Азярбайъан республикасы


D. Qida bloku və mətbəx (kambuz)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə164/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   160   161   162   163   164   165   166   167   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. Qida bloku və mətbəx (kambuz)
12.11.5. Gecə-gündüz iş görülən DNQT-də lazımı miq-
darda ərzaq, su ehtiyatı olmalıdır. DNQT-də azaldılmayan
ehtiyatın həcmi normadan az olmamalıdır.
12.11.6. Qida blokunda yerləşdirilmiş elektrik mexanizm-
ləri və avadanlıqlarla təhlükəsiz işləmək üçün onların
yaxınlığında təlimatlar olmalıdır. Təlimatlar oxunmaq üçün
rahat olan yerdən asılmalıdır.
12.11.7. Mətbəxdə elektrik cihazlarının, elektrik mexa-
nizmlərinin dəyişilməsi, təmiri və düzgün istismarına nəzarət
DDÖ-nün (ÜQQ) elektrotexniki heyətinin üzərinə düşür.
Qida blokuna xidmət edən heyətə avadanlıqları, elektrik
mexanizmlərini və elektrik cihazlarını təmir etmək qadağandır.
451


12.11.8. Qida məhsulları və içməli su (qəza ehtiyatları)
xüsusi ayrılmış yerlərdə saxlanılmalı və bu işə məsuliyyət
daşıyan şəxs tərəfindən təzələnməlidir.
12.11.9. Gəmilərdən DDÖ-ə (ÜQQ) ərzaqların boşaldıl-
ması qaldırıcı qurğuların köməyi ilə yerinə yetirilməlidir.
12.11.10. Mətbəx (kambuz) və anbarlar müxtəlif yarus-
larda yerləşdikdə, ərzaqların anbarlardan mətbəxə və
mətbəxdən anbara daşınması liftin və yaxud digər yükqaldırıcı
qurğuların köməyi ilə yerinə yetirilməlidir.
12.11.11. Anbarlardan ərzaqlar qulplu ağzı bağlı rahat
qablarda daşınmalıdır.
12.11.12. Avtomatik bağlanan qapalı soyuducu kamera-
lardan ərzaqların daşınmasını iki nəfər yerinə yetirməlidir. On-
lardan biri kameraya daxil olmalı, digəri isə kameranın
bayırında (yanında) dayanmalıdır.
12.11.13.Kambuz inventarı, qabları və alətləri ştat (onlar
üçün ayrılmış) yerlərdə saxlanılmalıdır:
-ət doğranılan taxtaların üstü vaxtaşırı qaşınmalıdır;
-ət çapılan kötüklərin üstü mütəmadi olaraq qaşınmalı,
lazım gəldikdə isə onların üst qatı mişarla kəsilməlidir.
12.11.14. Ət çapılan kötük bərk özüldə yerləşdirilməli və
bərkidilməlidir. Kötüyün yanında baltanı qaldırmaq və vurmaq
üçün kifayət qədər yer olmalıdır.
12.11.15. Qida blokunun heyəti saz alətlə təmin olunma-
lıdır. Alətlər saz olmadıqda (bıçaq, balta, konserva açanlar və
s.) onları ya təmir etməli, ya da təzəsi ilə əvəz etmək lazımdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin