26) Cansız vaksinlərin daşınması və saxlanılması zamanı nəyi etmək qəti qadağandır? A) Yüksək rütubətdə daşımaq olmaz
B) Dondurmaq olmaz
C) +2˚C - +8 ˚C daşımaq və saxlamaq olmaz
D) Yüksək rütubətdə saxlamaq olmaz
E) Bir müəssisədən digərinə daşımaq olmaz
27) Aşağıda sadalananlardan hansı diri (canlı) vaksinlərə aiddir? A) “B” hepatiti əleyhinə vaksin
B) Tetanusa qarşı vaksin
C) Göyöskürək, difteriya, tetanusa qarşı vaksin
D) Qarın yatalağı əleyhinə vaksin
E) Qızılca, parotit və məxmərəyə qarşı vaksin
28) Həll edilmiş BSJ, qızılca, qızılca-məxmərək (QM), qızılca-parotit-məxmərək (QPM) vaksinlərinin istifadə müddəti nə qədərdir? A) 1 gün
B) 48 saat
C) 2-3 saata qədər
D) Vaxt məhdudiyyəti yoxdur
E) 6 saata qədər
29) İmmun çatışmamazlığı virusu ilə yoluxmuş uşaqlara hansı yaşda qızılca əleyhinə peyvəndin aparılması düzgündür? A) Heç vaxt (vaksinasiya etmək olmaz)
B) 2 yaşdan tez olmayaraq
C) 6-11 aylıqda, sonra 12 aylıqda plana əsasən
D) 1 yaşa qədər
E) Yaş həddi əhəmiyyət kəsb etmir
30) Nə üçün hepatit B virusu ilə yoluxma uşaqlar üçün təhlükəlidir? A) Zehni inkişafı geri qoyur
B) Qara ciyər serrozuna və xərçənginə səbəb ola bilər
C) Ürək qüsurları
D) Pnevmoniya
E) Mütləq ölümlə nəticələnə bilər
31) Hansı kliniki əlamətlər uşağın anadangəlmə məxmərək sindromu (AMS) ilə doğulduğuna sübutdur? A) Korluq
B) Ürək qüsurları
C) Hamısı
D) Karlıq
E) Beyin patologiyası