Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu
Epidemiologiya 1) Epidemiologiya elmi nəyi öyrənir? A) İnfeksion xəstəlikləri
B) İnfeksion prosesi
C) Somatik xəstəlikləri
D) Epidemik prosesin qanunauyğunluqlarını
E) İnfeksion xəstəliklərin törədicilərini
3) Epidemik prosesin ikinci zəncirinə qarşı hansı profilaktik tədbirlər yönəldilir? A) Vaksinoprofilaktika
B) Xəstələrin vaxtında aşkar edilməsi
C) Keyfiyyətli qida məhsullarından istifadə
D) Xəstə ilə təmasda olan şəxslərin kimya profilaktikası
E) Xəstələrin izolyasiyası
6) Hansı şəxslərə qara yara əleyhinə təcili profilaktika aparmaq olar? A) 55 yaşa qədər olanlara
B) Xəstə insanla təmasda olanlara
C) Qarayara xəstəliyi olan heyvanların öldürülməsində, cəmdəyinin bölünməsində iştirak edənlərə
D) Uşaqlara
E) Özünün üstündən gənə çıxaranlara