsin
MƏQSƏDİ
Canlı orqanizmlərin əsas xüsusiyyətlərini təsvir edir.
28
Tapşırıq bütün siniflə, fərdi və ya cütlərlə yerinə yetirilə bilər. Qruplarla işi təşkil
etmək üçün hər qrupa bir şəkil üzrə iş tapşırıla bilər.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə
olunur. Fasilələr zamanı müəllim şagirdlərin təfəkkürünün oyanmasına yönəlmiş
və qabaqcadan hazırlanmış suallar verir. Məsələn, “Heyvanlar və bitkilər necə
qidalanır?”, “Heyvanların hərəkəti bitkilərin hərəkətindən nə ilə fərqlənir?” və s.
2) “İNSERT” metodu. Şagirdlər mətnin kənarında ağ kağız zolağı qoyurlar və
oxuduqca qeydlər edirlər.
3) Dərslikdəki mətnlə tanışlığın kiçik qruplarda təşkil edilməsi daha səmərəlidir.
Müəllim məqsədəuyğun saydığı mətn və ya şəkilləri əvvəlcədən hazırlayıb dərs
zamanı şagirdlərə paylaya bilər.
Materialı öyrəndikcə “Canlı orqanizmlərin xüsusiyyətləri” adlı yekunlaşdırıcı sxem
doldurulur.
Tətbiq mərhələsində şagirdlər şəkillərdə təsvir olunmuş hadisələrin canlı
orqanizmlərin əsas xüsusiyyətləri ilə uyğunluğunu müəyyən edir və cədvəlin
doldurulmasını bitirirlər. Cədvəl canlıların əsas xüsusiyyətləri, orqanizm üçün
əhəmiyyətini göstərən ilkin məlumat verir. Əlamətlərin hər biri gələcək dərslərdə
təfərrüatı ilə öyrəniləcək.
Şagirdlərin mümkün cavab variantı belə ola bilər.
№
Şəkildə təsvir olunan
hadisə
Canlılar üçün əhəmiyyəti Xüsusiyyət
1 Oğlan böyüyür
İnkişaf etmək üçün
Böyümə və inkişaf
2
İnsan nəfəs alır
Yaşamaq üçün
Tənəffüs
3
İnsan əlini şamdan çəkir Qorunmaq, yanmamaq üçün
Qıcıqlanma
4 Cücə yumurtadan çıxır
Yaşamaq və böyümək üçün
Çoxalma
5 Cücə yeyir
Böyümək və inkişaf etmək üçün
Qidalanma
6 Bəbir qaçır
Şikarı tutmaq üçün
Hərəkət
Cədvəldə qeyd olunmayan xüsusiyyətlər əlavə müzakirə oluna bilər. Bunun üçün
müəllim sinfə müxtəlif suallarla müraciət edə bilər. Məsələn:
– İfrazatın əhəmiyyəti nədir? ( bədən üçün lazımsız və zərərli olan son parçalanma
məhsullarını xarici mühitə ifraz etmək)
– Maddələr mübadiləsinin əhəmiyyəti nədir? ( ətraf mühitdən orqanizmə maddələ-
rin daxil olması və parçalanma məhsullarının bədəndən xaricə çıxarılması
orqanizmin inkişafını və yaşamasını təmin edir)
– Hüceyrəvi quruluş nəyi sübut edir? ( canlıların hüceyrələrdən təşkil olunduğunu)
Bu blokda təqdim olunan tapşırıqlar həm sinifdə, həm də evdə yerinə yetirilə
bilər. Birinci tapşırıqda şagirdlərdə müqayisə etmək vərdişləri formalaşdırılır
(“Bitkilərdə və heyvanlarda həyat fəaliyyəti proseslərini müqayisə edin”). İkinci
29
tapşırığı yerinə yetirərkən çalışmaq lazımdır ki, canlı orqanizmlərə xas olan
proseslər arasında qarşılıqlı əlaqələri göstərən zaman şagirdlər orqanizmi cansız
təbiətdən fərqlənən,
müəyyən əlamətlərə malik tam vəhdət təşkil etdiyi qənaətinə
gəlsinlər. Müəllim bunun üçün istiqamətləndirici suallar da verə bilər.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Zəif
Orta
Yüksək
Canlı orqanizmlərin əsas xü-
susiyyətlərini təsvir edərkən
səhvlərə yol verir.
Canlı orqanizmlərin əsas xü-
susiyyətlərini müəllimin kö-
məyi ilə təsvir edir.
Canlı orqanizmlərin əsas xü-
susiyyətlərini düzgün təsvir
edir.
Dərs 4 / Mövzu 4:
CANLILARIN TƏSNİFATI
Mövzunun əvvəlindəki mətnin müzakirəsinə keçməzdən qabaq müəllim
şagirdlərə müəyyən əşyaları, məsələn, məktəb ləvazimatlarını, geyimləri, tikililəri
qruplaşdırmağı təklif edə bilər. Bu zaman təsnifat və onun hansı prinsiplə
aparıldığının vurğulanması məqsədəuyğundur. Şagirdlər belə bir nəticəyə gəlirlər
ki, hər hansı əşyaların qruplaşdırılması, yaxud onların böyük bir qrupda birləşdiril-
məsi vacib əhəmiyyət kəsb edən müəyyən əlamətlərə görə aparılır. Müəllim şagird-
lərlə birlikdə mövzunun əvvəlindəki mətni müzakirə edərkən təsnifatın əhəmiy-
yətini və onun hansı prinsiplərlə aparıldığını şərh edə bilər. Bu, şagirdlərdə sistem-
ləşdirmə və təsnifetmə bacarıqlarının formalaşması üçün çox əhəmiyyətlidir. Mo-
tivasiya mərhələsinin sonunda müəllim şagirdlərə dərslikdə verilmiş suallarla mü-
raciət edir. Bu suallar “Fəaliyyət” bölümündə verilmiş tapşırığın yerinə yetirilmə
mərhələsinə keçidi təmin edir.
Alt
STANDARTLAR
1.1.4. Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-biri ilə əlaqəsini izah edir.
Dərsin
MƏQSƏDİ
Canlıların təsnifatının əsas prinsiplərini izah edir.
Bitki və heyvanların təbiətdə və insan həyatında rolunu izah edir.
30
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda, şagirdlərə şəkildə təsvir
olunmuş bitki və heyvanları hər hansı xüsusiyyətlərinə görə qruplaşdırmaq tapşırı-
lır. Bu tapşırıq həm bütün siniflə, həm də cütlərdə yerinə yetirilə bilər. Nəticədə
belə cavablar ola bilər: bitkilər – heyvanlar; həşəratlar – tərəvəzlər; kəpənəklər –
böcəklər – kələm sortları – turp sortları. Müəllim tapşırığın 2-ci mərhələsi kimi
şagirdlərə qruplaşdırılmış obyektlərə şəkildə göstərilməyən, oxşar obyektləri əlavə
etməyi xahiş edə bilər. Əlavə olunan obyektin hansı əlamətə görə seçildiyi qeyd
olunmalıdır. Obyektlərin qruplaşdırılmasında müəyyən qayda gözlənilməlidir:
böyük qruplardan kiçik qruplara qədər. Beləliklə, şagirdlər özləri nəticəyə gəlirlər
ki,
qruplara bölünmə qohumluq dərəcəsinə görə aparılır – qrup nə qədər kiçik
olarsa, canlı təbiətin göstərilən obyektləri arasında qohumluq əlaqələri bir o qədər
yaxın olar.
Müəllim “sistematika” anlayışını və növün tərifini izah edir. Canlı orqanizmlə-
rin təsnifat prinsipləri haqqında tarixi məlumat verilməsi məqsədəuyğundur. Məsə-
lən, antik dövrün alimləri Aristotel və Teofrast bitkiləri ağaclara və otlara, heyvan-
ları isə “isti” və “soyuq” qanı olanlara bölürlər. Sonra isə sistematikanın və binar
nomenklaturanın yaradılmasında Karl Linneyin xidmətlərini qeyd etmək faydalı
olardı.
Nəzəri məlumat verilərkən dərslikdə təsvir olunan sxemin analizi aparıla bilər.
Sxem əsasında şagirdlərə bitki və heyvanlar aləmində istifadə olunan sistematik
kateqoriyaların oxşarlığını və fərqini müəyyən etmək tapşırıla bilər.
Dərslikdə verilmiş nəzəri məlumatlar nəticəsində şagirdlər:
canlı varlıqların təsnifatı – 4 aləmə bölünməsi haqqında ilkin biliklər
qazanmalı və bu təsnifatı yadda saxlamalıdırlar;
hər aləmə aid olan canlılara misal göstərməyi bacarmalıdırlar;
şagirdlərdə burada belə bir təsəvvür yaranmalıdır ki, orqanizmlərin
qruplaşdırılması ixtiyari deyil, elmi əsaslara söykənir.
Bu cədvəli dolduran zaman şagirdlər dərslikdə verilən materiala, ibtidai
siniflərdə “Həyat bilgisi” fənnindən aldıqları biliklərə və öz şəxsi təcrübələrinə
əsaslanırlar. Məsələn,
Təbiətdə
İnsanın həyatında
Bitkilərin əhəmiyyəti Oksigen,
heyvanların qidası və s.
Qida, kağız və s.
Heyvanların
əhəmiyyəti
Tozlanma, canavar – meşə sanitarı
və s.
Qida, yun və s.
İkinci tapşırığı yerinə yetirərkən şagirdlər belə nəticəyə gəlirlər ki, bitki və
heyvan orqanizmləri arasında çoxlu oxşar xüsusiyyətlər var.
Qiymətləndirmə meyarları:
İzahetmə
31
Zəif
Orta
Yüksək
Canlıların təsnifatının əsas
prinsiplərini izah edərkən
səhvlərə yol verir.
Canlıların təsnifatının əsas
prinsiplərini izah edərkən ki-
çik qeyri-dəqiqliyə yol verir.
Canlıların təsnifatının əsas
prinsiplərini düzgün izah edir.
Bitki və heyvanların təbiətdə
və insan həyatında rolunu
çətinliklə izah edir.
Bitki və heyvanların təbiətdə
və insan həyatında rolunu
müəllimin suallarına əsasən
izah edir.
Bitki və heyvanların təbiətdə
və insan həyatında rolunu nü-
munələr göstərməklə izah
edir.
Dərs 5 / Mövzu 5 :
İNSANIN TƏSNİFAT SİSTEMİNDƏ YERİ
Mövzunun əvvəlindəki tarixi faktlar müzakirə olunur. Bu zaman müəllim şa-
girdlərə müxtəlif suallarla müraciət edə bilər. Məsələn, insanı heyvandan fərqləndi-
rən əsas xüsusiyyət, nə üçün insan təbiət və özü haqqında biliklərə malik olmalıdır
və s. suallarla şagirdləri müzakirəyə cəlb etmək məqsədəuyğundur.
“Fəaliyyət” bölümündə şagirdlər şəkildə təsvir olunmuş meymun və insanı
müqayisə edərək oxşar və fərqli əlamətləri müəyyənləşdirməlidirlər. Bu tapşırıq
“Auksion” üsulu ilə də aparıla bilər. Müəllim lövhədəki Venn diaqramında
şagirdlərin cavablarını qeyd edir. (insan ilə insanabənzər meymunların oxşarlığı:
bədən nisbətləri – bədənin gövdə hissəsinin qısa olması və uzun ayaqlar;
dodaqların, burunun, qulaq seyvanının, mimikanın oxşarlığı və s.)
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər
:
1) “Fasiləli oxu”. Mətn kiçik hissələrlə oxunur. Hər bir hissədə insanın bu və ya
digər sistematik kateqoriyaya aid olduğu haqqında məlumat verilir və mətnin
məzmunu müzakirə olunur. Fasilələrdə müəllim şagirdləri düşünməyə vadar edən
müvafiq suallar verir.
Dostları ilə paylaş: |