12.3.7. Müəssisədə (obyektdə) ilk tibbi yardım üzrə
təlimlərin (məşğələlərin) təşkili,
müəssisənin rəhbərliyinin,
sahə və sex rəislərinin (digər məsuliyyətli şəxslərin) üzərinə
düşür.
12.3.8. Bütün işçilər ilk tibbi yardım göstərilməsinin üsul
və qaydalarını mükəmməl bilməli və onları tətbiq etməyi
bacarmalıdırlar.
12.3.9. Zərərçəkmiş (xəsarət almış) şəxslərə ilk tibbi yar-
dımın göstərilməsi [208] uyğun həyata keçirilməlidir.
12.3.10. Ilk tibbi yardımın vaxtında
və kefiyyətli
aparılması üçün iş yerlərində aşağıdakılar olmalıdır:
a) bütün istehsalat briqadaları, sexləri, şöbələri və s.
üçün tibbi ləvazimat və dərman qutusu;
b) müəssisənin (obyektin) ərazisində olan ilk tibbi yardım
üçün tibbi ləvazimatlar və dərman qutusunun və həmçinin tibb
məntəqəsinin yerini göstərən göstərici nişanlar olmalıdır;
c) bədbəxt hadisə zamanı zərərçəkən şəxsə ilk tibbi
yardım göstərilməsi qaydasını əks etdirən, gözəçarpan yerdən
asılmış plakatlar.
12.3.11. Müəssisənin (obyektin)
ərazisində kənar
təşkilatın işçiləri işləyirsə,
ya buraya ezam olunmuşlarsa,
onlara dərman qutusunun və tibb məntəqəsinin yerləri
göstərilməlidir.
12.3.12. Hər bir müəssisədə, obyektdə, sexdə, sahədə
və s. ilk tibbi yardım üçün lazımi tibbi ləvazimatın və dərman
qutusunun vəziyyətini (əyər-əskiyini) yoxlayan və onları tələb
olunan qaydada saxlayan şəxs olmalıdır.
Dostları ilə paylaş: