Yoxlamanın nəticələri obyektin sanitar-texniki pasportun-
da qeyd edilməlidir.
12.1.7. Qaz kompressor stansiyalarında, neft nasosxana-
larında, qazpaylayıcı məntəqələrdə (budkalarda) və başqa
istehsalat otaqlarında havada qazların miqdarı
tələb olunan
normadan yüksək olmamalıdır və onlar daima nəzarətdə
saxlanılmalıdır.
12.1.8. Qazın, tozun, hisin və digər zərərli maddələrin
ayrılması ilə əlaqədar
olan texnoloji prosseslər, qurğular və
mədən obyektləri, yaşayış rayonlarına nisbətən küləyin orta
illik istiqaməti nəzərə alınmaqda
külək tutmayan tərəfdə
(küləkdöyməzdə) yerləşdirilməli və bunlar yaşayış zonalarının
sərhəddindən sanitar-mühafizə zonası ilə ayırılmalıdır.
12.1.9. Yaşayış rayonları üçün sanitar-mühafizə
zonasının eni qüvvədə olan sanitar normalarına müvafiq
olaraq müəyyənləşdirilir. Mədən
tərəfdən sanitar-mühafizə
zonasının sərhəddi istismar olunan quyuların kənar cərgəsi
hesab olunur.
12.1.10. Qazma, mənimsəmə, quyuların əsaslı və cari tə-
miri, neftin deemulsasiyası və digər işlər zamanı, çirklənmiş
istehsalat axıntıları qismən və ya tam zərərsizləşdirilmək üçün
yığılıb ötürülməli, yaxud uducu quyulara vurulmalıdır.
Bunun üçün mədənin bütün obyektləri layihəyə əsasən
daimi və yaxud müvəqqəti qurğularla (bəndlərlə, xəndəklərlə,
yığılma kanalları, çalalarla, təmizləmə qurğuları, uducu
quyularla və s.) təchiz edilməlidir.
Bu tədbirlər yerinə yetirilməyənə qədər, obyektlərin istis-
mara buraxılması qadağandır.
12.1.11. Istehsalat sahələri (otaqları) qüvvədə olan
müvafiq qanunların, qaydaların, normaların tələblərinə uyğun
qurulmalıdır (təchiz olunmalıdır).
12.1.12. Istehsalat otaqları havanın dəyişilməsi (sirkulya-
siyası) üçün müvafiq şəkildə təchiz olunmalı və qurulmalıdır.
430
12.1.13. Istehsalat otaqları və iş yerləri təmiz saxlanıl-
malıdır. Döşəmə rahat təmizlənməni və təmiri təmin etmək
üçün düz olmalıdır. Döşəmədən və novlardan nefti və çirki
yumaq üçün istehsalat sahələrində su kranları olmalıdır. Su
kranı (kəməri) olmadıqda otağın yığışdırılması
quru üsulla
aparılmalıdır (əski, cındır və s. ilə).
12.1.14. Istehsalat və yardımçı otaqlarda təbii işıqdan
maksimum istifadə etmək üçün lazımi tədbirlər görülməlidir.
Dostları ilə paylaş: