Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə161/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   157   158   159   160   161   162   163   164   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

12.8. Kanalizasiya
12.8.1. Sanitar qovşaqları sanitariya normalarına uyğun
olmalıdır. Kanalizasiya olmayan sahələrdə quraşdırılan stasio-
nar tipli əlahiddə (kənarda) sanitar qovşaqlar torpağı və içməli
su quyularını çirkləndirməməlidir.
12.8.2. Fekal və çirkli istehsalat sularının axıdılması üçün
kanalizasiya qurğuları nəzərdə tutulmalıdır.
Uducu quyulara və qazma quyularına fekal və çirkli
istehsalat sularının axıdılmasına icazə verilmir.
12.8.3. Istehsalat obyektlərinin ərazisində məhdud
istifadə üçün torpağı çirkləndirməyən çalaların istifadəsinə
icazə verilir.
12.8.4. Atmosfer sularının ötürülməsi (axıdılması) üçün
nəzərdə tutulmuş novlar (kanallar) müntəzəm olaraq təmiz-
lənməli və vaxtaşırı təmir edilməlidir.
12.8.5. Kanalizasiya şəbəkəsinə yanar və həmçinin xoşa-
gəlməz iyli qazların daxil olması və ya onlarda yaranması
mümkün olarsa, belə qazların otağa (sahəyə) daxil olmasının
qarşısını almaq üçün kanalizasiya şəbəkəsində qapayıcılar
(zatvor) olmalıdır.
12.8.6. Istehsalat tullantıları müntəzəm olaraq istehsalat
sahəsinin (mədənin) hüdudlarından kənara çıxarılmalı və
məhv edilməlidir.
12.9. Ətraf mühitin mühafizəsi
443


12.9.1. Neftqazmədən (qazma) obyektlərinin layihələndi-
rilməsi, tikintisi, təmiri və istismarı zamanı ətraf mühitin (su,
hava, torpaq və s.) mühafizəsinə dair Azərbaycan
Respublikasının müvafiq Qanunları və bu sahədə ratifikasiya
(qəbul) etdiyi beynəlxalq konvensiyalar və həmçinin aidiyyati
qaydalar və digər normativ sənədlər rəhbər tutulmalıdır.
12.9.2. Neftqazmədən (qazma) obyektlərinin tikintisi,
yenidən qurulması və istismarı ilə bağlı layihə-smeta sənədlə-
rində «Ətraf mühitin mühafizəsi» bölməsi olmalı və onun tər-
kibində konstruktiv, texniki, texnoloji və təşkilati tədbirlər
kompleksi əks olunmalıdır.
12.9.3. Neftqazmədən (qazma) obyektlərinin tikintisi, tə-
miri və istismarı zamanı layihə sənədlərində ətraf mühitin mü-
hafizəsinə dair əks olunmuş bütün tədbirlərə ciddi əməl
olunmalıdır.
12.9.4. Neftqazçıxarma müəssisələrinin (obyektlərinin)
çirkab suları [89]-un tələblərinə uyğun olaraq təmizlənməlidir.
12.9.5. Zərərli maddələrin atmosferə tullanmasına
nəzarət [196, 90]–ın tələblərinə uyğun aparılmalıdır.
12.9.6. Torpağın məişət və sənaye tullantıları ilə çirklən-
məsindən mühafizəsi [91]–in tələblərinə uyğun yerinə yetiril-
məlidir.
12.9.7. Tikinti işləri qoruqlardan və istirahət zonalarından
800 m-dən az olmayan məsafədə aparılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin