Азярбайъан республикасы


partlayışdan mühafizəli olmaya bilər, bu halda onların şüşə



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə157/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   153   154   155   156   157   158   159   160   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları


partlayışdan mühafizəli olmaya bilər, bu halda onların şüşə
qapağı olmalıdır.
Sorucu şkafın içində ştepselli rozetkaların
quraşdırılmasına icazə verilmir.
12.2.8. Zərərli maddələrlə işlədikdə və alovlu işlər görül-
dükdə otaqda iki nəfərdən az adam olmamalıdır.
12.2.9. Laboratoriya otaqlarının üfürücü-sorucu ventilya-
siyası iş gününün başlanmasına 5 dəqiqə qalmış işə salınmalı
və iş gününün sonunda söndürülməlidir.
Ventilyasiya sistemi nasaz olan laboratoriyalarda işlərin
aparılması qadağandır.
12.2.10. Neft yaxud başqa zərərli və yanğın təhlükəli
maddələr və məhsullarla çirklənmiş qablar məcburi
ventilyasiya ilə təchiz edilmiş xüsusi ayrılmış otaqlarda
yuyulmalıdır.
12.2.11. Neft və neft məhsulları tullantılarının, kimyəvi
reaktivlərin və başqa yanar və zərərli maddələrin
kanalizasiyaya axıdılması qadağandır.
12.2.12. Utilizasiya, yaxud basdırılmağa aparılmaq
məqsədi ilə neft, neft məhsulları, kimyəvi reagentlər və başqa
zərərli maddələr soyudulmuş halda bu məqsəd üçün xüsusi
ayrılmış ağzı qapaqla etibarlı bağlanan qablara yığılmalıdır.
432


12.2.13. Istifadə edilmiş, tərkibi zəhərli maddələrdən
ibarət olan məhsullar boşaldılmazdan əvvəl
neytrallaşdırılmalıdır.
12.2.14. Laboratoriya otaqlarında qadağandır:
a) sıxılmış və partlayıcı qazlarla doldurulmuş balonların
saxlanılması;
b) neft, neft məhsullarının və başqa zərərli və yanğın
təhlükəli maddələrin açıq qablarda saxlanılması;
c) uçucu maddələr hopmuş əski, cındır, dəsmalların və s.
saxlanılması;
ç) buxar xətlərində paltarların və s. qurudulması;
d) döşəmənin uçucu və digər yanğın təhlükəli
maddələrlə yuyulması.
12.2.15. Qaz tullantısı və ya təhlükəli mayelərin
sıçraması ilə müşayiət olunan işlərin aparılması zamanı
mühafizə eynəklərindən və xüsusi rezin önlüklərdən və
əlcəklərdən istifadə edilməlidir.
12.2.16. Laboratoriyanın döşəməsi laboratoriyada
istifadə edilən mayeləri özünə hopdurmayan, yanmayan
materialdan olmalıdır.
12.2.17. Sıxılmış maye şəkilli və həll olunmuş yanar qaz
balonları, onların tutumundan asılı olmayaraq laboratoriya bi-
nasının xaricində metal şkaflarda quraşdırılmalıdır (saxla-
nılmalıdır).
Şkafların havasının dəyişilməsi üçün onların müvafiq
kəsiyi və ya jalyüzli nəfəsliyi olmalıdır.
Laboratoriya otaqlarının həmin qazlarla, həmçinin oksi-
genlə təmini mərkəzləşdirilmiş sistemlə aparılmalıdır.
12.2.18. Maye hava və oksigen tutumlarının AAM və YM,
piy və yağlarla bir yerdə saxlanılması qadağandır.
433


12.2.19. Qələvi metallar susuzlaşdırılmış kerosində və ya
yağlarda, hava daxil olmayan etibarlı bağlanmış qalın divarlı
qablarda saxlanılmalıdır. Içərisində qələvi metallar olan şüşə
qablar, divarlarına və altına asbest döşənmiş, qapağı möhkəm
bağlanan metal yeşiklərdə saxlanılmalıdır.
12.1.20. Laboratoriya otaqlarında yalnız içərisində
təsirsiz qaz olan balonların (azot, karbon qazı) istifadəsinə
(saxlanılmasına) icazə verilir.
Anbardan laboratoriyaya daxil olan hər bir balondan
analiz üçün nümunə götürülməlidir.
Nasaz balonlarla işləmək qadağandır.
12.2.21. Laboratoriyanın iş otaqlarında AAM və YM reak-
tivlərinin miqdarı gündəlik təlabatdan artıq olmamalıdır. Bu
mayelər otaqdan çıxışın əks tərəfində quraşdırılan metal şkaf-
larda, kip taralarda və ya qapağı kip bağlanan, yanmayan
materialdan hazırlanan yeşiklərdə saxlanılmalıdır.
12.2.22. Turşu, qələvi və digər aşındırıcı maddələr olan
şüşə qablar, içərisinə asbest döşənmiş xüsusi metal və ya
taxta yeşiklərdə daşınmalıdır.
Sulfat və azot turşularının taxta yeşik və səbətlərdə da-
şınmasına o halda icazə verilir ki, bu taralar oddan qorunan
tərkiblə işlənmiş olsun.
12.2.23. Açıq odla və elektrik qızdırıcı cihazlarla iş aparı-
lan stollarda AAM və YM-in saxlanılması, onların tökülməsi,
aparatların onlarla yüklənməsi qadağandır.
12.2.24. Standart üsulla qızma sürətinin açıq odda
tənzimlənməsi ilə aparılan əməliyyatlar istisna olmaqla, AAM
və YM olan qabların açıq odda, həmçinin açıq elektrik qızdırıcı
cihazlarda qızdırılması qadağandır.
434


12.2.25. AAM və YM qızdırılması ilə əlaqədar işlər işçinin
daim nəzarəti altında aparılmalıdır. Əgər işçi hətta qısa
müddətə belə işdən yayınarsa, qızdırma mənbəyi söndürülməli
və soyudulmalıdır.
12.2.26. Qaz xətlərində və qaz cihazlarında qazın
sızmasını aşkar etmək üçün açıq alovdan istifadə etmək
qadağandır.
12.2.27. Laboratoriya qabları, yalnız bu məqsədlər üçün
xüsusi ayrılmış və məcburi sorucu ventilyasiya ilə təchiz
olunmuş otaqlarda yuyulmalıdır.
Bu otaqlar laboratoriyanın digər otaqlarından yanmayan
arakəsmə ilə ayrılmalı və onların dəhlizə sərbəst çıxışı
olmalıdır.
Laboratoriyanın bütün otaqları daima təmiz saxlanılmalı-
dır. Təsadüfən dağılmış kimyəvi maddələr, o cümlədən AAM
və YM dərhal yığışdırılmalı və sonra isti su ilə yuyulmalıdır.
12.2.28. Laboratoriya otaqlarından kənarda (məsələn:
dəhlizdə) ümumi elektrik açarı (avtomat, rubilnik)
quraşdırılmalı və iş gününün sonunda laboratoriyanın elektrik
gərginliyi buradan açılmalıdır.
12.2.29. Iş gününün sonunda laboratoriya diqqətlə
gözdən keçirilməli və orada təhlükə törədə biləcək hər hansı
bir çatışmamazlığın (nöqsanın) olmamasına əmin olmaq
lazımdır.
12.2.30. Laboratoriyada yanğın təhlükəsizliyi üzrə
məsuliyyəti laboratoriya müdiri tərəfindən təyin edilmiş işçi
daşıyır.
435



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin